MiNGƏÇEVİr turizm kolleci Tələbə: Məmmədova Gülnar Fakültə: Turizm və onun təşkili Fənn: Sahibkarlıq fəaliyyəti



Yüklə 51,98 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü51,98 Kb.
#40957
1   ...   4   5   6   7   8   9   10   11   12
Durğunluq dövrü. Durğunluq dövründəki məhsullara orta rentabellik təyin edilir. Bununla bu malların satışı üçün münbit şərait yaradılır.

Tənəzzül dövrü. Məhsullar bu dövrdə olduğu zaman rentabellik sıfıra endirilir. Bu tip məhsullar mağazada flaqman məhsullar kateqoriyasına aid edilir.

Sərbəst iş № 6. Marketinq anlayışı və biznesdə onun rolu

«Marketinq» termini ingilis sözü «market»dən yaranmış və hərfi tərcüməsi «bazar», «bazar fəaliyyəti», «satış bazarı sferasında fəaliyyət» mənasını verir.

Müasir klassik iqtisad məktəblərində marketinq anlayışına baxış eyni deyildir. Aşağıda ona verilən təriflərin bəzilərini qeyd edək.

Marketinq:

- iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir;

- klassik baxımdan, o, ilk növbədə məhsulların istehsalçılardan istehlakçılara çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidir;

- bazarın tələbatının öyrənilməsinə və onun aktiv qeydiyyatına (uçotuna) yönəldilmiş müəssisədaxili idarəetmənin alt sistemidir;

- bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin müəssisələrində idarəetmə üsulu olmaqla, tələbat amillərinin öyrənilməsi və aktiv qeydiyyatının həyata keçirilməsidir;

- əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması prosesində yerinə yetirilən müxtəlif fəaliyyətlərin məcmusudur;

- ehtiyac və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönələn insan fəaliyyəti növüdür;

- bazarın idarə edilməsi konsepsiyasıdır və s.

Başqa sözlə, marketinq istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyyətini, çeşidi və istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir.

Marketinq termini ilk dəfə 20-ci əsrin əvvəllərində (1901-ci ildə) ABŞ-da meydana gəlmişdir.

O, bazar iqtisadiyyatı şəraitində idarəetmə konsepsiyası haqqında kateqoriyanı ifadə edir. Lakin onun klassik və müasir mənalandırılmasında müəyyən fərqlər vardır. Müasir məna tədricən formalaşmışdır. Əvvələn, o, ilk dəfə meydana gələndə ABŞ-da «Məhsul marketinqi» adı daşıyırdı. İkinci¸ ilk dövrdə o, əmtəələrin və xidmətlərin istifadə olunması qət edilənə qədər idarəetmə ilə məşğul olan sahibkar fəaliyyəti kimi başa düşülürdü.

Müasir mənada marketinq anlayışı geniş əhatəli sosial bir prosesi ifadə edir. O, bir sıra aspektlərə malikdir. Onlar onun məzmununu açıqlayır. Birincisi, o, məhsulların satışını təşkil etmək üçün müəssisələrin müvafiq kompleks funksiyalarını özündə cəmləşdirir. İkincisi, o, bazarda istehlakçıların (alıcıların) istehsalçılarla qarşılıqlı münasibətlərini, müəssisələrin davranışının müəyyən edilməsini, bazara fəal təsir göstərmək üzrə tədbirlər sistemi işləməyi qarşıya qoyur.

Üçüncüsü, o, rəqabət mübarizəsini tətbiq edən bir forma kimi çıxış edir. Rəqabətin zəif və ya güclü olmasını aşkar etmək, nəticədə bazarda optimal davranış modeli işləyib hazırlamağa imkan verir. Xarici ədəbiyyatda ona müxtəlif təriflər verilir. Müxtəsər olanı isə budur ki, elə məhsullar, məmulatlar istehsal etməlidir ki, onlar bazarda qeyri-şərtsiz realizə olunsunlar, elə xidmətlərdən yapışmalıdırlar ki, onlara real tələbat olsun.

Sabiq SSRİ-də və digər sosialist ölkələrində marketinq fəaliyyəti mövcud deyildi. Ona yalnız kapitalizmə xas kateqoriya kimi baxılırdı. Bir də ki, inzibati amirlik sistemi şəraitində geniş və mədəni istehlakçı kütlələrinin mənafeləri ikinci planda olduğu üçün, müəssisələrin marketinqə ehtiyyacı yox idi.

Marketinq istehsalı istehlakçıya səmt götürməyi, bunlar arasında normal əlaqənin yaradılmasını və mütərəqqiləşməsini qarşıya mühüm məqsəd kimi qoyur.

Marketinq bir tərəfdən bazar üçün istehlakçıların cins-yaş tərkibini səhih, hərtərəfli araşdırmaqla insanların tələbini, zövqünü. tələbatını ödəyir, digər tərəfdən o, bununla bazarın inkişafına fəal təsir göstərir, tələbatın formalaşmasına xidmət edir.


Yüklə 51,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin