İqtisadiyyat, bazar münasibətləri, etika və mənəviyyat mövzusu nə qədər geniş-
dirsə, bir o qədər də şaxəlidir. Qeyd edək ki, iqtisadi qanunlar hər zaman etik münasi-
bətlərə bağlıdır, mənəvi faktorlar iqtisadiyyata təsiredici faktorlar sırasındadır. Müasir
dövrü çox vaxt rəqabət dövrü adlandırırlar. Amma bu və ya digər formada rəqabət in-
sanlar arasında hər zaman olub.Rəqabət imperativləri iqtisadi davranış qaydalarının ləğ-
vi demək deyil. Məlumdur ki, hələ qədim dövrlərdə tacirlər ədəb-ərkan və yazılmamış
əxlaq normalarını dərk edərək etik məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərməyə
çalışıblar. Etik-fəlsəfi və iqtisadi ədəbiyyatı səhifələsək görərik ki, keçmişin etik biznes
normalarına uyğun olaraq sazişlərin tək bir söz, vəd vasitəsilə bağlanması istisna hal
olmayıb. Lakin söz qızıldan dəyərli olub və bu sözə zamin söz verənin nüfuzu, həyatı
olub. İslam dünyasında bu normalar dini normalarla, o cümlədən halal qazanc anlayışı
ilə sıx bağlı olub və bu günə kimi bağlıdır. İntibah dövrünə müraciət etsək görərik ki,
hələ vahid Avropa dövlətləri mövcud olmadığı zamanlar tacirlər mallarını piştaxtalarda
elə yerləşdirirdilər ki, qonşu tacirlərə mane olmasınlar. Qeyri-rəsmi razılaşma və ədəb-
ərkan qaydaları, orta əsrin biznes-etikası belə idi.
Biz keçmişi ideallaşdırmaq fikrində deyilik, ancaq qəbul etməliyik ki, müasir ba-
zar münasibətlərində etik kodeksə tez-tez riayət olunmur. Əgər kimsə israr etsəydi ki,
müasir bazar iqtisadiyyatlarında qanun, mənəviyyat və gəlir əldə etmə istəyi daim üst-
üstə düşür – bu, yanlış fikir olardı. Burada tam əks hallardan bəhs edən, ciddi problem-
143
lərin mövcudluğunu göstərən müxtəlif və çoxsaylı misallar gətirmək olar. Adam Smitin
«azad ticarət və rəqabət insanları mənfəətə meyl nəticəsində zənginləşdirir» tezisi real
həqiqətə hər zaman uyğun deyil. Eyni zamanda bazar iqtisadiyyatına cəlb olunmuş
dövlətlərin zəif nöqtələrinin tənqidi azad bazarın nəhəng pozitiv faktorlarını kölgədə
qoymamalıdır. Azad bazar – yüksək inkişaf səviyyəsi olan keyfiyyətli sistemdir, eyni
zamanda yazılmış və yazılmamış qanun və qaydaları olan xüsusi münasibətlər sistemi-
dir. Demək olar ki, yazılmamış qanunlarla nizamlanan münasibətlər məkanı elə bazarın
etik məkanıdır. Bazarın növü (forması) dövlət və bazar arasında mövcud olan mü-
nasibətləri müəyyənləşdirir. Bunların arasında elə bazar növləri var ki, onlar sosial
münasibətləri və istehsalı formalaşdırır, elə bazar münasibətlərinə də rast gəlmək olar
ki, orada dövlət «azlıq», bazar isə «çoxluq» təşkil edir. “Dövlət kapitalizmi” modelində
iqtisadiyyatın aparıcı sahələrinə dövlət nəzarət edir və o, sosial sahədə fəal deyil. Adə-
tən burada böyük korrupsiya risklərilə bərabər dövlətin istehsalçıya spesifik münasibəti
müşahidə olunur. Sosial dövlətlərdə isə sosial ədaləti pozmamaq naminə və təbəqə-
lərinin toqquşmasına yol verməmək məqsədilə güclü proqramlardan istifadə olunur.
Bazar iqtisadiyyatı sisteminin bəzi ideoloqları belə münasibətlər sistemini tənqid edir.
Onlar belə hesab edirlər ki, bazar kifayət qədər sərt və gəlir-mənfəət baxımından effek-
tiv olmalıdır. Digərləri isə düşünürlər ki, sosial ədalət və stabilliyin maksimal gəlirin
qurbanına çevrilməsi düzgün deyil. Burada bazar iqtisadiyyatının etik problemlərinə
riayət olunması şüarı ön plana çəkilir.Bu mövzu ətrafında olan diskussiyalara mü-
nasibətlərini bildirən məşhur iqtisadçılar Stenli Fişer, Rudiger Dornbuş və Riçard Şma-
lenzi yazırlar: “Yoxsulların xeyrinə olan sosial müavinatlar səviyyəsinin yüksəldilməsi
və dövlət tərəfindən həyata keçirilən sosial proqramlar bəzi hallarda yoxsulların iqtisadi
statusunu dəyişdirmək üçün stimullarını zəiflədir. Bu cür vəziyyət mükəmməllikdən
uzaq olan stimullar sistemini formalaşdırır: burada şəxsi maddi rifahı təmin etmək
məsələsi şəxsi səylər hesabına deyil, dövlətin səyləri hesabına reallaşdırılır”. (С.
Фишер, Р. Дорнбуш, Р. Шмалензи «Экономика». М., 1993, стр.396).
Digər tərəfdən, S. Fişer, R. Dornbuş və R. Şmalenzi hesab edirlər ki, yüz faizlik
bazar iqtisadiyyatı reallıqda mövcud deyil. Dövlət bu və ya digər formada, müxtəlif
səbəblər üzündən bazar münasibətlərinə müdaxilə etmək zərurətilə üzləşir. Son illərin
qlobal maliyyə böhranı iqtisadçı alimlərin fikrini təsdiq edir. Məhz dövlətlərin müdaxi-
ləsi nəticəsində ABŞ-da, Avropa ölkələrində iqtisadi fəlakətin qarşısını almaq mümkün
olmuşdur. Əlbəttə, qlobal maliyyə böhranın səbəbləri müxtəlifdir, lakin qeyd etməliyik
ki, korporativ etik qaydaların pozulması bu səbəblər sırasındadır. Çoxsaylı tədqiqatlar
göstərdi ki, trans-milli şirkətlər tərəfindən maliyyə göstəricilərinin saxtalaşdırılması şir-
kətlər çərçivəsindən çıxaraq cəmiyyət miqyasında böyük bəlalar törətmişlər, milyonlarla
insanları işsiz qoymuşlar, iqtisadi həyatı tənəzzül və böhrana doğru aparmışlar.
Prinsipial bir məqamı qeyd etmək lazımdır ki, “ekoloji etika”, “bazar münasibət-
ləri etikası”, “tibbi etika” və sair terminlər şərti qəbul olunmalıdır. Mənəvi, əxlaqı ori-
yentiri müəyyən edən yeganə etika elmi mövcuddur. Söhbət insan həyatının mənəviyya-
tına dair bilgilər sistemindən gedir. Etikanın xüsusiyyəti ondan ibarətdir ki, mənəvi ide-
yaların mənimsənməsinə doğru daxili hazırlıq olmalıdır. Etika – əxlaq qanunlarının yı-
ğını deyil. Hər kəs bildiyi kimi hərəkət edir, ancaq həyat yollarında hər kəs, “istiqamət
göstərən cığıra” ehtiyac duyur. Məhz bu «istiqamət göstərən cığır» rolunu etika əzəldən
öz üzərinə götürüb. Başqa «etikalar»a qalanda isə, onlar professional fəaliyyət sahələri-
nin spesifikliyini göstərmək üçün istifadə oluna bilər.
Bazar münasibətlərində hər zaman kiminsə maraqlarına toxunulur, mənəviyyatla
uyğun olan, biznesmen nüfuzunu yüksəldən və yaxud onu işgüzar insan kimi hörmətdən
salan hərəkətlər edilir. Müasir bazar iqtisadiyyatında biznesmenin imici böyük əhəmiy-
yət kəsb edir. Nüfuzlu iş adamının şifahi razılığı ilə sazişlər bağlana, onların rəs-
miləşdirilməsi isə sonra da baş tuta bilər. Lakin belə hallar bazar iqtisadiyyatı əsasında
144
fəaliyyət göstərən hər bir cəmiyyətə eyni dərəcədə şamil edilə bilməz. Cəmiyyətdə çox
şey etibar amilindən asılıdır. «Analitik yolla müəyyən edilib ki, insanlararası etibarın ən
aşağı dərəcəsi (son həddi) 33,3% - dir. Statistika göstərir ki, Avropa ölkələrində «insan-
lara etibar edirsinizmi» sualına müsbət cavab verən insanların sayı İtaliyada 50-60%,
Almaniya, Fransa, Böyük Britaniya və Danimarkada 85-90%-dir. Rusiyada isə etibarın
səviyyəsi çox aşağıdır: ancaq 35% respondentlər «insanlara etibar edirlərmi» sualına
müsbət cavab verib (Г. Баранов, Н. Баранова «Рынок и этика: к проблеме интерак-
тивности рыночно - экономического и этического сознания» Кемерово, 2001, стр.
154-159). Müəlliflər hesab edirlər ki, müxtəlif səbəblərdən bazar iqtisadiyyatı və etik
şüur arasında qarşılıqlı təsir yaranmayan ölkələrdə mükəmməl sivil bazarın
formalaşması mümkün deyil.
İnkişaf etmiş ölkələrin biznes dairələrində “qırılmış nüfuzla yaşamaqdansa ya-
şamamaq yaxşıdır” prinsipinə çoxları tərəfindən riayət edilir. Son iyirmi ilin təcrübəsi
göstərdi ki, MDB ölkələrinin bazar iqtisadiyyatı münasibətlərinə qoşulması məntiqidir
və bu, dünyada cərəyan edən təsərrüfat proseslərinə bağlıdır. Eyni zamanda post-sovet
və Qərb ölkələri iqtisadiyyatlarının humanitar-psixoloji aspektlərinin uzlaşması məsələ-
si xüsusi aktuallıq kəsb edərək günləlikdə duran vacib məsələlərdən biridir. Etiraf etmək
lazımdır ki, bəzi hallarda post-sovet məkanının iş adamları azad bazar dəyərlərini adek-
vat şəkildə anlamır və bu, böyük problemə çevrilir. Əlbəttə, zəruri anlam üçün müvafiq
stimullar olmalıdır. Digər tərəfdən, “insanlar qarşılıqlı münasibətlər sisteminə hansı hə-
yat prinsipləri ilə gəliblər” sualına cavab verilməlidir. Bu, tamahkarlıq prinsipləri,
motivləri da ola bilər, layiqli biznesin inkişafı istəyidə. Yeni müstəqil dövlətlər yetkin
bazar münasibətlər yolunun faktiki olaraq başlanğıcındadır. Təbii ki, qısa zamanda mak-
simal gəlir əldə etmək istəyi burada istisna hal deyil. Məlumdur ki, azad iqtisadiyyat,
“bazarın görünməz əli” vasitəsilə insanın şəxsi eqoistik mənafeyini ictimai rifaha çe-
virən mexanizmdir. Lakin o, heç kimə heç bir zəmanət vermir. Zəmanət üçün qanunlar,
əxlaqi normalar, şirkətlərin ümumi rifaha yönələn ideologiyası olmalıdır.Buna misal
olaraq BillQeytsin fəaliyyətini qeyd etmək olar. O, Uorren Baffetlə birgə şəxsi vəsaitlər-
lə QİÇS, onkoloji və başqa xəstəliklərə qarşı elmi işləri maliyyələşdirən fond yaratdı.
B.Qeyts şəxsən bu fonda rəhbərlik edir. Bununla birgə o, dünya ictimaiyyətinə şəxsi
var-dövlətinə münasibətini nümayiş etdirərkən deyir ki, bu var-dövlətdən onun üç
övladına ancaq bir faizi çatır. Qalan vəsait dünyada mövcud olan haqsızlıqla mübarizə
üçün cəmiyyətə qaytarılmalıdır, o cümlədən də uşaq ölümü ilə mübarizəyə, çünki hər il
aclıqdan və xəstəliklərdən dünyada milyonlarla uşaq tələf olur. Planetin ən varlı insanı
hesab edir ki, bütün varidatını varislərinə qoysa, onlara ən pis qayğı göstərmiş olar. İcti-
mai rifahı və biznesi belə qavrama heç nədən yaranmayıb. Amerikada əxlaqi biznesin
tarixçiləri tarixdə vicdanlı milyoner adı altında məşhur olan Henri Fordu qeyd edirlər.
Vicdanlılıqdan əlavə o, yüksək ictimai məqsədlərə meyl edərkən XX əsrin əvvəlində
Amerikanı iqtisadi depressiyadan çıxartmışdır. Məşhur «Mənim həyatım və nailiy-
yətlərim» kitabının girişində o qeyd edir ki,tamahkarlıq məqsədi güdsəydi, yaranan me-
todların dəyişməsinə meyl etməzdi. Əgər ancaq varlanma haqda düşünsəydi, mövcud
sistem onun üçün çox əlverişli olardı; o, kifayət qədər Fordu pulla təmin edirdi. Lakin o,
qulluq ictimai məsuliyyəti unutmadı.
Henri Ford bizə sanki deyir:iş adamı (biznesdə təsadüfi insan yox) bazar iqtisa-
diyyatı sistemində ümumi rifahı unutmamalıdır; sistemin özü biznesin əxlaq qaydalarına
zəmanət vermir, insanlar bunu edir. Məhz bu səbəbdən çoxları «azad bazar şəraitində
dürüst olmaq daha əlverişlidir» fikri ilə razılaşıram, amma digər tərəfdən, bu tezisə
tənqidi yanaşıram. Təəssüflə qeyd etməliyik ki, azad bazar iqtisadiyyatında dürüst ol-
maq hər zaman əlverişli deyil. Bəzi hallarda məhz əyrilik çox vaxt müvəffəqiyyətin
rəhni olur. Misal olaraq qeyd edək ki, XX əsrin 90-cı illərində MDB məkanında qeyri-
qanuni vasitələrlə böyük müəssisələri və xammal mənbələrini əldə edən insanlar mil-
145
yonçu oldular. Qərbə üz tutsaq görərik ki, burada da azad bazar münasibətlərinin möv-
cudluğu dələduzluqdan zəmanət deyil. Korporasiyaların şəffaf mexanizmləri fəaliyyət
göstərməlidir. Məhz bəzi şirkətlərin şəffaf çalışmaması üzündən dövlətlər üçün böyük
problemlər yaranır. Son illərin qlobal maliyyə böhranına nəzər salsaq görərik ki, AAA
(ən yüksək) reytinqə malik olan şirkətlər belə gərgin şəraitdə çökdü. Onların çökməsi öz
növbəsində böyük sosial problemlər yaratdı və bu dramatik nəticənin səbəblərindən biri
şirkətlərin qeyri-şəffaf fəaliyyətidir.
Biznes etikanın müxtəlif mədəniyyətlərdə özəl xüsusiyyətləri mövcuddur.
Azərbaycanda biznesin əsas xüsusiyyəti onun qısamüddətliliyi deyil. Bu hal bir çox
dövlətlərdə müşahidə oluna bilər, xüsusən iqtisadi keçid mərhələsində olan dövlətlərdə.
Diqqəti başqa bir tərəfə yönəldək. Bütün mədəniyyətlərdə biznes etikanın ideya əsasları
mövcuddur. Bu, həm müsəlman, həm xristian, həm də başqa mədəniyyətlərə aiddir.
İslam dünyasında biznesin əsasları fundamental İslam prinsipləri ilə bağlıdır. Burada,
məlum olduğu kimi sələmçilik, alkoqol biznesi və mərc oyunlar qadağandır. İslam
dünyasında biznes şəriətə zidd ola bilməz. Lakin bu, o demək deyil ki, İslam ölkələri
bazar iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərə bilmir. Rusiya alimləri tərəfindən
aparılan tədqiqatlar göstərir ki, İslam dünyasında müsbət dəyişikliklər baş verir. Belə ki,
İslam ölkələrində əhəmiyyətli iqtisadi nəticəyə meyl kifayət qədər güclüdür. Müsbət
nəticəyə nail olmaq istəyini “G7” vətəndaşlarının 67%-nə şamil etmək olarsa, Rusiya
vətəndaşları arasında bu göstərici 44%-dir. Bu, 56,3%-ə bərabər göstəricisi olan beş
İslam dövlətinin orta göstəricisindən aşağıdır. Sosioloji layihələr müəlliflərinin əsas
fikri odur ki, bazar iqtisadiyyatı münasibətləri biznesmenlərdə və sıravi insanlarda fərqli
davranış stereotiplərinə stimullar yaradır. (“Этика национального капитализма» -
“Коммерсант” 23.10.2006, стр. 8).
Bazar iqtisadiyyatı spesifik sistemdir. Bu, əldə edilmiş nailiyyətlərlə kifayətlən-
məyən, hərəkəti stimullaşdıran, daim təkmilləşdirmə yolu ilə gedən xüsusi və qarşılıqlı
münasibətlər sistemidir. Məhz bu səbəbdən bazar iqtisadiyyatı şəraitində möhtəşəm iq-
tisadi nəticələrə nail olmaq mümkündür. Bazar iqtisadiyyatı innovasiyalar, inkişaf və
kapitalın formalaşmasını tələb edir. Burada innovasiyaların rolu çox önəmlidir. Bunu
MDB məkanında da dərk edirlər. Təsadüfi deyil ki, kadrlar, yüksək peşəkarlıqla seçilən
insan resursları probleminin mövcudluğuna baxmayaraq Rusiyada ABŞ-nın
“SiliconValley”-nı təkrarlayan Skolkovo elmi innovasiya mərkəzi yaradılır.Bu məqsəd-
lə dövlət potensial əməkdaşlara ən yüksək məvacib və ən münasib iş şəraiti təklif edir.
Rəqabət mühiti çeviklik, qərarların tez bir zamanda qəbulunu, qabaqlayıcı tədbir-
lər və bəzən “rəqiblərin kənarlaşdırılmasını» tələb edir. Rəqabət probleminə dair geniş
ədəbiyyat mövcuddur. Burada ən populyar müəlliflərdən biri məşhur C. Trout sayılır.
Onun “Positioning. The battle for your mind” əsəri bestsellerlər sırasındadır. (Bax: Al
Ries and JackTrout “Positioning. Thebattleforyourmind”.NewYork, A Time Warner
Company. 1993).Belə olduğu halda rəqabət və iqtisadi etika necə uzlaşa bilər? Bu
məsələ ilk növbədə qanunlar vasitəsilə tənzimlənir. Əgər biz avtarkiya deyil, azad bazar
münasibətləri barəsində danışırıqsa, onda bilməliyik ki, azad bazar münasibətləri yalnız
ümumi, hamının qəbul etdiyi qaydalar əsasında inkişaf edə bilər. Bu qaydalar universal
xarakterli olmalıdır. Sivil bazar münasibətləri ümumi qaydalara əsaslanaraq biznes
fəaliyyətə qoşulmaq üçün heç kimin qarşısında keçilməz sədd qurmaq iqtidarında deyil.
Müasir dövr bizimlə qloballaşma terminləri ilə danışır. Demək olar ki, biz qlobal
azadlıq fenomeninin yaranmasını müşahidə edirik. İnformasiya texnologiyalarının ya-
ratdığı misilsiz imkanlar, dövlətlər arasında sərhədlərin götürülməsi insanlar üçün yeni,
keçmiş dövrlərdən tam fərqli şərait formalaşdırır. Hamımız yüksək sürətlə cərəyan edən
siyasi, iqtisadi, mədəni qloballaşmanın şahidləriyik. İqtisadi qloballaşmanın ən mühüm,
açar sözlərindən biri “şəffaflıqdır”. Şəffaf iqtisadiyyat hazırda iqtisadi terminologiya hü-
dudlarını aşaraq etik, mənəvi anlayışa çevrilmişdir. Söhbət ondan gedir ki, şəffaf iqtisa-
146
di fəaliyyət təkcə iqtisadi tələb deyil o, müasir dövrün etik imperativdir. Azad bazar mü-
nasibətləri azad insanlarsız, onların şəffaf iqtisadi fəaliyyəti olmadan mümkün deyil.
Dünyanın hər bir guşəsində bu sadə və eyni zamanda çətin həqiqəti dərk etməyə başla-
mışlar. Müasir bazar iqtisadiyyatının etik problemləri iqtisadiyyatın şəffaflıq, dürüstlük
məsələlərini əhatə edir. Bazar iqtisadiyyatı şəraitində etik davranış korporativ sosial
məsuliyyəti dərk etmək deməkdir, iş adamlarının layiqli biznes qurması deməkdir.
Beləliklə, bizə etik qaydalar çərçivəsindən çıxmayan azad bazar münasibətləri,
sivil biznes lazımdır. Məhz bu səbəbdən burada problemi aşkarlayan konkret bir sual
qoymaq istərdik: azad, sivil bazar münasibətlərinin inkişafı üçün nəyi dərk etmək
lazımdır? İlk növbədə, sərhədsiz, açıq, şəffaf dünyanın mövcudluğunu. Digər tərəfdən,
ümumi iqtisadi rifahda maraqlı olan sahibkarlar sayının çoxalması zərurətini. Eyni
zamanda, fəaliyyətində iqtisadi etika prinsiplərini rəhbər tutan sahibkarların əksəriyyətə
çevrilməsi ehtiyacını. Yalnız iqtisadi etika norma və qaydalarına riayət edən iş
adamları dövlətimizi inkişaf etmiş iqtisadiyyatlar səviyyəsinə yüksəltmək iqtidarındadır.
Bu, davamlı inkişaf strategiyasının tələbidir.
Dostları ilə paylaş: |