www.achiq.info
1
Mir Rəhim Vilai
(birinci fəsil)
Cənubi Azərbaycanda Milli Azadlıq Uğrunda Demokratik Mətbuatın
Mübarizəsi
(1945
1946
cı illər)
İkinci dünya müharibəsi dövründə alman faşistlərinin İrandan SSRI yə qarşı təxribatçılıq və hücum
təhlükəsini ləğv etmək məqsədi ilə Sovet hökuməti 1921 ci il Sovet İran müqaviləsinə əsasən İran
torpaqlarına müvəqqəti olaraq Qızıl Ordu hissələrini göndərdi.
Qızıl Ordunun xilaskarlığı nəticəsində ölkədə antifaşist və demokratik hərəkat genişləndi. İranın zindan
və sürgünlərindən azad olunmuş azadlıq sevən və mübariz oğulların əli ilə ölkədə demokratik təşkilat və
cəmiyyətlər yaradıldı.
1941 ci il sentyabr ayının 20 də Tehranda Hizb Tudeyi İran (İran Xalq Partiyası) təşkil olundu. Onun
rəhbərliyi altında İran fəhlələrinin həmkarlar ittifaqı yaranıb fəaliyyətə başladı.
Hizb Tudeyi İranın mübariz mətbuatı olan «Siyasət», «Mərdom», «Rəhbər», «Zəfər» və s. qəzetlər nəşr
olundu.
1941 ci ildən Azərbaycanda da Hizb Tudeyi İranın Azərbaycan təşkilatı təşkil edilərək fəaliyyətə
başladı. Təbrizdə. «Azərbaycan ziddifaşist cəmiyyəti», «Azərbaycan cəmiyyəti», «Azərbaycan fəhlələrinin
Həmkarlar İttifaqı», «Azərbaycan zəhmətkeşlər təşkilatı», «Kanun demokrası Azərbaycan» (Azərbaycan
demokratiya ocağı) və s. mütərəqqi cəmiyyət və təşkilatlar yaradıldı.
Hərəkatın yüksəlişi ilə əlaqədar olaraq, Azərbaycanda Fars və Azərbaycan dilində antifaşist və
demokratik mətbuatın sayı artmağa başladı.
Təbrizdə «Xavəreno», «Fəryad», «Təbriz», «Şahin». «Əxtər şimal», «Vətən yolunda», «Azərbaycan
ulduzu», «Azərbaycan», «Yumruq», «Ədəbiyyat səhifəsi», Ərdəbildə «Cövdət», «Yumruq», Urmiyədə
«Qızıl Əskər» və s. qəzetlər nəşr olundu.
Faşizmə və daxili irticaya qarşı xalq kütlələrinin mübarizəsi genişlənirdi.
Qızıl Ordunun alman faşizmi üzərindəki yeni yeni qələbələri mübarizədə İran xalqlarını ruhlandırırdı.
Hizb Tudeyi İranın rəhbərliyi altında fəhlələr, zəhmətkeşlər öz yaşayış vəziyyətlərini yaxşılaşdırmağı, 8
saatlıq iş günü və sığorta qanunları verilməsini, kəndlilər isə torpaq islahatı keçirilməsini, ölkədə qanun əsasi
mocibincə əyalət və vilayət əncümənlərinin seçilməsi və s. hüquqlarını tələb edirdilər. Ölkənin hər yerində
fəhlələrin siyasi iqtisadi tətilləri, mitinq və nümayişləri, kəndlilərin isə zalım feodallara və jandarmlara qarşı
torpaq uğrunda hərəkatı genişlənərək böyük bir qüvvəyə çevrilirdi.
Müharibənin nəticəsində İranda istibdad hökuməti yıxılmış olsa da onun mahiyyətində heç bir
dəyişiklik əmələ gəlməmişdi. 13 cü məclis nümayəndələrinin hamısı və 14 cü məclisə seçilənlərin
əksəriyyəti
1
imperialistlərin əlaltıları və böyük mülkədarlar idilər.
Bir sözlə, ölkədə iyirmiillik mənfur istibdadın yerini «ondan daha həris olan Süheylilər, Tədəyyünlər,
Həkimilər, Saedlər və Sədrüləşraflar tutmuşdular»
2
.
www.achiq.info
2
Mürtəce hakim dairələr imperialistlərin iradəsini yerinə yetirərək xalq kütlələri üzərində zülm və təzyiqi
artırırdı. Azadlıq və demokratiya uğrunda İran zəhmətkeşlərinin mübarizə hərəkatı qüdrətli bir qüvvəyə
çevrilmişdi.
Azərbaycan xalqı yenə də yerli feodal və kapitalist istismarından başqa imperialistlərin və hakim
dairələrin milli zülm və işgəncəsinə məruz qalmışdı. Şəhərlərdə və kəndlərdə polis və jandarmların
cinayətləri həddini aşmışdı. Demokratik mətbuat bağlanır, cənubda Hizb Tudeyi İranın təşkilat və klublarına
hücumlar təşkil edilirdi.
İran xalqlarının demokratiya və azadlıq tələbləri, şikayət və teleqramlarına İran dövləti silahla cavab
verirdi.
Xalqın mərkəzi hökumətə və xarici imperialistlərə qarşı etirazlı çıxışları, mitinq və nümayişlərinə güllə
və sərnizə ilə cavab verilirdi.
Ölkədə gündən günə artan işsizlik, yoxsulluq, zülm, istismar və hüquqsuzluq narazılığı daha da
şiddətləndirdi.
İranın dövlət başçısı Saed xalqın artan narazılığı və mübarizəsinə etinasız yanaşaraq, xalq kütlələri
üzərində təzyiqi davam etdirirdi.
Bütün bunlar göstərirdi ki, xalqın gücü ilə azadlığa nail olmaq mümkün idi.
İranda demokratik hərəkatı boğmaq üçün irticanın hərtərəfli hücuma keçdiyi bir dövrdə onlara sarsıdıcı
zərbə endirmək və İranda azadlığın təmin edilməsi üçün Azərbaycanda inqilabi dayaq mərkəzi yaratmaq ən
mühüm bir vəzifə kimi qarşıda dururdu.
Sovet Ordusunun Alman faşizmi və Yapon militarizmi üzərində çaldığı ümumdünya tarixi qələbəsi
beynəlxalq şəraiti demokratiya və azadlıq cəbhəsi xeyrinə kökündən dəyişdi, imperializmin müstəmləkə
sisteminə sarsıdıcı zərbə endirdi. Məhz buna görə də o, kapitalist ölkələrində fəhlə hərəkatının artmasına,
müstəmləkə və asılı ölkələrdə milli azadlıq hərəkatının genişlənməsinə səbəb olduğu kimi, bütün İranda və
eləcə də Azərbaycanda xalq hərəkatının yüksəlişinə qüdrətli təkan verdi.
Azərbaycanda sürətlə inkişaf edən demokratik hərəkat imperializmə, daxili irticaya, feodal zülmünə,
istismara, istibdad quruluşuna qarşı mübarizə aparan bütün demokratik və vətənpərvər qüvvələri özünün
vahid bayrağı altında birləşdirərək, bunları qəti mübarizəyə aparan bir firqənin yaradılması zərurətini
meydana çıxartdı. .
Belə bir firqə — mübarizədə. mətinləşmiş Azərbaycan xalqının istək və arzularının təcəssümü olaraq,
ölkənin iqtisadi ictimai həyat ziddiyyətlərinin zəmini şəraitində 1945 ci ilin sentyabrında yaradılmış olan
Azərbaycan Demokrat Firqəsi oldu.
1 və 2 Bax: Seyid Cəfər Pişəvəri, «21 Azər», 1961ci il.