Мир культуры



Yüklə 45.98 Kb.

tarix10.06.2017
ölçüsü45.98 Kb.
növüXülasə

 

 

180



MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXII buraxılış, Bakı, 2011 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХII выпуск, Баку, 2011 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХII edition, Baku, 2011 

 

 

MEMARLIQ 

 

 

UOT 72 

Sədaqət Vəliyeva  

Memarlıq üzrə

 fəlsəfə doktoru, dosent 

Azərbaycan Memarlıq və İnşaat Universiteti  

Az 10, Baki, Həsənbəy Zərdabi pr. 88 a  

E-mail:  

VeliyevaSedaqet@mail.ru

  

 

MEMARLIQ ƏNƏNƏLƏRİN İNİKASIDIR 

 

  



Xülasə: Məqalədə “ənənə” anlayışının etimoloji mənasının izahı, onun müxtəlif 

müəlliflərin  nöqteyi-nəzərindən  Şərq  və  Qərb  mədəniyyətində  şərhi  işıqlandırılmışdır. 

Həmçinin  memarlığın  ənənələrin  əksi  olması  haqqında  fikir  yürüdülür.  Qədim  Çin, 

Hind  sivilizasiyalarında  ənənələrin  ötürülməsi  sahəsində  nümunələrlə  və  filosofların 

mülahizələri  ilə  müəllif  memarlığın  ənənələrin  inikası  olması  haqqında  fəlsəfi  fikrini 

açıqlamağa çalışmışdır.  



Açar  sözlər:  ənənə,  sivilizasiya,  memarlıq,  İslam,  Kəbə,  plan  quruluşu, 

doktrinalar.  



 

Bu gün zaman, sərhədləri bilməyən bir həqiqət olub, həyatımızın hər bir sahəsin-

də bizimlə addımlayıb, daim nəzərə çarpan ənənələrdən söhbət açmaq dövrümüzün ən 

aktual problemidir. 

Ənənələrdən danışmaq – xarilquladə mənşəli sarsılmaz, danılmaz aydın prinsip-

lərdən,  onların  zaman  və  məkanın  müxtəlif  momentlərinə  tətbiqindən  danışmaq 

deməkdir.  

“Ənənə” məvhumunun etimoloji mənasını dərk etməyə çalışıb (lat. – tradia, tra-

derc – “ötürmək”) onun sadə dildə izahını versək, belə demək olar: müəllimin tələbəyə 

verdiyi, nəsillərdən nəsillərə keçərək elm, mədəniyyət, məişət, bir sözlə həyatın hər bir 

sahəsində bu günümüzə çatdırılan anlamlardır ənənələr.  

Ənənələrin şifahi yollarla çatdırılması hələ yazının olmadığı zamanlarda mövcud 

olmuşdur.  Yazının  əmələ  gəlməsi  ilə  ənənə  də  yazılı  formada  yayılmağa  başlamışdır. 

Bu haqda Rene Genon “Ənənələr və metafizika haqqında” [4] oçerklərində qeyd edir ki, 

Şərq  mədəniyyətinin  ən  vacib  əlamətləri  haqqında  mülahizələr  ənənələr  məfhumunu 

izah  edə  bilər:  Şərqdə  sivilizasiya  ilə  “ənənə”  anlamı  bir  növ  mənaca  bir-birinə 



 

 

181



yaxınlaşır  və  üst-üstə  düşür.  Şərqin  hər  bir  sivilizasiyası  bütövlükdə  götürüldükdə  öz 

xarakterinə görə ənənəvi baxılır. Qərb sivilizasiyalarında isə əgər din elementini nəzərə 

almasaq, bu əlaqə tamamilə itmişdir. Bu fikri Qərb filosofu Alen de Benuanın ənənələr 

haqqında  yazdığı  “Ənənənin  təyini”  [1]  məqaləsində  aydın  görmək  olar:  “Ənənənin 

yerli  kolorit,  xalq  adətləri  ilə  heç  bir  əlaqəsi  yoxdur.  Bu  anlayış  mənbələr  ilə 

əlaqədardır;  ənənə  -  bu  kainatda  mövcud  olan  universal  nizam-qaydaların  lazımi 

prinsiplərin bizim anladığımız üçün yüngülləşdirilmiş formada ötürülmə kompleksidir, 

belə  ki,  kənardan  kömək  olmasa,  insana  özünün  mövcudluğunun  əsas  məğzini  dərk 

etmək  verilməmişdir”.  Daha  sonra  A.Benua  qeyd  edir  ki,  burada  bizi  həyatın  özü  ilə 

birlikdə  mövcud  olan  daxili  biliklər,  onunla  əlaqədar  bu  səviyyədə  şəxsiyyətdən 

ayrılmayan, onu həyata səsləyən və onun üçün mövcudluğun əsasən məğzini təşkil edən 

Ali  düşüncənin dərki maraqlandırır.  Alimin  fikrincə,  şəxsiyyət  ənənələri  ötürmək,  onu 

yerinə  yetirmək  səviyyəsi  ilə  təyin  edilir.  Beləliklə,  müstəqillik  və  fərdilik  isə  bizim 

ardıcıllıqla  hərtərəfli  müdriklikdən  –  arxaik  həyat  tərzinə  uyğun  olan  müdriklikdən 

ayrılan  nisbi  reallıq  kimi  baxılır.  A.Benua  Qərbin  ənənə  haqqında  anlayışını  analiz 

edərək belə deyir: “Ənənə ideyasının real anlayışını daim başa düşməmək uzun müddət 

bizi qədim sivilizasiyaların (həm Şərq həm də Qərb) dərk etməyə və onda olan nöqteyi-

nəzərə  qayıtmağa  qoymadı.  Ancaq  biz  nə  vaxt  bu  əsas  prinsiplərə  qayıtsaq,  onda  heç 

nəyi itirmədən bütöv anlayış ala bilərik. Bu zaman biz dilin yeni istifadəsinə yol açıb, öz 

gücümüzü  bərpa  edib,  öz  kəşfetmə  xüsusiyyətlərimizi  yada  salıb,  ona  təkan  verib 

biliklərin  müxtəlif  hissələri  arasında  əlaqə  yarada  bilərik.  Bu  ancaq  o  zaman 

mümkündür  ki,  Ali  mərkəzin  mövcudluğunu  qəbul  edək,  hansı  ki,  bizim  simvollarla 

anladığımız tükənməyən zəngin imkanlara malikdir”.  

Qərb aliminin bu mülahizəsi İslam nöqteyi-nəzərində ənənələrin fasiləsiz doktri-

na olması və ilahi formalar vasitəsilə insanlara çatdırılması haqqında fikri bir daha təs-

diq edir: bu formalar simvolik məna daşıyaraq ənənələr haqqında olan elmi nəzəriyyəni 

insanlara çatdırır.  

İran memarları H.Ərdalan, L.Bəxtiyarın fikrincə, “Ənənələr cəmiyyətin bütövlük 

xarakterinə,  onun  ekzoterik  və  ezoterik  parametrlərini  inkişaf  etdirməklə  dəstək  olur. 

Ekzoterik  ölçülər  ilahi  qanununa  aid  olmaqla  (“Şəriət”)  insanın  özünü  aparmasına 

aiddir.  Lakin  o,  ənənəvi  insanın  yaradıcılıq  prinsipi  ilə  birbaşa  əlaqədə  deyil”.  [3] 

Bundan  başqa  İslamın  dərk  (qnostik)  aspektində  (“Təriqat”)  elə  prinsiplər  vardır  ki, 

İslam incəsənəti, xüsusilə memarlıq onları rəhbər tutur.  

Memarlıqda  tətbiq  olunan  formalar  riyaziyyatın  ənənəvi  konsepsiyalarında, 

xüsusən həndəsə və həndəsi formalardan ayrı deyildir. Həndəsi forma və rəqəmlər təkcə 

kəmiyyət  göstəricisi  kimi  təqdim  olunmurlar.  Onlar  həm  də  keyfiyyət  və  simvolik 

aspektlərdən  çıxış  edirlər.  Hər  bir  rəqəm  və  ya  fiqur  öz  simvolik  məğzi  ilə  bütövlük 

(tamın)  təzahürü  olub,  burada  –  bu  tamın  tərkibində  keyfiyyətin  əksidir.  Bu  mənada 

Kəbənin  kvadratı  bütün  klassik  saray  və  binalarda  təkrar  olunmaqla  sadəcə  kvadrat 

deyil! Kəbə (ərəb dilində  kub) özünün kub formalı tikilişi ilə stabilliyin və kamilliyin 

simvolu olaraq cənnət məbədinin obrazıdır, hansının ki, doğrudan da təsviridir. Bir çox 

məscidlərin  səkkizbucaqlı  forması  sadəcə  gümbəzi  kvadrat  əsasa  oturtmaq  üçün 

memarlıq üsulu deyil, İslam dini təsəvvüründə səkkiz-on mələklər tərəfindən saxlanılan 

İlahi  taxt-tacına  işarədir.  Əvvəlki  söhbətlərimizdə  qeyd  etdiyimiz  kimi,  gümbəzin  tağı 

sadə örtük olmayıb, göy qübbəsinin nəhayətsiz təsəvvürüdür.  

Qədim yunan fəlsəfəsinin görkəmli nümayəndəsi Aristotel də formanın simvolik 

məna  daşıdığını,  İlahi  başlanğıcla  əlaqədə  olduğunu  təsdiq  edir.  [2]  Onun  mülahizə-

lərində forma qeyri-maddidir, lakin o, kənardan, o dünyadan materiyaya daxil olmuş bir 

mahiyyətdir.  


 

 

182



Ənənəvi  memarlıqda  həndəsi  formalar  texniki  uyğunlaşmadan  çox  memarlıq 

funksiyasını yerinə yetirir. Amma unutmaq olmaz ki, onlar bundan daha vacib məna da-

şıyaraq  simvolların  vasitəsilə  mənəvi  prinsipləri  aşılayırlar.  Hər  bir  bina,  bağ,  landşaft 

insanın  daxili  aləminə  uyğun  olaraq memarlıq  forması tapır.  Ənənəvi  memarlıqda heç 

nə  öz  məğzindən  ayrı  deyil,  bu  məğz mənəvi  məna  daşıyaraq həm  də  iki  mənanı  bir-

ləşdirir:  məğz  və  mənəvilik.  Məsələn  Şərqin  nümunəvi  sivilizasiyalarından  olan  Xa-

rappın  əldə  edilmiş  inşaat  üsul  və  adətləri  iz  qoymadan  yoxa  çıxmamışdır,  müəyyən 

yollarla b.e. əvvəl II minilliyin axırı, I minilliyin ortalarında Hindistanın şimali-qərb və 

cənubi-qərb rayonlarında, daha sonra isə yeni ari xalqının məskunlaşan yaşayış məntə-

qələrində  öz  əksini  tapmışdır.  Zaman  keçdikcə,  Makedoniyalı  İsgəndərin  Hindistana 

yürüşü (b.e. əvvəl 326-cı illər) Mauryev imperiyasının yaranması dövründə şəhər mər-

kəzlərinin  inkişafına  diqqət  etsək  dörd  hissədən  ibarət  olan  ənənəvi  plan  strukturunun 

hələ bu dövrdən mövcudluğunu üzə çıxarmaq olar. [6] Plan quruluşunda dörd rəqəminin 

(hissənin)  iştirakı  ilə  hələ  rəqəmlərin  simvolik  olaraq  memarlıq  üsulları  ilə  bizə  Ali 

prinsipləri  çatdırdığını  hiss  etmək  olar.  Bu  imperiyanın  bir-birinə  sıx  birləşən  daxili 

həyətlərə malik  Taksila  şəhərinin  şimaldan  cənuba  uzanan mərkəzi  küçəsi,  plan  quru-

luşunun dörd cəhətə səmtləndirilməsi, ənənəvi memarlığın məğz və mənəvilik prinsip-

lərindən  xəbər  verir.  Hələ  İslama  qədərki  sivilizasiyalarda  Ali  mərkəzin  mövcudluğu, 

insanlara müəyyən biliklərin çatdırılması, xüsusilə memarlıqda bu fikirlərin simvollarla 

öz əksini tapması buradan bir daha nəzərə çarpır.  

Belə nümunələri Çin şəhərlərinin (b.e.ə. XI-VIII əsr) kvadrat formalı tikilisi, plan 

quruluşunda hətta şəhər mərkəzlərində Torpaq və Əcdad məbədlərinin mövcud  olması 

ilə artırmaq olar. Bu dövrdə Kaotzi və Konfusiya fəlsəfi doktrinaları qədim Çinin me-

marlıq və şəhərsalma kanonlarında öz əksini tapır.  

Qeyd  etmək  lazımdır  ki,  Çində  qədimdən  səma,  yer,  dağ,  külək,  od  və  s.  təbii 

qüvvə və təzahürlərə pərəstiş mövcud olmuşdur. Bütün bunlara uyğun olaraq şəhərlərin 

yaşayış  və  inzibati  binalarının  salınması  ilə əlaqədar  ənənəvi  rituallar  formalaşmış  idi. 

Hələ bu dövrdə Konfusiyanın ardıcılı filosof Mentzi şəhərlərin planlaşdırılması haqqın-

da  traktatlar  yazır.  Bu  traktatlar müəllimin  öz  şagirdinə  öyrətdiyi  tövsiyələr  şəklində - 

ənənələrin  ötürülməsi  görünüşündə  öz  əksini  tapır.  Mentzinin  görüşlərinə  görə  şəhər 

planının əsasını modul quruluşu təşkil etməli idi.  

Beləliklə, araşdırmaları dərinləşdirdikcə bir daha əmin oluruq ki, qədimdən möv-

cud olan mədəniyyət və sivilizasiyalardan gələn memarlıq prinsipləri öz ənənəvi xarak-

teri ilə İslam sivilizasiyasında öz köklərini tapır və memarlıq vasitəsi ilə mövcudluq sir-

lərini üzə çıxarmağa imkan verir.  

Söhbətimizin  sonunda  “Memarlıq  ənənələrin  inikasıdır”  haqqında  mülahizələri 

ümumiləşdirib qətiyyətlə qeyd edə bilərik: İslam memarlığında, onun dərkində tapılmış 

prinsiplər  vasitəsi  ilə  bütün  cəmiyyəti  bütövlüyə,  tamlığa  və  mənəvi  təmizliyə  qay-

tarmaq olar. Görkəmli hind-müsəlman şairi və mütəfəkkiri Məhəmməd İqbal öz bədii və 

fəlsəfi  yaradıcılığında  daha  çox  İslama  əsaslanaraq  hesab  edirdi  ki,  həyatı  kökündən 

dəyişdirmək  yalnız  İslam  prinsipləri  əsasında  mümkündür.  [5]  İslam  prinsiplərinə 

əsaslanan memarlıq - ənənəvi memarlıqdır. O, özündə İlahi başlanğıcdan gələn doktri-

naları cəmləşdirir, insanın yer üzərində sakit və təlaşsız, əmin-amanlıq şəraitində yaşa-

masına zəmin yaradır.  



Ə

dəbiyyat:  

 

1.

 



Ален де Бенуа. Определение традиции // Альманах «Плюс». – 2008. № 1, с. 3-4. 

2.

 



Аристотель. Сочинения в 4-х т. Т4, М., 1983 г. 382 с. 

3.

 



Эрдалан Г., Бахтияр Л. Традиции суфизма в персидской архитектуре. Чикаго-Лондон, 1972 г. 

4.

 



Генон Р. Очерки о традиции и метафизики – СПБ., 2000, с. 56-57. 

 

 

183



5.

 

Rüstəmov Y. “Fəlsəfənin əsasları”. Elm nəşriyyatı, 2004. səh. 231.  



6.

 

Саваренская Т.Ф. История градостроительного искусства. М – Стройиздат, 1984. 



 

 

Сядагят Велиева

 

Архитектура отражение традиций



 

Резюме

 

 

В статье рассматривается этимологическое значение понятия традиции. А также анализируют-

ся  точки  зрения  разных  авторов  восточной  и  западной  культуры  по  данному  вопросы.  Кроме  этого 

отмечается,  что  архитектура  является  отражением  традиций.  Автор  попытался  раскрыть  свои  сужде-

ния об архитектуре,  которая  является  отблеском  традиции. В статье дается  обоснование на примерах 

Индийских, Китайских цивилизаций.  



 

Ключевые  слова:

  традиция,  цивилизация,  архитектура,  Ислам,  Кааба,  планировочная  структура, 

доктрины. 

 

Sadagat Valiyeva  

Architecture reflection of tradition 

Summary 

 

Thye  article  researches  etymological  meaning  of  tradition.  It  is  shown  ideas  of  different  authors  of 

eastern and western culture. In the article are given examples of Chinese and Indian civilization.  

 

Keywordstradition, civilization, Islam, Kaaba, architecture, east city, structure of plan, doktrins. 

 

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 10.11.2011 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 17.11.2011 

Məqalənin çapa qəbul olunma tarixi: 13.12.2011 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: sənətşünaslıq üzrə fəlsəfə doktoru,  

dosent Sevil Sadıxova 



ADMİU

-nun Elmi Şurasının 20 dekabr 2011-ci il, 4 saylı qərarı ilə çap olunur. 

 

 







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə