Öfkə gələr – göz qızarar, öfkə gedər – üz qızarar
(Türk atalar sözü).
aradan iki həftə keçməsinə baxmayaraq, Banuya olan
öfkəm, hələ də keçməyib. Düz on dörd gündür ki, hər gün
Banudan bir zəng, bir mesaj gözləyərək keçdi günlərim.
“Raul, sən hər şeyi, tamamilə səhv başa düşdün. Heç
nə sənin düşündüyün kimi deyildi. İcazə ver, məsələnin nə
yerdə olduğunu, sənə başa salım.” deməsini gözlədim. Hər
nə qədər öfkəli olsam da, bir yandan da, yanılmış olma-
ğım üçün, için-için yalvardım hər gecə. Saatlarla telefonun
başında gözləyib, Banu indi zəng vuracaq və hər şeyə bir
açıqlama gətirəcək, dedim özüm-özümə. Yenidən barışa-
cayıq və hər şey çox gözəl olacaq, deyə xəyallar qurdum.
Qoy, elə bir açıqlama versin ki, yenə də əsəbiləşəcəyim
bir şey olsun, eybi yox. nə olursa olsun, amma, xəyanət
olmasın, deyə ümid etdim. Ən azından, Günay zəng edər,
deyə gözlədim hətta. Mənə yanıldığımı, Banunun qəlbini
boş yerə qırdığımı deyər. İşin gerçək üzünü o danışar bəlkə
mənə.
artıq, iki həftə keçdi. nə Banudan səs-soraq çıxdı,
nə də Günaydan. Demək ki, yanılmamışam. Hər şey, elə
mənim düşündüyüm kimi imiş. Heç cürə ağlım almır bu
işi. necə ola bilər axı, bir insan iki dəfə aşiq olsun və iki
sevgisinin də sonu xəyanətlə bitsin. Bir insan üçün, bundan
daha ağır nə ola bilər ki, bu həyatda? Telefonum zəng çalır.
Bir telefon zənginin, məni bu qədər həyəcanlandıracağını
düşünməzdim əsla. Bəlkə də, günlərdir gözlədiyim, o zəng
176
gəlir hal-hazırda. Ekrana baxdığımda, zəng vuranın Günay
olduğunu görürəm. Həyəcanla telefonu açıb, cavab verirəm.
“alo?”
“Raul, hardasan?”
“Evdəyəm. nə olub ki?”
“Banu əməliyyata girir indi. Çox ağır və riskli bir əmə-
liyyatdır.”
Danışdıqca səsi titrəyir Günayın. Ya da ki, ağlayır. Tele-
fonda tam ayırd edə bilmirəm. “nə əməliyyatı? nə danışır-
san sən?”
“Raul, gəl bura. Tez ol. Hər şeyi danışacam sənə. adresi
mesajla yollayıram.”
Sözünü bitirib telefonu üzümə qapadı. Evdən çıxıb, qa-
ça-qaça ən yaxın dayanacağa gedirəm. Banu mənə xəya-
nət etmiş olsaydı, nə olur-olsun, Günay mənə zəng vur-
mazdı. Banunun yanındakı o adam kim idi bilmirəm,
amma, bundan artıq əminəm. Banu mənə xəyanət etməyib.
Sevdiyim qız, bir az sonra ağır bir əməliyyata girir. Mənim
isə heç dünyadan xəbərim yoxdur. Görünür, həqiqətən də,
Banunun qəlbini qırmışam. Ona görə də, mənə heç bir söz
demədən, yoxa çıxmaq istəyib həyatımdan. Taksiyə minib,
xəstəxanaya doğru yola düşürəm.
“Qardaş, bacardığın qədər tez ol. Sevdiyim qız əməliy-
yata girmədən, məni ona çatdır.”
“narahat olma. uzağı iyirmi beş dəqiqəyə ordayıq.”
Yol boyunca, sürücüdən, daha sürətli sürməsini istə-
yərək, başını dəng elədim. İyirmi dəqiqə sonra, gəlib çat-
dıq nəhayət ki. Cibimdəki son pulumu da taksiyə verib,
xəstəxanaya girirəm. Gözləmə zalına gəldiyimdə, Banunun
177
anası Gülşən xala və Günayı görürəm. Gülşən xala ağlayır,
Günay isə başının üstündə durub ona təsəlli verir. Günay,
bir az aralıdan gəldiyimi görüb, əli ilə, orda qal, deyə işarə
edir. Gülşən xalaya nə isə deyib, sonra yanıma gəlir.
“Qorxma, Raul, salamatçılıqdır. Gəl bir az çölə çıxaq.
Həm rahat danışaq, həm də mən bir az hava alım.”
Dərin bir oh çəkdim. Banunun anasını ağlayan görüb,
ağlıma min cürə fikir gəlmişdi. Şükür ki, salamatçılıqdır.
Söhbət edə-edə qapının ağzına çıxırıq.
“Banu artıq yarım saatdır ki, əməliyyatdadır. Həkim
ağır bir əməliyyat olacağını dedi. Təxminən, beş-altı saat
çəkəcək. Əməliyyatın gedişatından asılı olaraq, hətta, daha
da uzun çəkə bilər. Səni bura çağırdığımdan, Banunun
xəbəri yoxdur. Hər zamankı kimi, Banunun sözünü dinlə-
mək yerinə, qəlbimin səsini dinlədim.”
“Yaxşı eləmisən, Günay. Çox sağ ol. İnşallah, Banu da
yaxşı olacaq. amma heç demədin, bu əməliyyat nə üçün-
dür?”
“Banu, altı ay əvvəl, əməliyyat ola bilmək üçün, yardım
fonduna müraciət etmişdi. Məlum məsələdir ki, Banunun,
öz imkanı çatmayacaq qədər, bahalı bir əməliyyatdır bu. Bu
əməliyyat nəticəsində ya bu xəstəlikdən birdəfəlik azad ola-
caq, ya da ki...”
“Ya da ki falan yoxdur. Banu sağalacaq!”
Günay köks ötürdü.
“Raul, əməliyyatdan əvvəl, yüzdə səksən ölüm riski ol-
duğunu dedi həkim.”
“Banu güclü qızdır. Həm də nə olursa olsun, Banu məni
buraxmaz. Məni buraxıb da, ölməz əsla.”
178
“İnşallah, Raul. İnşallah, sənin dediyin kimi olar. Lakin,
iki həftə əvvəl Banunun qəlbini çox pis qırıbsan. Əməliyyata
girərkən belə, əhvalı heç yaxşı deyildi. Hələ üstəlik, kafedə
qardaşını da döyübsən.”
“nə qardaşı? O adam Banunun qardaşı idi?”
“Hə, Raul. Banunun qardaşıdır.”
“Banu evin tək uşağı deyildi, məgər?”
“Bildiyin kimi, atası, Banu hələ uşaq ikən, atıb getmişdi
ailəsini. Bir müddət sonra, yenidən ailə həyatı qurub. Yəni
sənin anlayacağın o adam, Banunun ögey qardaşıdır. atası,
sonradan ailəsini tərk etdiyinə görə, çox peşman oldu.
Banuyla görüşmək, aranı düzəltməyə çalışsa da, Banu buna
izin vermədi. İndi isə, atası ağır xəstədir. Ölmədən əvvəl,
son arzusu, Banunu görmək, ondan halallıq almaqdı. Ögey
qardaşı da, Banuya bu məsələni danışmaq, onu razı salmaq
üçün, görüşmək istəyib.”
“Banu bütün bunları mənə niyə deməyib bəs?”
“ailəsindəki problemlər Banu üçün hər zaman utancve-
rici olub. Bu məsələni səndən gizlətməyinin tək səbəbi də,
elə məhz, bunları sənə deməkdən utanması idi.”
Günay danışdıqca, iki həftə əvvəl, kafedə yaşananlar,
lent yazısı kimi gözümün önündən keçdi. İlahi, mən nə
etmişəm belə? nələr demişəm Banuya? Hələ ən son, “nə
ölümə, nə ölünə”, demişdim.
“Raul, mən içəri girirəm. Gülşən xala tək qalıb orda. Sən
də gəl.”
“Sən get. Qoy, Gülşən xala tək qalmasın. Mən bir az
daha burda qalıb, hava alacam.”
Günay gözləri ilə “yaxşı” deyə işarə edib, içəri girir.
Xəstəxananın önündəki pilləkənə oturub, bir siqaret yan-
179
dırıram. Bir tüstü çəkib, xəyallara dalıram yenə. Görəsən,
Banu bağışlayarmı məni? Ciyərlərimdəki tüstünü göyə
üfürüb, səmada xəyallarımın şəklini çəkirəm. Mən bəy
kostyumunda, yanımda da Banu. Həm də bəyazlar içində.
uzun və gözəl olan, gəlinlik paltarında. Əl-ələ tutmuş, to-
yumuzun keçirildiyi şadlıq sarayına giririk. İkinci tüstü
isə, tamamilə fərqli bir şəkil çəkir. nə çəkdiyimi, dilimə
belə gətirmək istəmirəm. Banuya bir şey olsa, nə edəcəm
mən? necə yaşayacam onsuz? Hələ, bu son yaşananlardan
sonra, necə qaldıra bilərəm axı belə bir şeyi? Yox, Raul,
yox. ağlına pis fikirlər gətirmə. Banuya heç bir şey olma-
yacaq. Buna əminəm. Bu əməliyyat uğurla nəticələnəcək.
Tamamilə sağalacaq artıq, mavi gözlüm. Bir müddət kü-
sülü qalacaq, yəqin ki, mənə. amma eybi yox, küsməkdə
haqlıdır. Zamanla könlünü alaram əlbət. Əvvəlkindən
daha çox xoşbəxt olarıq. Bircə bu əməliyyat uğurla bitsin,
Banuya evlilik təklifi də edəcəm. Bərabər keçirdiyimiz bir
il müddətində, hər ikimiz, kifayət qədər acı çəkdik. artıq
xoşbəxt olmağın tam zamanıdır. Banu əməliyyatda oldu-
ğu müddətcə əlimizdən gələn tək şey dua etməkdir. Dua
etmək üçün, ən doğru məkan məsciddir, əlbəttə. amma, heç
şübhəsiz ki, məsciddən daha çox, xəstəxana divarları şahid
olur içdən edilən dualara.
Əməliyyatın beşinci saatı tamam olandan bəri, gözlərimi
əməliyyat otağının qapısına dikib, həkimin çıxışını gözlə-
yirəm. Gözləməkdən, gözlərimin kökü saralıb. Banu haq-
qında, heç kim, doğru-dürüst məlumat vermir. Tək dedikləri
söz, əməliyyat hələ də davam edir. Həkim çölə çıxıb, bir
xəbər versin artıq. Banunu bu xəstəlikdən qurtardıq, de-
180
sin, məsələn. Sevdiyin qız artıq tamamilə sağlamdır, desin.
Səbrim tükənmək üzrədir. Əməliyyatın vaxtı uzandıqca,
ağlıma pis-pis fikirlər gəlir yenə. Bir az daha bir xəbər
ala bilsəm, dayana bilməyib, elə özüm əməliyyat otağına
girəcəm.
nəhayət ki, beş saat qırx dəqiqənin sonunda həkim çölə
çıxır. Üzündəki maskanı çıxarıb, cibinə qoyur. Əlindəki
kiçik bez parçası ilə alnından axan təri silərək, bizə doğru
gəlir. “Əməliyyat bitdi artıq. Bundan sonra, bir neçə saat
gözləməliyik, sadəcə.”
“necə yəni? nəyi gözləməliyik? Banu yaxşıdı?”
Həkim, kiçik bir təbəssüm edərək, cavab verir. “Cavan
oğlan, biz əlimizdən gələni elədik. Əməliyyatda heç bir
problem olmadı. Bundan sonrası, xəstənin dayanıqlılığına
bağlıdır. Hal-hazırda əlimizdən gələn tək şey, dua etməkdir.”
Həkimin bu sözlərinin ardınca, əməliyyat otağından tibb
bacısı çıxaraq, təşvişlə həkimə səslənir. “Həkim! Xəstənin
ürəyi dayandı. Yetişin!”
Həkim qaçaraq otağa girir. Həkimin ardıyca mən də
girirəm içəri. Tibb bacılarından biri önümü kəsir. “Zəhmət
olmasa çölə çıxın. Bura sterilizə olunmuş bir yerdir.”
Gözlərimi bərəldib, üzünə baxıram. “Heç yerə çıxmı-
ram. Mən burda qalacam! Siz də öz işinizə baxın!”
Həkim tibb bacısına dönüb qışqırır. “Buraxın qalsın.
Defibrillatoru hazırlayın. Tez olun!” Banuya elektro-şok
verməyə başlayırlar. İki yüz! – Qayıtmadı. artırın bir az. İki
yüz əlli! – Olmadı. Üç yüz elə! – Yenə də olmadı. Son bir
dəfə daha! – Olmadı... Həkim üzünü mənə çevirib məyus
bir şəkildə başını sağa və sola yelləyir. “Xəstəni itirdik. ”
181
Yanına gedib, yaxasından yapışıram. Səsimin çıxdı-
ğı qədər bağırıram üstünə. “necə yəni itirdik?! ağzından
çıxanı qulağın eşidir sənin? nə işə yarıyırsız siz burda?
Yenə cəhd edin! Əlinizdəki o zibilin sürətini artırın bir az!
Bir şeylər edin!”
Heç bir söz demədən, başını aşağı salır həkim. Tibb bacı-
sı, bəyaz örtüyü Banunun üzünə örtür. Əlimi atıb, öfkəylə,
yenidən üzünü açıram. “neynirsiz siz?! Dəli olmusuz?
Həkim, sağalt onu! Sənə yalvarıram, qoyma onu ölməyə.
Çiyinlərimə bu yükü qoyma, həkim. Mənim canımı al, ona
ver. neynirsən elə, amma, yaşat onu! Sənə yalvarıram,
həkim. Yaşat onu!...”
“Biz əlimizdən gələn hər şeyi elədik. Bilirəm, çox çətin-
dir, amma, İlahi təqdirə razı olmaq lazımdır. Əlimizdən
başqa bir şey gəlməz. allah rəhmət eləsin...”
Sözünü bitirib, çölə çıxır. Onun ardınca tibb bacıları
da bir-bir otağı tərk edirlər. Otaqda Banuyla ikimiz qalı-
rıq sadəcə. “aç gözlərini, Banu. Mən gəlmişəm yanına.
Burdayam. Yanındayam mən. nə olar, aç gözlərini. O
mavi gözlərinlə, gözlərimə bax yenidən. Məndən küsdü-
yünü de. Hətta mənə nifrət etdiyini de. amma, yalvarıram,
aç gözlərini. Buna dayanacaq gücüm yoxdur, Banu. Özün
də bilirsən ki, bunu qaldıra bilmərəm mən. Məni tərk edib
getmə. Sən mənim yalnızca sevdiyim qız deyilsən, Banu.
Sən mənim dostumsan. Sirdaşımsan sən mənim. Heç
gəlməyəcək olan gözəl günlərə inancımsan. Sən, ...Sən heç
vaxt doğulmayacaq olan, uşaqlarımın anasısan, Banu. Sən
mənim hər şeyimsən. Sən getsən, bitərəm mən. aç gözlərini
sevdiyim...”
182
Sonuncu dəfə toxunuram sevdiyimə. Bədəni sonuncu
dəfədir ki, bu qədər istidir. Bir az sonra yavaş-yavaş so-
yumağa başlayacaq. Qara saçlarını oxşayıb, ağlaya-ağla-
ya, qoxusunu içimə çəkirəm. Ciyərlərim çartlayana qədər
qoxulamağa davam edirəm. Sanki, qoxusunu, bundan son-
rakı bütün ömrümə bəs edəcək qədər tədarük etməyə çalı-
şıram...
183
IV
Ölümdən sonrakı
şizofreniya
G
Banudan ayrılmamaq üçün, səhərin açılmasını heç
istəmirdim. Ölmüş də olsa, ən azından, cansız bədəni ya-
nımdaydı gecədən bəri. Ruhu bədənini tərk etsə belə, cismi
hələ də mənimlə bərabərdir. Banu ilə bərabər keçirtdiyim
son gecə idi bu. Cansız bədəninə sarılıb, səhərə qədər ya-
nında uzandım. Bir az sonra isə sevdiyimi son mənzilə yola
salacayıq. Bərabər keçirtdiyimiz, sonuncu dəqiqələrdir ar-
tıq.
Otağın qapısı döyülür. Günay içəri girir. “Raul, yaxşı-
san?” Çox yersiz bir sual olduğunun, özü də fərqindədir,
əslində. Başımı çətinliklə qaldırıb, üzünə baxıram. Başım,
sözün əsl mənasında bədənimə ağırlıq edir sanki. Elə
Günayın özü də, ağlamaqdan, iki cümləni ard-arda qoşub,
danışa bilmir heç. “Raul, dünən, Banu əməliyyata girmədən
184
əvvəl, mənə bir məktub vermişdi. – allahın işidir, bilmək
olmaz. Əgər, bu əməliyyatdan sağ çıxmasam, bu məktubu
Raula çatdırarsan, – demişdi mənə. Elə bu məktubu mənə
verəndən sonra, dözə bilməyib, mən də, sənə zəng vurdum.”
Əlindəki məktubu mənə verib, başqa bir söz demədən,
çölə çıxır. Günay çıxdıqdan sonra, həyəcanla məktubu açıb,
oxumağa başlayıram.
Məktub: “Raul, əgər bu məktubu oxuyursansa, demək
ki, mən artıq həyatda yoxam. Bu gün xəstəliyimlə bağlı
əməliyyat olunacam. Ya bir dəfəlik sağalacam, ya da ki,
öləcəm. Bu xəstəliklə yaşamaq çox ağırdır, Raul. Ölümdən
daha betərdi bu. Həkimlər, yüzdə səksən ölüm riskimin ol-
duğunu deyirlər. Sənin xəbərin olsa, məni bu əməliyyata
girməyə qoymayacağını bilirəm. Buna görə də, əməliyyat
bitənə qədər, sənin heç nədən xəbərin olmayacaq. Əgər
ölsəm, bu riski gözə alıb, əməliyyata girdiyim üçün mənə
əsəbiləşmə. Yüzdə iyirmi faiz belə olsa, sağalmaq, yaşa-
maq ehtimalım var. Hər kəs kimi, uzun bir ömür yaşayıb,
səninlə bərabər ola bilmək ehtimalım var. Həm, nə bilmək
olar, bəlkə də, hər şey yaxşı oldu. Həqiqətən də, sağala-
ram bəlkə. Evlənərik, iki uşağımız da olar. Biri oğlan, biri
qız. Onlar böyüdüyündə, bu məktubu səninlə bir yerdə on-
lara göstərərik. Sevginin nə olduğunu, sevib-sevilmənin
gözəlliyini, bizdən öyrənər uşaqlarımız. Raul, sənin üçün
çox darıxmışam. Bu əməliyyat uğurla bitsə, ilk işim, səninlə
barışmaq olacaq. Mən ölsəm, son yaşadığımız hadisə ilə
bağlı, özünü günahlandırma. O hadisədə ikimizin də gü-
nahı var idi. Mənim günahım, ailəvi məsələlərimi səndən
gizlətməyim oldu. Sənin günahın isə, məndən şübhə etmək.
185
Sənə xəyanət edə biləcəyimi düşünmüş olmağın, həqiqətən
canımı çox yandırdı. Sən mənim bu həyatdakı ilk və son
sevdiyimsən. Mən sevginin nə demək olduğunu səninlə
öyrəndim, adam. adam deyirəm, çünki adam sözünü, hər
kəsə deməzlər. Hər kəs adam kimi sevməsini bilməz. Səndən
öncə, sevgiyə inanmayan biri idim mən. Sevginin var oldu-
ğunu, mənə sən isbat etdin. Yeri gəldi, atalıq etdin mənə.
Yeri gəldi, qardaşlıq etdin. Dostum oldun, sirdaşım oldun.
Ən önəmlisi isə, sən mənə həyat yoldaşı oldun. Səninlə ke-
çirtdiyim bu bir il, həyatımın ən gözəl hissəsi oldu mənim
üçün. Səni sevdiyimdən, bir an belə olsun, peşman olma-
dım əsla. Səni sevməkdən bircə an belə vaz keçmədim.
Yaxşı ki, həyatıma girdin, adam! Və məktubu bitirmədən
son sözüm, unutma ki, mənə verdiyin bir söz var. Məndən
sonra, gözündən tək damla belə yaş axmayacaq. Məni unut
demirəm, çünki, mən səni əsla unuda bilməzdim. amma,
çətin də olsa həyatına davam edəcəksən. Səni sevirəm,
cənnət qoxulum...”
Məktubu göz yaşları içində, hıçqıra-hıçqıra oxudum.
Sonuna çatdığımda isə, sildim göz yaşlarımı. Banuya söz
vermişdim mən. Heç deyilsə, verdiyim son sözümü tutum
gərək. Qapı yenidən döyülür. anar içəri girir. Yanıma gəlib,
əlini çiynimə qoyur. “Raul, toparlan, qardaşım. Cənazə
qalxmalıdır artıq. Sevdiyinlə vidalaş. Sonra isə, ayağa
qalxıb, Banuya olan son borcunu yerinə yetir. Sevdiyini son
mənzilə uğurla.” Banunun üzünü açıb, son dəfə alnından
öpürəm. Hər nə qədər, gözümdən yaş axmamağı üçün özü-
mü sıxsam da, bir damla isti göz yaşı, yanağımdan süzülüb
Banunun üzünə düşür.
186
Cənazəni qaldırıb, məzarlığa doğru yola düşürük. Yol
boyunca, tabutun bir tərəfindən, israrla, mən tuturam yal-
nız. Son mənzilinə, öz çiyinlərimdə aparıram sevdiyimi.
Ətrafımda onlarla insan olmasına baxmayaraq, qəribə bir
səssizlik var. Hətta, təbiətdən belə, bir səs gəlmir. nə bir
quş ötür, nə də bir yel əsir. Sevdiyim qızın tabutunu daşı-
yıram mən. Bu mənzərəni görən dünya, utancından susub
sanki. Məzarlığa çatıb, Banu üçün qazılmış məzarın yanına
gəlirik. Tabutu çiynimizdən endirib, məzarın yanında yerə
qoyuruq. Mollanın göstərişi ilə cənazə namazını qılıb, dua
oxumağa başlayırıq...
İlahi, bundan daha ağır bir şey varmı görəsən bu dünya-
da? İnsan da heç, öz sevdiyinin cənazə namazını qılarmı?
Cənazənin qəbirə endirilmə vaxtı çatdığında, yerləşdirmək
üçün, qəbirə girirəm. anar əlindəki taxta parçalarını,
məzarın üstünü qapamaq üçün mənə uzadır. Qəbirdən çıxıb,
onları da bir-bir əllərimlə düzürəm. Son olaraq, məzara bir
ovuc torpaq atıb, geri çəkilirəm. ayaqda duracaq taqətim
yoxdur daha. Kaş ki, Banu ilə bərabər, məni də gömsələr
bu məzara...
Dəfn mərasimi bitdikdən sonra, hamı bir-bir başsağlığı
verib, dağılışır. Hətta, Banunun öz qohum-əqrəbası belə. Bir
tək anar qalır yanımda. “Raul, maşında oturub, gözləyirəm
səni. İstədiyin qədər otur, danış sevdiyinlə. Sonra isə, gəl
səni evə aparım. Dincəl bir az. Dünəndən bəri yatmayıbsan
heç.”
Başımla “yaxşı” deyə işarə edirəm. anar getdikdən son-
ra Banunun yanına uzanıram yenidən.
187
“anar da getdi, Banu. İkimiz qaldıq sadəcə. aramızdakı
tək əngəl, sadəcə bu torpaqdı. Sən öldün, amma, mən hələ
də yaşayıram. niyə yaşayıram, onu da bilmirəm heç. Bəlkə
mən də gəldim yanına. amma, öldükdən sonra, digər tərəfdə
səni görə bilməməkdən çox qorxuram. Burda ən azından,
sənin xatirələrin var. Şəkillərimiz var çoxlu. Qoxunu ala
biləcəyim paltarların, səninlə söhbət edə biləcəyim, bir
məzarın var. Hal-hazırda imkanım yoxdur, amma, sənə
söz verirəm, əlimə pul keçən kimi, sənə çox gözəl bir
məzar düzəltdirəcəm... Ehh, Banu... Səninlə evlənib, öz
evimizi düzəltdirmək var ikən, sənə məzar düzəltdirməyi
düşünürəm indi. Bundan sonra, mənim evim də, elə buradır.
Mənim evim sənsən, Banu. Bilirsən, həyat mənim üzümə
heç vaxt gülməyib. Tanrının mənə verdiyi tək hədiyyə sən
idin. Səni də aldı əlimdən. Bu vaxta qədər, başıma gələn hər
pis hadisədə, “hər işdə bir xeyir var” demişəm öz-özümə.
Bəs indi nə deyim? Sənin ölümün də, nə kimi bir xeyir ola
bilər axı? Əgər qovuşa bilməyəcəkdiksə, niyə qarşılaşdır-
dı tanrı bizi? niyə aşiq etdi bizi bir-birimizə? Üzr istəmək
üçün, iki dəqiqəlik vaxt belə vermədən, səni məndən aldı.
ah, mavi gözlüm, ah... Bu bəyaz kəfən, heç yaraşmadı
sənə. Səni bəyazlar içində görməyi xəyal edərkən, bunu
nəzərdə tutmamışdım mən. Kaş ki, bir ömür mənə küsü-
lü olaraq qalaydın, amma, ölməyəydin. Heç deyilsə, eyni
oksigeni tükədərdik səninlə. Ən azından, yaşadığını, sağ
olduğunu bilərdim. Ölüm, hər şeydən daha betər imiş, sev-
diyim. amma, hər şeyə baxmayaraq, səninlə keçirtdiyim
bu bir il, həyatımın ən gözəl hissəsi idi. Səninlə bərabər
ikən, zamanın necə keçdiyinin fərqinə belə varmırdım heç.
188
Ümumiyyətlə, sənin yanında olanda, zaman qavramının
varlığını unudurdum. İndi isə, saatın əqrəbləri tərpənmir
sanki. Vaxt gəlib-keçmək bilmir.”
Qolumdakı saatı çıxarıb, məzarın hələ bərkiməmiş
olan, yumşaq torpağına basdırıram. “artıq saat taxmağın
bir mənası yoxdur mənim üçün. Zaman, səninlə dayandı,
Banu...”
***
Oyandığımdan bəri, başımda şiddətli ağrılar var.
Gözümü açdığım andan etibarən, qulaqlarımda qəribə bir
uğultu yaranıb. Elə bil, qorxunc, dəhşətli əks-səda eşidirəm.
neçə saatdır yatmışam, bilmirəm. Saatın neçə olduğundan
xəbərim belə yoxdur. Hətta, otaqda pəncərə olmadığından,
gecədir, yoxsa gündüz, onu belə bilmirəm. Xatırladığım
son şey, hər şeyi bir neçə saatlıq da olsa unutmaq üçün, ba-
şım dönənə qədər şərab içmişdim. Onsuz da, içki içməklə,
itirdiklərimiz dönmür, sadəcə başımız dönür. nə qədər çox
içmişəmsə, sanki, evin içində, Banunun səsini eşidirəm.
“Raul, bura gəl. Mən burdayam. Yanıma gəl”. Banunun
səsi yataq otağımdan gəlir. Səsin gəldiyi yerə getmək üçün,
ayağa qalxıram. Yerimdən qalxar-qalxmaz, başım hərlənir.
Otaq, birdən-birə, mənim ətrafımda dönməyə başlayır.
Sanki, dünya hər zamankından çox, daha sürətlə fırlanır
hal-hazırda. Görünür, hələ də sərxoşluqdan ayılmamışam.
Divarlardan tuta-tuta, bir təhər yataq otağına gəlirəm.
Gördüyüm mənzərənin qarşısında, yerimdəcə donub qalı-
ram. İlahi, bu nədir belə? Belə getsə, ağlımı itirib, dəli ola-
cam artıq. Bəlkə də itirmişəm, heç xəbərim yoxdur. Yox,
bu ola bilməz. Ya mən, hələ də yuxudayam, ya da ki, çox
189
sərxoşam. Əllərimlə məzara qoyduğum sevgilim, yataq
otağında, çarpayının üstündə oturub, gülümsəyərək mənə
baxır. “Yuxuda deyilsən, Raul. Gördüyün həqiqətdir.”
ayağa qalxıb, mənə doğru gəlir. Döş qəfəsim get-gedə
daha çox sıxılır. Ürəyim elə bərk döyünür ki, səsini özüm
də eşidirəm. Yanıma gəlib, düz qarşımda dayanır. O qədər
yaxınımda dayanır ki, aldığı nəfəsi belə, hiss edə bilirəm. Bu,
mənim sevdiyim qızdır. Banudur bu. “Hər sərxoş olduğum-
da səni görə biləcəmsə, bundan sonra, səhər-axşam, əlimdə
şərabla gəzərəm mən.” “Məni görməyinin sərxoşluqla bir
əlaqəsi yoxdur. Mən, sənin üçün gəldim, Raul. Bundan son-
ra, daima, sənin yanında olacam.”
Banunun nə dediyini anlamağa çalışarkən, qapı döyülür.
Yuxuda olub-olmadığımı tam anlamaq üçün, qapıya doğru
qaçıram. Gələnlər, anar və Lamiyədir.
“uşaqlar, mən yuxudayam? Yoxsa oyağam? Tez olun,
mənə bir söz deyin.”
Hər ikisi çaşqın-çaşqın üzümə baxır. Bir neçə saniyədən
sonra anar dillənir. “Yox, Raul, oyaqsan. nə olub ki,
bəyəm?”
“Bax, buna çox sevindim. Elə isə, içəri gəlin. Sizə elə bir
şey göstərəcəm ki, dilinizi udacaqsınız.”
Bir-birinin üzünə baxıb, təbəssüm etdilər. Lamiyə:
“nə yalan deyim, səni bu qədər sevindirən şeyin nə ol-
duğu, mənə çox maraqlıdır.”
anar: “Elə mənə də həmçinin.”
“arxamca gəlin. nə olduğunu, elə öz gözlərinizlə gö-
rün.”
İçəri keçib, təkrar yataq otağına dönürəm. anar və
Lamiyə də arxamca otağa daxil olurlar. amma, Banunu
190
görə bilmirəm. Otaqda yoxdur. Çölə çıxıb təlaşla digər
otaqlara baxıram.
“Yoxdur. Heç bir otaqda yoxdur! necə ola bilər axı bu?
Hara yoxa çıxdı bir dəqiqənin içində?”
anar: “nə yoxdur axı? nəyi axtarırsan?”
“Banu az əvvəl burda idi. Söhbət edirdik. Sonra sizin
üçün, qapını açmağa getdim. İndi isə, heç yerdə yoxdur. Elə
bil, bir dəqiqənin içində qeybə çəkildi qız.”
Sanki məni ilk dəfə görürmüş kimi, qəribə-qəribə üzümə
baxmağa başladılar.
anar: “Qardaşım, yaxşısan sən? Deyəsən, çox içibsən
hə? Gəl, sənin otağına keçək. uzanıb dincəl bir az.”
Lamiyə: “anar, bu belə olmaz. Təcili olaraq, Raulu
həkimə aparmaq lazımdır.”
anar: “Başqasının yanına niyə aparırıq ki? Sən özün
psixoloq deyilsən?”
“Görünür, Raula psixiatr lazımdır. Psixoloq yox.”
anar: “Tanıdığın yaxşı bir həkim var?”
Sanki mən yanlarında yoxmuşam kimi, öz aralarında
danışıb, mənə diaqnoz qoymaqları lap əsəblərimi pozdu.
Deyəsən, ikisi də mənim dəli olduğumu düşünür.
“Mənim həkimə-zada ehtiyacım yoxdur! Həkimə ehti-
yacı olan elə siz özünüzsünüz. Sizə deyirəm ki, Banu az
əvvəl burda idi. Öz gözlərimlə gördüm. Danışdım onunla.
Siz mənə inanmırsız?”
anar: “Raul, Banu öldü. İki gün əvvəl, səninlə bərabər
dəfn elədik onu. nə danışdığının fərqindəsən sən?”
“Bəli, nə dediyimin fərqindəyəm. Banunun öldüyünü
sizin kimi mən də bilirəm. amma, gəlmişdi. Burda idi.
Yanımda!”
191
Lamiyə: “Raul, belə bir şeyin olması mümkün deyil.
Bunu sən özün də yaxşı bilirsən. Sadəcə olaraq, sənin si-
nir sistemin pozulub. Bir anlıq, Banunu gördüyünü zənn
etmisən. Gəl həkimə gedək, sənə bir dərman yazdıraq.”
“İkiniz də evimdən rədd olun! Siz inansanız da, inanma-
sanız da, Banu burda idi! Siz gəldiniz deyə getdi o! Çıxın
çölə! Tez olun!”
Bir-birinin üzünə baxıb, sanki, fikrə getdilər. Əsəbimdən
daha sərt qışqırıram bu dəfə: “Rədd olun dedim sizə!”
Heç bir söz demədən, qapını açıb, çölə çıxırlar. Banunu
yenidən görmək ümidi ilə yataq otağına dönürəm. anargil
gəlməmişdən əvvəl Banu burda idi. Buna adım kimi əminəm.
Bu nə yuxu idi, nə də ki, sərxoşluğun əlaməti. Görəsən, nə
vaxtsa Banunu yenidən görə biləcəm? Mətbəxdən səs eşidi-
lir. “Raul, bura gəl. Mən burdayam...”
***
Yenə darıxmışam bu gecə sənsiz,
Yenə də tənhayam, yenə kimsəsiz.
Ürəyim üşüyür, sənsiz soyuqdur,
Sən isə bunlardan tamam xəbərsiz.
Əlimdən əlinin istisi gedib,
haçandır əllərim qızmır heç daha.
Gözlərim yorulub, nuru çəkilib,
gözlərin gözümə baxmır heç daha.
Həsrətəm o isti nəfəsinə mən,
həsrətəm bir kəlmə sözünə sənin.
nə olar, bu gecə dur yuxuma gəl,
doyunca qoy baxım üzünə sənin.
Gəl bax gözlərimə gör nə haldadır,
Hey səni arayır, intizardadır.
Sanki, bir möcüzə gözləyir onlar,
Dərk etmir, sevdiyi bir məzardadır.
Səni dəfn edən gün, qocaldım mən də,
Kəfəninin ağı saçıma düşdü.
Dünya utancından sakit, susurdu,
İstirab ağrısı başıma düşdü.
Gözümdə ölüm də, yaşam da artıq,
bir məna kəsb etmir mənimçün bu gün.
Çünki həyatımın mənasını mən,
əlimlə torpağa gömdüm həmən gün.
“Xatırlayırsan, bir neçə ay bundan əvvəl, mənə bir sual
vermişdin. Soruşmuşdun ki, nəyə görə mənim üçün heç şeir
yazmırsan? Həmin gün, özümü eşitməməzliyə vurub, sənə
cavab verməmişdim. Sualının cavabı isə, əslində çox sadə
idi. Mən xoşbəxt olduğum zaman şeir yaza bilən bir insan
deyiləm. Bütün həyatım boyunca, mənim ilham mənbəyim
çəkdiyim acılar olub yalnız. Bax, elə bu şeiri də, səni dəfn
etdiyimiz günün gecəsi yazmışdım.”
Banu başını aşağı salıb, köks ötürdü. “nə deyim, Raul,
deyəcək heç bir söz tapmıram. Bizimki də belə gətirdi.
Bundan sonra üsyan etməyinin heç bir mənası yoxdur.
193
Taleyinlə barışmalısan artıq. unutma, həyat sənin üçün hələ
də davam edir.”
“Düzdü, həyat hələ də davam edir. amma, mən, sənin
olmadığın bir həyatda yaşamaq istəmirəm. O əməliyyata
girməsəydin, bəlkə də hər şey fərqli ola bilərdi.”
“O əməliyyat, bizim üçün son ümid idi. Əməliyyata
girməməyim heç nəyi dəyişməyəcəkdi. Beş gün gec və ya
beş gün tez. Əlbət-axır, bunları bir gün yaşayacaqdıq on-
suz da.” – Otağa bir neçə dəqiqəlik sükut çökdü. İkimizin
də üzündə, məğlubiyyətə dair hüzn yarandı. Hər ikimiz, bu
həyatın məğlublarıyıq.
“Səndən şübhə etdiyim üçün, məni bağışlaya biləcək-
sən?”
“Raul, mən səni hələ əməliyyata girmədən əvvəl bağış-
lamışdım. artıq olan olub, keçən keçib. Bu barədə çox dü-
şünüb, özünə zülm etmə daha.”
Banuya cavab vermək istədiyim an qapı döyülür. “Görə-
sən, bu dəfə kim gəlib?”
“Bu qapıya gələnlərin hər biri, səni sevən insanlardır. Pis
günlərində yanında olmaq, sənə kömək etmək istəyənlərdir.”
“Mənim heç kimin köməyinə ehtiyacım yoxdur.”
“Raul, mənim xətrimə dostlarına qarşı gəlmə. İcazə ver,
qoy sənin üçün əllərindən gələni etsinlər.”
“O qapını açdığımda, sən yenə də yoxa çıxacaqsan, hə?”
“Bu barədə dünən danışmışdıq axı səninlə. unutma,
məni yalnızca sən görə bilərsən.”
Üzümü dönüb, qapını açmağa gedirəm. Gələnlər, anar,
Lamiyə və atamdır. Yanlarında isə, kim olduğunu bilmə-
diyim, qırx-əlli yaşlarında, hündürboy bir kişi var. Qapını
194
açan kimi, atam içəri girib, hər iki üzümdən öpür. Sanki
illərdi görmürmüş kimi, möhkəm-möhkəm qucaqlayır
məni.
“necəsən, oğlum? Yaxşısan?”
“Yaxşıyam, ata. narahat olma. Buyurun, keçin içəri.
Qapıda qalmayın.”
anargili də içəri buyur edib, qonaq otağına keçirik. Bir
neçə dəqiqəlik xoş-beşdən sonra, Lamiyə yanında oturan,
tanımadığım adamı əli ilə işarə edərək dillənir. “Raul, icazə
ver tanış eləyim. İlqar müəllim həm mənim həqiqətən də,
xətrini çox istədiyim bir həmkarım, həm də psixiatriya
sahəsində tanınmış və çox savadlı bir həkimdir. Dünən,
sənin barəndə onunla bir az söhbət elədik. Sağ olsun, o da
səni görmək və şəxsən özü müayinə etmək istədi.”
Lamiyə cümləsini hələ bitirmədən, təzədən hirsim
təpəmə vurdu. Elə ağzımı doldurdum ki, bunları yenə
evdən qovum, sonra, Banunun az əvvəl dediyi sözlər qu-
lağımda səsləndi. Qəzəbimi qurtum-qurtum udub, özümü
birtəhər cilovladım. nə də olsa, Banu dediklərində haqlı idi.
Onlar mənim ən yaxın dostlarımdı. Hər biri, əlindən gəldiyi
qədər, pis günlərimdə yanımda olmağa və mənə dəstək ol-
mağa çalışır. Elə məhz buna görə də, bu dəfə onlara qar-
şı gəlmək yerinə, məndən hər nə istəyirlərsə, razı olacam.
Bir halda ki, mənim bir psixiatr müayinəsindən keçməyimi
istəyirlər, qoy elə olsun. Onsuz da, mənə olan-olub artıq.
Günün birində, mən də ölümü dadıb, Banuya bir dəfəlik
qovuşmayana qədər, heç nə düzələn deyil. Heç deyilsə,
ailəmin və dostlarımın könlü xoş olsun. Həm də mənim heç
bir psixi problemim olmadığını onlar da öyrənsin. Lamiyə
cümləsini bitirər-bitirməz, bu dəfə də atam dillənir.
195
“Raul, sən bu yaşına kimi, mənim sözümü bir dəfə də
olsun, yerə salmamısan. İndi də səndən atan olaraq xahiş
edirəm, icazə ver, İlqar həkim, səni müayinə etsin.” “Yaxşı,
ata, siz necə deyirsinizsə, elə də olsun. Buyurun, mən
müayinə üçün hazıram.”
Həkim: “Raul bəy, əgər sizin üçün də uyğundursa,
müayinə üçün xəstəxanaya getməyimiz daha yaxşı olar.”
“Əlbəttə, uyğundur.”
“Elə isə, buyurun, vaxt itirmədən, gedək.”
Bir neçə dəqiqədən sonra, hazırlaşıb, çıxırıq evdən. Vaxt
itirmədən, maşınlara doluşub, xəstəxananın yolunu tuturuq.
İlqar həkimin işlədiyi xəstəxana, bir nömrəli respublika
psixiatriya xəstəxanası imiş. Hansı səbəbdəndir bilmirəm,
amma uşaqlığımdan bəri, o xəstəxananın adını hər
eşitdiyimdə tüklərim ürpəşir. İndi isə, həmin xəstəxanaya
müayinə olunmaq üçün gedirəm. O xəstəxanada pis bir şey
olacağına dair, qəribə bir hiss var içimdə. allah axırını xe-
yir eləsin. Təxminən, bir saata yaxın yol getdikdən sonra,
nəhayət ki, gəlib çatırıq. Maşınlardan enib, İlqar həkimin
bələdçiliyi ilə, xəstəxananın həyətinə daxil oluruq.
Xəstəxananın həyəti olduqca geniş və yaşıllıq ərazidir.
Həyətdə skamyalar, idman meydançaları, hətta, süni göllər
belə var. Həkimin otağına gedərkən, həyətdə öz-özünə da-
nışan xəstələrin, məni gördüyündə, gözünü zilləyib, qəribə-
qəribə üzümə baxması, tüklərimin yenidən ürpəşməsinə səbəb
olur. Xəstəxanaya girib, İlqar həkimin otağının önünə gəlirik.
Otağa girərkən, İlqar həkim üzünü atamgilə tutub deyir:
“Zəhmət olmasa, siz çöldə gözləyin. Müayinə üçün,
Raulla tək qalmalıyıq.”
196
Otağa daxil olub, oturduqdan sonra, İlqar həkim çox
mehriban, səmimi bir təbəssüm edərək, sözə başlayır.
“Raul, bu müayinənin səbəbi, sadəcə olaraq, əlimizdən
gəldiyi qədər, sənə kömək olmaqdır. Ona görə də, səndən
xahişim odur ki, mənimlə səmimi olasan.”
“Əlbəttə, bundan heç şübhəniz olmasın.”
“İlk olaraq, mənə de görüm, səni narahat edən şey
nədir?”
Cavab vermək istədiyim an, birdən-birə öskürək tu-
tur. Şiddətli öskürək qulaqlarımın uğuldamasına və başı-
mın dönməsinə səbəb olur. O qədər öskürürəm ki, az qala
gözlərim hədəqəsindən çıxsın.
“Öhö. öhö. Məni narahat edən heç bir şey yoxdur.”
“Əsas məsələyə keçmədən əvvəl, bunu da deyim ki,
təcili olaraq siqareti tərgitməlisən. Əks təqdirdə, bu gedişlə
ciyərlərini tamamilə məhv edəcəksən.”
“Həkim, ciyərimin məhv olması ilə heç nə olmaz.
Mənim əsas, ürəyim məhv olub. Əgər bacarırsınızsa, ona
bir əlac qılın.”
“Hər şeyin bir çarəsi vardır, əlbət. Ürəyinin məhv olma-
sının səbəbi nədir?”
“Boş verin. Onsuz da başa düşə bilməyəcəksiniz.”
“Sən mənə hər şeyi danışsan, mən səni başa düşərəm.”
“Yaxşı, danışım. Sevdiyin qadını itirməyin nə demək
olduğunu başa düşə bilərsiz, həkim? Gəlinlikdə xəyal et-
diyiniz o qadını, kəfənə bürünmüş bir halda görməyin,
nə demək olduğunu anlaya bilərsiniz siz? Ya da, tabutu-
nu çiynində daşımağı? Hələ öpməyə qıymadığın üzünə
torpaq atmağı demirəm heç. İnsan sevdiyinin ölümü-
197
nü görməməlidir, həkim. Hətta, insan sevdiyindən sonra
ölməməlidir. Yaşayanda onunla bərabər yaşayıb, öləndə də
onunla bərabər ölməlidir.”
“Raul, səni başa düşürəm. amma nə etmək olar? Ölüm
təbiətin qanunudur. Ölənlə ölmək olmur. Həyat yenə də da-
vam edir.”
“Məni əsla başa düşə bilməzsiniz. Başa düşmək üçün,
mənim yaşadıqlarımın eynisini yaşamalısınız. Bunu da, heç
düşmənimə belə arzu etmərəm.”
Otaqda yaranan bir neçə saniyəlik səssizliyin ardın-
dan, həkim öskürüb, boğazını təmizləyir. Masada duran
qrafindən stəkana su töküb, bir-iki qurtum içdikdən sonra,
yenidən sözə başlayır.
“aydındır. Elə isə, keçək əsas məsələyə. Lamiyənin
dediyinə görə, ölən sevgiliniz, bəzən gözünüzə görsənir. Bu
doğrudur?”
“İnsanın gözünə hər hansı bir şeyin görsənməsi, tamamilə
başqa bir anlayışdır. Mən Banunu, eynilə sizi gördüyüm
kimi görə, hətta onunla danışa da bilirəm. Sadəcə olaraq,
onu məndən başqa heç kim görə bilmir.”
“Hmm. Ölümündən sonra, onu ilk dəfə nə vaxt gördü-
nüz?”
“Ölümündən iki gün sonra. Yəni, dünən.”
“Bu haqda bir az danışa bilərsiniz?”
“Əlbəttə. Onu ilk dəfə gördüyümdə, elə mənim özü-
mün də, buna inanmağım, heç də asan olmadı. İlk başlarda,
həqiqətə çox bənzəyən, bir yuxu gördüyümü zənn etdim.
Sonra isə anladım ki, gördüklərim tamamilə həqiqətdən
ibarətdir. Lamiyə və anar evimə gəldiyində, yuxu görüb-
198
görmədiyimdən tam əmin olmaq üçün, hətta, bunu onlardan
belə soruşmuşdum. Yuxu olmadığından əmin olduğumda,
Banunu onların da görməsi üçün, içəri dəvət etdim. amma,
onlar evə girdiyində, Banu artıq evdə yox idi. Hər nə qədər
dedimsə də, ikisi də Banunu gördüyümə inanmadı. Onlar
evdən getdikdən sonra isə, Banu yenidən gəldi. Dünən,
bütün gün ərzində mənim yanımda idi. Hətta bu gün də,
siz gələnə qədər evdə bərabər idik. Siz gəldikdən sonra, o,
təkrar yoxa çıxdı.”
“Bir sözlə, Banu, yalnız sənin tək olduğun zamanlarda
yanında olur, düzdür?”
“Bəli, düzdür.”
Həkim düşüncəli bir şəkildə üzümə baxaraq, barmaqla-
rı ilə gicgahını ovuşdurur. Sanki, nəyi isə yadına salmaq
istəyir.
“Raul, sən burda gözlə, beş dəqiqədən sonra gəlirəm”,
deyib, otaqdan çölə çıxır. Qapının önündə, atamgillə mənim
haqqımda söhbət etməyə başlayır. Otaqdan çıxarkən, qapı-
nı tam bağlamadığından, çöldə nə danışdıqlarını rahatlıqla
eşidə bilirəm.
Həkim: “Təəssüflər olsun ki, yaşadığı ağır mənəvi trav-
ma, Raulun şizofreniya xəstəliyinə tutulmasına səbəb olub.
Burdakı xəstələrin, təxminən, əlli-altmış faizi elə məhz, şi-
zofreniya xəstələridir.”
atam: “Şizofreniya? O nədir, ay həkim?”
Həkim: “Şizofreniya, düşüncə prosesində problem
və zəif emosional cavablarla xarakterizə olunan əqli bir
xəstəlikdir. Şizofreniya sözünün mənşəyi iki yunan sözü
olan “parçalanma” və “fikir”-ə dayanır. Bunun da səbəbi,
199
şizofren xəstələrin beyinlərində və reallıqda baş verən
hadisələr arasında parçalanma olmasıdır. Bu xəstəlikdə
ümumi simptomlar, eşitmə hallüsinasiyaları, nitqdə əks
olunan düşüncə pozğunluğu, paranoid və əqli çatışmazlığın
da daxil olduğu yanılmalardır.”
Lamiyə: “Həkim, bəs indi biz nə etməliyik? nə məsləhət
görürsünüz?”
Həkim: “Xəstəliyin ilkin səciyyəvi simptomları, özünü
göstərməyə başlayıb artıq. Hələ ki Raul, yalnız tək olduğu
zamanlarda hallüsinasiya görür, amma, bu zamanla dəyişə
bilər. Ola bilsin ki, xəstəlik daha da inkişaf etsin. Buna görə
də Raulun xəstəxanada qalıb, müalicə olmasını şiddətlə
tövsiyə edirəm.”
atam: “Siz necə uyğun görürsünüzsə, qoy elə olsun.
Təki Raul tez zamanda sağlamlığına qovuşsun.”
anar: “Əli dayı, hər birimiz yaxşı bilirik ki, Raul buna
əsla razı olmayacaq.”
atam: “Razı olsa da, olmasa da, – Raulun yaxşılığı üçün,
buna məcburuq.”
axır dözə bilməyib, otaqdan çölə çıxıram. Kimin
üzünə baxıramsa, gözlərini məndən qaçırır. Özümü sax-
laya bilməyib, qışqırıram. “Siz nəyə məcbursunuz, onu
bilmirəm, amma, mənim şizofren olduğumu düşünürsünüz
deyə, mən bu xəstəxanada qalmağa məcbur deyiləm.”
Cümləmi bitirər-bitirməz, elə bil hazırda gözləyirlərmiş
kimi, dörd nəfər tibb işçisi yanımda peyda olur. İkisi qolla-
rımdan bərk-bərk yapışır, digər ikisi isə, ukutka adlanan dəli
köynəyini zorla əynimə geyindirməyə çalışır. Əllərindən
qurtulmağa gücümün yetmədiyi üçün, avazım çıxdığı qədər
bağırıram.
200
“anar, kömək elə mənə! Buraxın məni! Mən dəli
deyiləm. Buraxın!”
Qışqırıb-bağırmağıma, heç kim əhəmiyyət vermir. Hər
nə qədər dirənsəm də, əllərindən qurtulmağı bacarmıram.
Məni palataya gətirib, zorla yatağa uzandırırlar. Həkim
əlində bir iynə ilə yanıma gəlir. “Raul, sakitləş bir az. Biz
sadəcə sənin yaxşı olmağını istəyirik.”
Cavab verməyə macal belə tapmadan, iynənin ağrısını
bədənimdə hiss edirəm. ağrıdan gözlərimi bərk-bərk yu-
muram. Gözümü açdığımda isə, Banu yanımda peyda olur.
Əli ilə üzümə sığal çəkib, gülümsəyir: “Raul, qorxma. Mən
sənin yanındayam. Yum gözlərini...”
***
“Sözün əsl mənasında, dəlilik, hər cür müdrikliyin baş-
lanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər bir
fantaziyanın başlanğıcıdır” (Herman Hesse).
Günorta yeməyini yedikdən sonra, bir az hava al-
maq üçün, xəstəxananın həyətinə çıxıram. Hər gün, bu
həyətdə bacardığım qədər, çox vaxt keçirməyə çalışıram.
Həyətdəki yaşıllıq ərazi və quşların səsi, insanın ruhuna
sakitlik bəxş edir və eyni zamanda, emosiyalarına harmo-
niya qatır. Xəstəxanaya gəldiyim ilk gün, burada qalmağa
etiraz etsəm də, Banunun da israrı ilə, buna razı oldum.
Yaxşı ki, olmuşam. Həm sevdiyim qadın yanımdadır, həm
də həyatım boyunca heç olmadığım qədər rahat və hüzur-
luyam. Valideynlərim və dostlarım da, demək olar ki, hər
gün ziyarətimə gəlirlər. Burada keçirdiyim müddət ərzində,
psixiatriya xəstəxanasının heç də, mənim düşündüyüm
kimi vahiməli bir yer olmadığını öyrəndim. Hətta, bu beş
201
ay müddətində, dəli deyə adlandırılan bir çox insanın, tam
tərsinə, çox ağıllı və savadlı olduqlarını gördüm. Həyətdə
bir xeyli gəzib, yorulduqdan sonra, bir az dincəlmək üçün,
skamyalardan birinə otururam. Mənim ardımca, xəstələrdən
biri də, əlində bir kitab ilə, gəlib yanımda oturur. Təxminən,
əlli yaşlarında olmasına baxmayaraq, adamın saçında, bir
dənə də olsun, siyah tel qalmayıb. Yorğun baxışları ilə,
məni təpədən-dırnağa qədər süzdükdən sonra, əlindəki ki-
tabı açıb, səhifələrini ehtiyatla vərəqləyir. Səhifələrin birinə
çatdığında isə, dayanıb, diqqətlə oxumağa başlayır. Bir neçə
dəqiqə oxuduqdan sonra, barmağını kitabın arasına qoyub,
bağlayır. Yenidən üzünü mənə dönüb, soruşur. “niyə görə
burdasan?”
“Şizofren olduğumu deyirlər.”
“İnsanların nə dediyinə, çox da əhəmiyyət vermə. Ona
qalsa, mənim də dəli olduğumu deyirlər.”
“Əgər dəli deyilsinizsə, nəyə görə hələ də burdasınız?”
“Çünki artıq, gedəcək bir yerim yoxdur.”
“Bəs necə oldu ki, bura gəldiniz?”
Mənə tərəf dönüb, yuxusuzluqdan ağırlaşmış göz qapaq-
larını çətinliklə açaraq, üzümə baxır. Sallaq dodaqlarında
incə, kədərli bir təbəssüm yaranır.
“Mənim adım Vüqardır. Kimya üzrə fəlsəfə doktoru
Vüqar Qurbanov. Demək olar ki, bütün həyatımı elm uğ-
runda sərf etmişəm. Ona görə də, gənclik illərimdə sevgiyə
ayıracaq bir zamanım olmayıb heç vaxt. Sözün düzü, aşiq
olmaqdan qorxurdum həm də. niyə bilmirəm, amma, gü-
nün birində aşiq olsam, bütün həyatımın məhv olacağını
düşünürdüm. Təəssüf ki, düşüncələrimdə haqlı çıxdım.
202
Qırx bir yaşında ikən, ilk dəfə bir qadına aşiq oldum. İndi
isə, gördüyün kimi, psixiatriya xəstəxanasındayam.”
“Yəni həqiqətən, sevginin insanı dəli etdiyini düşünür-
sünüz?”
“Xeyr, dəli etmir. Sevgi insanı öldürür.”
“necə yəni?”
“Sevgi, dadı ağıza şirin gələn, bir zəhər kimidir. İnsanı
uzun bir müddət ərzində, yavaş-yavaş öldürür.”
Cavab vermədən əvvəl, gözlərimi yerə dikib, bir qədər
düşünürəm. nə demək istədiyini, tam olaraq anlamağa çalı-
şıram. Əgər, həqiqətən də sevgi belə bir şeydirsə, niyə görə
insanlar daima gerçək sevginin axtarışında olurlar? Məncə
sevmək, üzməyi bilmədiyin halda, yenə də dənizə atılmaq-
dır. Sevmək, əlinin yanacağını bilə-bilə, atəşə toxunmaqdır.
Eynilə, pərvanənin şama olan sevgisindən, özünü yandırıb,
kül etməsi kimi. Bir sözlə, sevmək, sonunu düşünməməkdir.
Çünki, düşünmək ağıl, sevmək isə ürək işidir.”
Cavab vermək üçün, başımı yerdən qaldırdığımda, ada-
mın artıq yanımda olmadığını görürəm. az əvvəl, onun
oturduğu yerdə isə, indi Banu oturub.
“Raul, səninlə bir az danışmalıyıq.”
Baxışlarını məndən yayındırıb, ətrafa baxır. Səs tonu və
hərəkətlərindən, hüznlü olduğu açıq sezilir.
“nə olub, Banu? niyə üzümə baxmırsan?”
“artıq beş aydır ki, bu xəstəxanadasan. Hər kəs, sənə
görə nigarandır. ailənin və dostlarının sənə ehtiyacı var.”
“nə deməyə çalışırsan, Banu?”
“Raul, artıq vaxtdır. Mən getməliyəm. Sən isə, sevdik-
lərinin yanına dönüb, həyatına davam etməlisən.”
203
“nə danışdığının fərqindəsən sən? Əgər getməlisənsə,
məni də özünlə apar. Sənin olmadığın bir dünyada yaşamaq
istəmirəm mən.”
“Əlbət, günün birində, sən də yanıma gələcəksən. Həmin
gün, əbədi olaraq, yenidən qovuşacağıq. amma, o gün, bu
gün deyil. Sən hələ yaşamalısan, Raul.”
Əsəbiləşib qışqırıram: “Mənə yaşamağım üçün, tək bir
səbəb göstər!”
Banu qoluma girib, başını çiynimə qoyur. “Raul, xatırla-
yırsan, hələ dost olduğumuz zamanlarda, mənə, bir roman
yazmaq istədiyini demişdin. Məncə, o romanı yazmağın
tam zamanıdır artıq.”
“Bundan sonra, bir roman yazmağım, nəyi dəyişəcək
axı?”
“Raul, gözlərini yum və məni dinlə. Sənə söz verirəm,
hər şey çox yaxşı olacaq. Sən bundan sonra, hər zaman-
kından, çox daha güclü olacaqsan. Gördüyün hər işdə, mən
sənin yanında olacam. Varlığımı hiss etməyin üçün, sadəcə
əlini sol yanına qoymağın kifayətdir. Mən hər zaman orda
olacam. Sənin hekayəni dinləmək istəyən, minlərlə insan
var bəlkə də. Yaz, sevgilim, bir roman yaz. İnsanlara sev-
gini anlat. Sevməyin, sevə bilməyin gözəlliklərini anlat.
İnsanların çoxu, beyinləri ilə sevir. Sən, ürəklə sevməyi
anlat. Bərabər yaşam savaşı verməyi, ən çətin zamanlarda
belə, tək bir bədən ola bilməyi anlat. Bəzən insanlar, ölü-
mün var olduğunu unudub, çox kiçik səbəblərdən dolayı,
bir-birinin qəlbini qırırlar. Səbəbsiz yerə, günlərlə, bəzən
isə aylarla küsülü qalırlar. Bəzən, həyatın, iki dəqiqəlik üzr
204
istəyəcək vaxtı belə, insanlara çox gördüyünü anlat. Onlara,
ölümün saatı olmadığını xatırlat.”
Gözlərimin qapalı olmasına baxmayaraq, göz yaşlarıma
hakim ola bilmirəm. Gözümdən axan yaşlar, içimdəki yanğı-
nı söndürməyə kifayət etmir. Banunun getdiyini görməmək
üçün, gözlərimi açmaq istəmirəm. Hətta, gözlərimi, əbədi
olaraq yummaq istəyirəm. amma, yox, hələ ölməməliyəm.
Ən azından, bu kitabı yazana qədər. Gözlərimi açdığımda,
tibb bacısının mənə doğru gəldiyini görürəm. Banu isə ya-
nımda yoxdur.
“Raul, dostların ziyarətinə gəliblər. İlqar həkimin ota-
ğında səni gözləyirlər.”
Göz yaşlarımı silib, ayağa qalxıram. Həkimin otağı-
na doğru bərabər yola düşürük. Hər kəsi şizofren olma-
dığıma və ya şizofreniyadan qurtulduğuma inandırıb, bu
xəstəxanadan çıxmalıyam artıq. Ən qısa zamanda, romanı
yazmağa başlamalıyam. Ən azından, Banuya bunu borclu-
yam. Xəstəxananın dəhlizində İlqar həkimlə qarşılaşırıq.
Həkim: “Raul, dostların otaqda səni gözləyirlər. Sən onların
yanına keç, mən də bir az sonra yanınıza gələcəm.”
Başımla “Yaxşı” deyə işarə edib, otağa girirəm. Roman
yazmağa qərar verdiyimi, bir an əvvəl, dostlarıma söyləmək
üçün səbirsizlənirəm. “Tam zamanında gəlibsiniz. Sizə yeni
bir xəbərim var.”
Lamiyə: “nə xəbərdir o elə? Ümidvaram ki, pis bir şey
olmayıb.”
“Yox, narahat olma. Bu dəfə yaxşı bir xəbərdir.”
anar: “Raul, çərlətmə adamı. De görək, nə xəbərdir?”
“az əvvəl, yeni bir qərar aldım. artıq, yaşamaq üçün bir
səbəbim var.”
205
anar əlini çiynimə qoyub gülümsədi: “Bax, bu əla
xəbərdir. Mənim qardaşıma da, elə bu yaraşardı.”
Lamiyə: “aldığın qərar hər nədirsə, gözlərinə işıq
gətirib. Səni belə gördüyümə çox sevindim.”
“Raul və Banunun sevgi hekayəsini ölümsüzləşdirmək
naminə, bir roman yazmaq istəyirəm. Eyni zamanda, bu ro-
man vasitəsilə, insanlara anlatmaq istədiyim bəzi şeylər var.
Sadəcə bir nəfər belə, bu romandan bir dərs çıxara bilsə, bu
mənim üçün böyük bir uğurdur. Ona görə də, mən bu kitabı
yazmağı, özümə borc bilirəm. Hal-hazırda, tək sıxıntım, tez
bir zamanda xəstəxanadan çıxıb, işə başlamaq və kitabın
çapı üçün lazım olan pulu toplamaqdır.”
anar gülümsəyərək deyir: “Yadındadırsa, mən bir za-
manlar, bütün gününü çayxanalarda keçirən, avara bir
adam idim. Bu gün isə, tanınmış, savadlı bir memar və eyni
zamanda, şəhərin ən böyük memarlıq ofislərindən birinin
sahibiyəm. Mən bütün bunları sənə borcluyam, Raul. On bi-
rinci sinifdə oxuduğumuz vaxtı, sən məni avaralığın daşını
atıb, xəyallarımızın arxasınca getməyə məcbur etməsəydin,
bəlkə də mən, hələ də çayxanalarda domino oynamaqla
məşğul idim. Ona görə də, nə iş, nə də pul barəsində düşü-
nüb, canını sıxma. Mən hər zaman sənin yanındayam. Sən
fikrini, sadəcə olaraq, romana cəmlə.”
anarın dedikləri gözlərimi yaşartdı. Belə bir dosta sahib
olduğum üçün, bir daha qürur hissi duydum.
Lamiyə: “Yaxşı, day bəsdirin. Məni də kövrəltdiniz.
anarın da dediyi kimi, sən fikrini romana cəmlə. Biz hər
zaman sənin yanındayıq. De görüm, kitabın adını nə qoya-
caqsan?”
206
Heç düşünmədən cavab verirəm: “Ölümdən sonrakı şi-
zofreniya...”
***
nəşriyyatdan çıxar-çıxmaz, taksiyə minib, məzarlığa
doğru yola düşürəm. Bu gün, Banunun öldüyü gündən düz
bir il keçir. Onunla uzun-uzun danışıb, dərdləşmək üçün,
həqiqətən də çox darıxmışam. Xəstəxanadan çıxdığım
gündən bəri, imkan tapıb, ziyarətinə gedə bilməmişdim.
Daha doğrusu, yanına getməyə üzüm yox idi. Ona verdi-
yim sözləri yerinə yetirmədən, nə üzlə gedə bilərdim axı
ziyarətinə? Söz verdiyim kimi, ona mərmər daşından, gözəl
bir məzar düzəltdirdim. Bu gün isə, Banunun məndən son
istəyi olan, roman-kitabım nəhayət ki, işıq üzü gördü.
Kitabın bir kopiyasını götürüb, sevdiyimin yanına gedi-
rəm. Məzarı başında oturub, məndən yazmağımı istədiyi
romanı onun üçün oxuyacam. artıq vaxtdır, Banu məni
gözləyir. Taksidən düşüb, məzarlığa girirəm. Bir anda, güclü
yağış yağmağa başlayır. Banunun yanına gəlib, onun üçün
aldığım gülləri məzarının üstünə qoyuram. Göz yaşlarıma
hakim ola bilməyib, ağlamağa başlayıram. Sanki, Banuya
sarılırmış kimi, soyuq məzar daşını bərk-bərk qucaqlayıb,
bağrıma basıram.
“Gülüm, mən gəlmişəm ziyarətinə. Qalx, sarıl boynu-
ma, sarmala məni. Mavi gözlərinlə gözlərimə bax, sənsizlik
gör necə də qocaldıb məni. Səni itirməyə necə dözdüm,
hələ də ağlım almır. Bəlkə də mənim yerimdə dağ olsa,
çəkdiyim bu qədər dərdə, kədərə dözə bilməzdi heç... Bu
yağan yağışları görürsən, Banu? Bax, bu yağışlar göylərin
göz yaşlarıdır. Bu gün göylər belə, bizim üçün ağlayır.
207
Çox üşüyürəm, sevgilim. Əllərim buz kimi soyuqdur.
Hər dəfə üşüdüyümdə, əllərimi qızdıran o isti əllərin indi
yoxdur daha. Əlimdən əlinin yox oluşunu hələ də qəbullana
bilmirəm. O isti əllərinə, isti nəfəsinə çox ehtiyacım var
indi. Sənə sarılmaq var ikən, bu soyuq baş daşına sarılıram.
artıq, bir il olur sənin getdiyin. Mən isə, hələ də yanına
gələ bilmədim. Bağışla məni, sevgilim... Bilirəm, ağla-
mayacağıma dair sənə söz vermişdim. amma, bu sözümü
tuta bilmirəm. Sənsizlik çox ağırdır, Banu. Ölümdən daha
betərdir sənsizlik. Bilirsən, xəstəxanadan çıxdığım gün,
həkimlər, bu qədər tez bir zamanda sağalmağımı möcüzə
adlandırdılar. Hər kəs, mənim şizofren olduğumu və beş ay
ərzində, psixiatriya xəstəxanasında sağaldığımı düşünür-
dü. Mən də buna görə yazdığım romana “Ölümdən sonra-
kı şizofreniya” adını verdim. Əsl möcüzə olan isə, bilirsən
nədir? Sənin artıq bir ildir ölmüş olmağına baxmayaraq,
mənim hələ də yaşamağım. Buna hər nə qədər yaşamaq
demək olarsa, təbii ki... Səndən sonra çox dəyişdim mən.
Sənsizlik, çox qocaltdı məni. Sadəcə nəfəs alan və yaşa-
maq üçün yemək yeyən bir insana dönüşdüm. aradan bir
il keçməsinə baxmayaraq, hələ də hər an, hər saniyə ağ-
lımdasan. Səhər oyanandan axşam yatana kimi, sadəcə sən
varsan ağlımda. Hətta, yuxularım belə, yalnızca səndən
ibarətdir. Üzünü unutmamaq üçün, sənin şəkillərinlə yatıb-
dururam hər gün. Yəni, sənin anlayacağın, mənim də bir
ölüdən fərqim yoxdur. Heç kimə faydası olmayan, yaşa-
yan bir ölüyəm mən. amma, artıq toparlanmalıyam. Sənə
yalvarıram, mənə icazə ver... Yalvarıram, icazə ver, az da
olsa, unudum səni. İcazə ver, yaşayım yenidən. Mən ölə
bilmərəm, sevdiyim. Özümü öldürə bilmərəm. Yaşlı atam
və anamı tək qoyub, yanına gələ bilmərəm mən. Ən azın-
dan, onlar üçün yaşamağa məcburam. Bu günə qədər səni
sevməkdən, bir an belə olsun, vaz keçmədim. Vaz keçməyi
də düşünmürəm. Səni geri gətirmək əlimdən gəlmir. Ona
görə də, yanına gələcəyim günü gözləyəcəm. Hə, bu ara-
da, kitabın bir kopiyasını yanımda gətirmişəm. Bir az-
dan oxuyacam sənin üçün. Bilirəm, üz qapağının rəsmini
bəyənməyəcəksən. Bəlkə də indi, “mən bu rəsmdəki qız
qədər çirkin deyiləm” deyirsən. Mətin adında bir rəssam
tapdım kitabın rəsmi üçün. Hər nə qədər bacarıqlı olsa
belə, sənin gözəlliyini təsvir edə biləcək qədər məharətli
bir rəssam yoxdur bu dünyada. Hətta, mən özüm belə,
yazdığım romanda sənin gözəlliyini təsvir edə bildiyimi
düşünmürəm. nəysə, başlayaq oxumağa...
___________
Dostları ilə paylaş: |