Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar. İzah və şərqlər 1910



Yüklə 36.81 Kb.
tarix29.05.2017
ölçüsü36.81 Kb.

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.
İzah və şərqlər
1910
(Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (? yanvar* 1910, № 1) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.


Jurnalın 1911-ci il 29 may tarixli 20-ci nömrəsində rəssam Rotter tərəfindən M. Ə. Sabirin yorğan-döşəkdə yatdığı halda şəkli çəkilmiş, şəklin altında “Zahid ölməkdən qabaq...” satirasından ilk səkkiz misra çap olunmuşdur. Şəklin o biri tərəfindən də dörd ruhani baxıb deyir: “Belə dinsiz sözləri yazdığı üçün allahın qəzəbi tutub ha!..”

*(? Yanvar* 1910, № 1) – Jurnalda tarix göstərilməmişdir.


(Kim nə deyər bizdə olan qeyrətə?!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (? yanvar 1910, № 2) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.


Qocalar marşı

(“Bir qocayam, çaq nər kimi yaşaram”)

İlk dəfə “Zənbur” jurnalında (29 yanvar 1910, № 1) “Qoca bəy” imzası ilə çap olunmuşdur.
Ürəfa marşı

(“İnteligentlik, gəzərik naz ilə”)

İlk dəfə “Zənbur” jurnalında (12 fevral 1910, № 3) “Cingöz bəy” imzası ilə çap olunmuşdur.
Pula təvəccöh

(“Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?”)


İlk dəfə “Zənbur” jurnalında (19 fevral 1910, № 4) “Cingöz bəy” imzası ilə çap olunmuşdur.
Təşəkkür

(“Mollalar, taleimiz oldu əcəb yar bu gün!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 fevral 1910, № 8) “(.........)” imzası ilə çap olunmuşdur.
Rus misyonerləri Peterburqda keçirilmiş bir müşavirədə azlıqda qalan xalqların açdığı yeni məktəblərin bağlanmasını çar hökumətindən xahiş etmişdilər. Onların bu xahişi müsəlman ruhanilərin də sevindirmişdi. Satira bu münasibətlə yazılmışdır.
Millət şərqisi

(“Qeyrət edib çalışdın, düşdün qabağa, millət!”)

İlk dəfə “Zənbur” jurnalında (26 fevral 1910, № 5) “Qoca bəy” imzası ilə çap olunmuşdur.
Giley yaxud umu-küsü

(“Get-gedə, “Zənbur” ağa, sən də çaşırsan deyəsən?!”)

İlk dəfə “Zənbur” jurnalında (5 mart 1910, № 6) “Qoca bəy” imzası ilə çap olunmuşdur.

*”Zənbur” – 1909-1910-cu illərdə Bakıda “Molla Nəsrəddin”in təsiri ilə nəşr edilən həftəlik satira jurnalı idi. Naşiri həkim və yazıçı Əbdülxalıq Axundov, redaktoru əvvəlcə Rzabəy Səlimxanov, sonra Əzim Əzimzadə və nəhayət, knyaz Murtuza-bəy Palavandov olmuşdur. Jurnalda M. Ə. Sabir, Ə. Nəzmi, A. Səhhət, Ə. Müznib və başqaları fəal iştirak etmişlər.

*”Zənbur” jurnalının 1910-cu il 19 fevral tarixli 4-cü nömrəsində rəssam B. R. Telinqator (Beno) tərəfindən bir şəkil çəkilmiş, şəkildə islam aləmi ağaca zəncirlənən bir qoca kişinin timsalında təsvir edilmişdir. Qocanı ağaca sarıyan zəncirin hər bir həlqəsi o zamankı mənfi tiplərdən birinin başına oxşadılmışdır. Qoca kişi dartınır, zəncirdən qurtarmağa çalışırsa da, azad ola bilmir. Kənarda oturmuş şeytan isə qəh-qəh çəkib, qocanın vəziyyətinə gülür.

Satirada həmin karikaturadan bəhs olunur.


(Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 mart 1910, № 10) “Kablayı Feyzullah, nazimi:


“Ağlar güləyən” imzası ilə çap olunmuşdur.
(Ey vay ki, heysiyyəti-millət götürüldü!)

İlk dəfə “Zənbur” jurnalında (12 mart 1910, № 7) “Qoca bəy” imzası ilə çap olunmuşdur.


Əhvalpürsanlıq yaxud qonuşma

(“- Nə xəbər var, məşədi?”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 mart 1910, № 11) “İmza: (.........)” imzası ilə çap olunmuşdur.
(Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!)

İlk dəfə “Zənbur” jurnalında (29 mart 1910, № 8) “Qoca bəy” imzası ilə çap olunmuşdur.


(Vəz etdiyin inandı, sən amma inanmadın!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 aprel 1910, № 13) “İmza: (.........)” imzası ilə çap olunmuşdur.


(Bir bölük boşboğazlıq, heyvərəlik adətimiz)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 aprel 1910, № 14) “İmza: (.........)” imzası ilə çap olunmuşdur.


Oxutmuram, əl çəkin!

(“Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 aprel 1910, № 15) “İmza: (.........)” imzası ilə çap olunmuşdur.
(Asudəlik bu saət yerdən göyə cəhanda)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 aprel* 1910, № 16) “(.........)” imzası ilə çap olunmuşdur.


*(25 aprel* 1910, № 16) – Jurnalda səhvən “2 may” getmişdir.

*Bu beyt Hafiz Şirazinin qəzəlindəndir. Tərcüməsi:

Könlüm gedir əlimdən dadə çatın, a dostlar!
Aman ki, gizli sirrim olacaq indi aşkar!

*Nəsrəddin şah (1831-1896) – 1848-1896-cı illərdə İran şahı olmuşdur.

*I Dara – Yeni eradan əvvəl 522-486-cı illərdə qədim İran şahı olmuşdur. Əxəmənilər sülaləsindən idi.

*Əhəd xan – Buxara əmiri idi.


(Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 may* 1910, № 17) “(.........)” imzası ilə çap olunmuşdur.

*(2 may* 1910, № 17) – Jurnalda səhvən “25 aprel” getmişdir.
(Sonya, ey dilbəri-pakizə əda!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 may 1910, № 18) “(.........)” imzası ilə çap olunmuşdur.

Bu satira Seyid Əzim Şirvaninin tərkibbəndlərindən birinə bənzətmədir.
Həmin tərkibbənd belə başlanır:

“Ey qəmin bu dili-məhzunə səfa,


Kəbeyi-kuyinə eşq əhli fəda.
Hər qədər eyləyəsən cövrü cəfa,
Mən sənə eyləməzəm qeyri-vəfa,
Hər nə hökm eylədin, ey mahliqa,
Cümləsi oldu muradınca rəva!
Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!..”
(Neçin məktəbə rəğbətim olmayır?)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 may 1910, № 19) “(.........)” imzası ilə çap olunmuşdur.


Qaç, at basdı!

(“Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 may 1910, № 21) “(.........)” imzası ilə çap olunmuşdur.

(Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!)

İlk dəfə “Zənbur” jurnalında (18 iyun 1910, № 21) “Qoca bəy” imzası ilə çap olunmuşdur.

*Etidali – İrandakı siyasi partiyalardan biri idi.
(Yatmısan, molla əmu, gürcülər içrə hələ sən!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 iyun 1910, № 25) “(.........)” imzası ilə çap olunmuşdur.

*”Molla Nəsrəddin” jurnalına müraciət olunur.
(Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!)

Məhəmmədəli şahın dilindən yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (4 iyul 1910, № 26) “(.........)” imzası ilə çap olunmuşdur.


Bir dəstə gül

(“İranlı deyir ki, ədl ilə dad olsun”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 iyul 1910, № 26) “(.........)” imzası ilə çap olunmuşdur.


Bakıda bir kənddə mühavirə

(“Kəndçi: Denilir “elm oxuyun” sözləri hər anoa bizə”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 iyul 1910, № 27) “Məclisdə olan” imzası ilə çap olunmuşdur.


Ay can! Ay can!

(“Düşdü bütün qəzetlər hörmətdən, ay can! Ay can!..”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 avqust 1910, № 30) “(.........)” imzası ilə çap olunmuşdur.
Bu satira çar hökumətinin bir çox qəzetləri bağlaması və onların redaktorlarını həbs və sürgün etməsi münasibəti ilə yazılmışdır.

*Şerdə adı çəkilən Molla Qəvam, Molla Salam və Molla Hacıbaba mürtəce ruhanilərdən idi.

*Qafqay – İndiki Orconikidze (Vladiqafqaz) şəhəridir.
Amma, millət a!..

(“Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 avqust 1910, № 31) “(.........)” imzası ilə çap olunmuşdur.

*Bağırxan – Təbriz inqilabında rəşadət göstərən, “Salari-millət” adlandırılan bir mücahid idi.

*Bahadır – İrandakı məşrutə hərəkatının iştirakçılarından biri idi.

*Səmsam haqqında jurnalın belə bir qeydi vardır: “Səmsamüssəltənə sərdar Bahadırın pədəridir”.


(Şurə gəlib şad olun, iranlılar!)

İlk dəfə “Günəş” qəzetində (5 noyabr 1910, № 60) “Palanduz”səhifəsinin 5-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.



(Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!)

İlk dəfə “Günəş” qəzetində (10 noyabr 1910, № 64) “Ə. S.” imzası ilə çap olunmuşdur.

*Kamiran mirza – Qacar şahzadələrindən idi. Naibüssəltənənin vəfatından sonra onun təşviqi ilə bir neçə Qacar şahzadəsi xarici səfarətxanalarda “bəstə” oturub, yeni naibüssəltənənin Qacar sülaləsindən olmasını tələb edirdilər. Zilli-Sultanın Avropadan Şiraza hakim təyin olunması da bununla əlaqədar idi.
Qurban bayramı

(“Bayram olcaq şövkətlilər, şanlılar”)

İlk dəfə “Günəş” qəzetində (10 noyabr 1910, № 64) “Palanduz” şairlərindən “Nizədar cənabları” imzası ilə çap olunmuşdur.

*Xəlilüllah – İbrahim Xəlil peyğəmbərin ləğəblərindəndir, allahın dostu deməkdir. Qurban bayramının əsasını qoymuşdur. Öz oğlu İsmaili allaha qurban kəsmək istəyəndə göydən buna guya bir qoc gəlmiş, İsmailin əvəzinə o qoçu qurban kəsmişdir.


Zahidlərə

(“Aç dilini, yum gözünü, zahida”)



İlk dəfə “Günəş” qəzetində (23 dekabr 1910, № 99) “Ə. S.” imzası ilə çap olunmuşdur.



Balalar-Az.Com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə