MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

MİRZƏCANA 

Mirzəcan, bircə sözüm var sənə lazımdı demək, 

Təb”dən istəmiĢəm bu sözü yazmaqda kömək. 

Bu söz oldur ki, bizim evdə biĢir nan ilə guĢt, 

Nə yazım, doğrusu kim, Ģit olu, müĢkildi yemək. 

Yeməyə tap Ģit zadı, ya eylə həkimanə əlac, 

Ya ki tap, mümkün əgər olsa da hər qədri nəmək. 

Firni, halvavü, tərək, duzsuz olur kim böylə, 

Çox çətindir ki, girib çillə, yetib fəsli-səmək. 

Getdi Ģə’ban, bizimçün ramazan mehmandır, 

Binəmək hər nə biĢə badə gedər sə’yü əmək. 

Tə’bimiz etdi kömək, Ģit sözü duzlu elədik, 

Duz sözünü sizə bu növ ilə fərz oldu demək. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

70



MİRZƏ HƏBİBƏ 

Ġsmim Baba DərviĢ, özüm Mirzə Səbihəm, 

Gah Ģairi-Ģirinsüxənü gah məlihəm. 

Bir müddəti bəstərdə məriz oldumü mə’lum, 

Min Ģükr xüdavəndə, bu günlərdə səhihəm. 

Bundan irəli mən sizə mənzur idim, amma, 

Ġndi nəzərizdə nədir illət ki, qəbihəm. 

Gər qəhr edəsən cövrü, gər lütfü Ģəfəqqət, 

Bən də sizə hər vəqt duaguyü mədihəm. 

Tutma mənim əĢ’arıma, həm sinnimə irad, 

Qasirdir adım, yə’ni ki, fərzəndi-Zəbihəm. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

71



MİR ƏHMƏD XANA 

Nameyi-Ģirinsüxənü xoĢxüram! 

Hüzuri-xanə yetiĢib qıl səlam! 

Söyləgilən Qasiri-pirü nəzar, 

ƏyləĢibən evdə çəkir intizar. 

ġurə gəlibdir qoca bülbül kimi, 

Olubdu xəndan qızıl gül kimi. 

DüĢüb onun baĢına Ģövqi-qatıq, 

DanıĢdırır gər necə zövqi-qatıq. 

Vəhalonki yıxılıb çarpayidan, 

Ġnciyibdi bir azacıq paydan. 

Çarpayının payələri laxlayır, 

Üç-dörd ildir Allah onu saxlayır. 

Bu növ ilən keçirirəm günümü, 

Qonum-qonĢu eĢitməyib ünümü. 

Filankəsin ağriyır baĢı, canı, 

Üstündə yatıb, gedibdir yanı. 

Görən deyir: bu çarpayı tazədir, 

Nə bilsinlər böylə biəndazədir. 

Bir həsir var üstündə, bir palaz, 

Demək olur təptəzədir, xeyli saz... 

Amma bu gün səhər iĢim lax olub, 

Tərpənəndə kəllə-mayallaq olub. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

72



Qasir ağa yarım saat mil durub, 

Ağa Səbih durub təzədən qurub. 

Görən deyir zahirdə çarpayıdır, 

Laxlaiqda Molla Fəttahın tayıdır. 

Qərəz hələ kəlam tul olmasın, 

ĠĢ düzəlməz əgərçi pul olmasın. 

Mirəhməd xan eyləyibdi fərmanı, 

YetiĢmədi dərdimizin dərmanı. 

Varımdı xeylək qatığa ehtiyac, 

Qıçımın ağrısına eylər əlac. 

Qatıq gəlincə ayağım axsaya, 

Gərək deyim ki, toxunub saxsıya. 

Demək olmaz xəlqə ağrır payimiz, 

Yıxılanda toxunub çarpayımız. 

Müxtəsər ki, iĢlərimiz ləngdir, 

Hövsələmiz xeyli-xeyli təngdir. 

Gəlmədi mə’Ģuqəmiz ol Ģux qatıq, 

Yə”ni ki, qaymağa qarıĢmıĢ qatıq. 

Qatıq demin, bir məhi-taban deyin

Səbahətdə Yusifi-Kən’an deyin. 

Necə qatıq maya tutub Ģirdən, 

Güya kəmərbəst olub pirdən. 

Yiyən kimi Qasiri irĢad edir, 

BaĢdan ayağa ürəyin Ģad edər. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

73



Fətəliyef görsə deyər mərhaba, 

Gəlsə qatıq, dalınca gəlir əba. 

Biz bilirük, bu özgə iĢarədir, 

Nəğmeyi-üzzalü zəminxarədir. 

Onun üstən gəlir havayi-qatıq, 

Mahurlan Ģurü nəvayi-qatıq. 

EĢitmisüz Fəlatün girib küpə, 

Havalərə cəm edib düzüb ipə. 

Haman küpə töküblərmiĢ Ģirü-mast, 

Çəkməz imiĢ yoxsa çargahu rast. 

ġirəli bəydən soruĢun kamını, 

Havaların bir-bir məqamını. 

Bu halda var könüllərdə vəlvələ, 

Bu sözü yazdım edəsüz məĢğələ. 

Mir Əhəməd xan, Ağa xan xoĢdil ola, 

Həm Qasirin məqsudi hasil ola. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

74



MİR ƏHMƏD XANA 

ġəhri-hali-dilimi yazmıĢam, ey xan, sənə, 

Göstərib çərxi-fələk cövrü cafasını mənə. 

Bizə yeksər necə gər ariz olubdur təbülərz, 

Tiflilər nalə çəkər gah dədə, gah nənə. 

Səni dərd əhli bilib dərdimi izhar etdim, 

Demərəm dərdimi dərd bilməyibən dilĢikənə. 

Çünki sərhəd yeridir bir para zad düĢməz ələ, 

Qeyri qanqal deyil iydəsi, bir də çətənə 

Məsələn, indi mənə lazım olub qəndlə çay, 

Bir nəfər müftə verən yox, nə də qərz-ül-Həsənə. 

Çay əgər olmasa da səhlidü darçın tapılır, 

Müxtəsər, qənd tapılırsa, tapılır hər nəmənə. 

Müftəxor çayi içən dəm vurar hey batmandan, 

Mənə misqalı müqabildir onun bir tümənə. 

Nə də kiĢmiĢ tapılır, bəlkə içək diĢləmə çay, 

Ya zərər eyliyə, ya nəf’ həqiqət bədənə. 

Belə bir Ģey tapılmaz becüz əz nani-yavan, 

Rusiya çayı böyük üzrdü mehman gələnə. 

Filhəqiqət ki, olub qənd kərəm tək nayab, 

Satsalar müĢtəriyəm gər verələr min tümənə. 

Çayı Ģirin gər içəm Xosrova bənzər eyĢim, 

Ġndi ağzım acı, oxĢar sifətim guhgənə. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

75



Hər cəhətdən iĢim əskikdi bu il, vaveyla, 

Gündə beĢ yol açaram fal “Kəlilə Dimnə”. 

Bizə bir qədər əgər qənd Ģəfəqqət etsən, 

Verilər hər tikəsi nisbət əqiqi-yəmənə. 

Minnətim yoxdu bu il eyləyim, övzai-dürüst, 

Sənə hər kimsə yalan söyləsə versin kəfənə. 

Ola, ya olmaya Ģair yazacaqdır ovsaf, 

DüĢə avazəsı hər mülkdə dəhəndən-dəhənə. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

76



MİR ƏHMƏD XANA 

Ey xani fələkĢən iĢim rəncü təəbdir, 

ġəb fikri günüz, gündüzüm əndiĢeyi-Ģəbdir. 

TalıĢda çalıĢdım neçə günlər, neçə aylar, 

Bir iĢdən ötrü adı onun eyĢi-tərəbdir. 

Yüz möhnəti-ənduhilə gəldim bu diyarə, 

Ġndi yetiĢib fəsli-zimistan, mahi-rəcəbdir. 

Gördüm ki, bizim buqədə heç yoxdu tədarük, 

Çoxdandu ocaq yanmır müĢtaqi hətəbdir. 

Oldum yenə diltəng məni basdı xəyalat, 

Gördüm qutarıb buğda çuvaldan bu əcəbdir. 

Ġndi bizim ev Misrdir, Kən’an dəyirman, 

Guya birisi ġam, biri mülki-Hələbdir. 

Dedim özümə, qəm yemə, get xidməti-xanə, 

Həm himməti-alidü, həm ali nəsəbdir. 

XoĢ xülq, xoĢ əhvaldü dərviĢ-təbiət, 

Arif dili mərdanəvü pakizə həsəbdir. 

Sabiqdəki tək dərdüvə eylər yenə dərman, 

Xurma ki, düĢmüyüb hələ əyyami-rətəbdir. 

Ümmidim olur eyləməyə bəndəni novmid, 

Lütfü kərəmi olsa, ümmidimə səbəbdir. 

Yoxdur ona bir xidmətim olsun mənə hörmət, 

Mənzur keçən xatiri-hali-cəddü əbdir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

77



Bundan irəli fikrü qəmim az idi, amma, 

Ġndi qəmim artıb, mənə bu qeyd qəzəbdir. 

Mollalara halvəyü çilo, nanü mütəncən, 

Meyxanələrin istədiyi mai-ənəbdir. 

Bir tayfada mədhü dua himməti xidmət, 

Ġstər belə də cudnüma adəti dəbdir. 

Xaliq səni, övladivü hifz eyliyə, daim, 

Çox da sizə israr eyləmək tərki ədəbdir. 

Öz Ģə’ninə layiq mənə buğda kərəm eylə, 

Özün bilüsən, Qasir, həngami-tələbdir. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

78



MİRZƏ İSA ARİFƏ 

Mirzə Ġsa, mana bir namə götür yaz, kiĢi, 

Ola əbvabi məhəbbət yüzümə baz, kiĢi. 

Bilirəm vardı təbində sənin istiğna, 

Bu qədər bəsdi, edirsən mənə sən naz, kiĢi. 

Az ol aludə bu dünyayi-dəninin iĢinə, 

Sənə Ģayəstə deyil hirs, elə az, kiĢi. 

Səni görməkliyə çox talibi-müĢtaq olmuĢ, 

Hər zaman eyliri, Ģövqim quĢu pərvaz, kiĢi. 

Əhdü misaqi-vəfa zövqü səfadə əlhəqq, 

EyləmiĢdim rüfəqadən səni mümtaz, kiĢi. 

Uyma çöx qəflətə, bilmərrə məni eyləmə tərk, 

Sən deyildin mənə həmsöhbətü həmraz, kiĢi. 

Eydi-novruz sənin kimi nəzakətlə gəlir, 

Əmrdən gərçi gedir, leyk gəlir yaz, kiĢi. 

Açılır sünbülü reyhan çəmən bağ içrə, 

Nəğməvü ləhcəyə bülbül edər ağaz, kiĢi. 

KiĢi bu fəslidə bu qədr edirmiĢ qəflət, 

ĠstəməzmiĢ qəzəlü çəngü neyü saz, kiĢi. 

Ġndi hər guĢə müsəlladü həmi rüknabad, 

Lənkəran mülki olub xutteyi-ġiraz, kiĢi. 

Var necə kimsə edər də’viyi-peyqəmbərlik, 

Göstərir münkir olan kəslərə e’caz, kiĢi. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

79



Biri bir ism deyir, qarğa olur qırqovul, 

Biri bir məntor oxur, ördək olur qaz, kiĢi. 

Keçəl olmadı baĢım, mən də oleydım xöĢbəxt, 

Çünkü xöĢbəxt olub hər keçəlü daz,  kiĢi. 

Keçən əyyamda guya kiĢi as-çox varımıĢ, 

Ġndi var, mən biləni, Ģəhridə çox az kiĢi. 

Ömrümüz keçdi qayitmaz geri, zövq üstünə gəl, 

Namə yaz Qasirə, ol qafiyəpərdaz, kiĢi. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

80



MİRZƏ İSA ARİFƏ 

Dusta, bax sözümün surəti həm xəddi üçün

Mə’niyi-zahirinin sə’y eyləmə rəddi üçün. 

Hansı sözdür ki, sərapa ola ol biillət, 

O necə eyĢidir itmama yetə bimöhnət. 

Kəsrəti-Ģüğl olub maneyi-feyzu söhbət, 

Tutma tənvinü zəbər-zirü poĢinə diqqət, 

Cəzmü təĢdidu əlif həmzövü həm məddi üçün. 

Hər sözün sən bilüsən köhnə ilə tazəsini, 

Tikmisən çox füqəra dəftərü Ģirazəsini, 

Çün üsul əhli tanır nəğmənin avazəsini, 

Nə məratibdə ğörər tə’bimin əndazəsini, 

Verilib qisməti hər kimsənin öz həddi üçün. 

Bir nəfər düĢmür ələ mərdumi-sahibihimmət, 

XoĢ sifət, həm də cəvanmərdü təhəmtən cür’ət, 

Yeğdür əbnayi-zamandan ola qət’i ülfət, 

Çün eĢitdim ki, dünən bir neçə Məryəm tinət, 

Bir qəbayi biçüb Ġsayi-zəmin qəddi üçün. 

Sənə, ya inki mənə lütf eliyə arxalıq, 

Sidqilə bir-birimizə edərik arxalıq, 

Mən ki ləngəm, səni ya rəb, eyliyə arxalıq, 

Çünki bildim yetəcəkdür mənə bir arxalıq, 

YazmıĢam bir neçə əĢ”arı onun Ģəddi üçün. 

Talibəm sən kimi arxaliqi-bidamənə mən, 

Olsa astarı birə on raziyəm bir dənə mən. 

Bu pəriĢanlıqla halətə bir bax, yenə mən, 

Sən yəqin eylə ki, arxalığı verməm sənə mən, 

Doğrudan-doğrusu, Seyyid Bədəlin cəddi üçün. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

81



MüĢtəri yoxdu, gilaludə olub cövrəyi-təb’, 

Qüssədən lal olub nitqi-süxənpərvəri təb’, 

Xəlqi-gümrahdu qalıb küncdə peyğəmbəri-təb’, 

Nəfsi-yəcucini qalib görüb Ġskəndəri-təb’, 

Bu neçə fərdi-bina etdi onun səddi üçün. 

Qasir, ögmə özünü az sözünü lafə yetir, 

Özünü cəhd elə Simürq kimi Qafə yetir, 

Hər sözün olsa onu sahibi-insafə yetir, 

Müxtəsər, simü-zəri-təb’ini sərrafə yetir, 

Onda həm cinsin olur qaidə sərhəddi üçün. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

82



MİRZƏ İSA ARİFƏ 

Ey dil, yenə bir gəlgilə göftarə gərəkdür, 

Bir ləhzəyi gəl nitqi-gövhərbarə gərəkdür. 

Tök-dürci-dəhəndən yenə lö’löyi-cavahir, 

Lazım ola, əlbəttə, xiridarə gərəkdür. 

Gahü gəhi bə’zilərə əĢ’ar ola lazım, 

Amma qəzəl əhlinə bu həmvarə gərəkdür. 

Ġzhar elədim zimnidə nöqsani-əbani, 

Nöqsanına, əlbəttə, onun çarə gərəkdür. 

Nöqsan səbəbinə bu əba baĢa yetiĢmir, 

Qasir bürünə, bir gələ bazarə gərəkdür. 

Hər bir zadı hazırdı, iki cüzidi naqis, 

DüĢsün gərək ol cüzilər izhara gərəkdür. 

Ol astarı kim bizə olmuĢdu Ģəfəqqət, 

Əskikdü bir arĢın qədəri parə gərəkdür. 

Bir Ģeyi-əlahiddədə dövrünə sərapa, 

Yə’ni göbələk rəngi ola qara gərəkdür. 

Gör astaridə olmasa nöqsanı müyəssər, 

Bir Ģey də verün, bəlkə gələ karə, gərəkdür. 

Çün əsli yetib, fər’i də lazımdı yetiĢsin, 

Ta düĢmiyə iĢ dirhəmü dinarə gərəkdür. 

Billəm sənə lazım dögi bu Ģey sərapa, 

Tə’cillə göndər ki, məni-zarə gərəkdür. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

83



MİRZƏ İSA ARİFƏ 

Mirzə Ġsa, qıl nəzər, naməmdə ünvan altına, 

Səbt olub zahirdəki məqsud pünhan altına. 

Lənkaranı tərk edib Bakı ara tutdun vətən, 

Saldın əhbabı sərasər, yari hicran altına. 

Çox da Bakuda yubanma, Lənkəranə qıl səfər, 

Müddəi söylər yığıb sərraf milyan altına. 

Xeyli müddətdi, gedibsən Badkubə Ģəhrinə, 

Kuyi-mətlubun düĢüb məqsudi-çövkan altına. 

Orda çox gəlirdi miĢkin buyi xoĢbulər olur,  

Kim salıb gül yarpağın bir dəstə reyhan altında. 

Ey xoĢa, əndiĢə kim çəkdi səni bu piĢədən, 

Bülbüli-Ģeyda kimi saldı gülüstan altına. 

Bizdə yox teyr etməyə kim, möhkəm balü pər, 

Qara daĢ tək düĢmüĢük tanrıdan bu viran altına. 

BaĢə düĢmüĢ iĢtiyaqi vəslin, ey Ģirinsüxən, 

Ordasan, bir yerdə düĢmür kar saman altına. 

Çün bu bir məĢhur sözdür, namə nisfi-vəslidir, 

Hər kitabın yazmıĢlar nöqtə səncan altına. 

GuĢ qıl, bir ləhzə, halından onun eylüm, bəyan, 

Aç oxu üstinə bax, xəndan-xəndan altına. 

Zöhrə tək tazə dükanlar guĢəsində əyləĢir, 

Əsl vəqti can basar köhnə dəyirman altına. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

84



Üstü-baĢı yırtılıb, Ģaxtada çıxmaz küçəyə, 

Qar yağanda dürtülür biçarə yorğan altına. 

Çuxa köhnə, arxalıq sədparə, köynək çak-çak, 

Mündəris Ģalvarı keçmiĢ lıqqa tuman altına. 

Börkü baĢından atıb, hər kimsə görsə vəhm edər, 

Filməsəl, qızmıĢ girib meydana qalxan altına. 

Üz-gözü çox tükləĢib tərkibi digərgun olub, 

Guyiya kirpi girib xari-müğilan altına. 

DiĢ tökülmüĢ, laxlayır əngi və burnu sallanıb, 

Üst dodağı sallanıb girmiĢ giriban altına. 

Hər kəsə yetsin diyər məndən alıb dörd-beĢ manat, 

Bir yalan sözdür, düĢüb biçarə böhtan altına. 

Heykəli bütyarədir tərkibi misli-kürdədir, 

Girməyib əndazəvü qanunü mizan altına. 

Baltasın Nəccar alubdur, kərkisin Mir Əlnəqi, 

Mən də çəkdim körpüsün sal sən də suhan altına. 

Gecələr bə’zi dükanlar səmtinə azim olub, 

Gəh gedir, gahi çıxır dükkanı divan altına. 

Kibrdən biçarədir, amma ki, çoxbiçarədir, 

Çub qoyub biçarənin məl’un Ģeytan altına. 

Bir günü gördüm yazıb Nəccar bir kaqiz sənə, 

Taxça üstündə büküb qoymuĢdu Quran altına. 

Oxudum, gördüm Ģirindir, xeyli xoĢməzmundur, 

RiĢteyi-təbi düzüb muncuqi-mərcan altına. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

85



Çün hərfi “ra” ilə çıxmıĢdı müzhən üstünə

Mən də “nun” hərfilə girdim əhdü petman altına. 

Zahirən, vazehmidir ol Ģəxsin sənə hər haləti, 

Məzhəb üstə cəhl edib vurdu o imanaltına. 

Lazım oldu, bizdə cəm etmək mətai-tə’bdən, 

Ta çəkək nəzminlə ol heyvani zindan altına. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

86



ƏBDÜL ƏHƏDƏ 

Əbdül Əhəda! Təbi-süxəndan varındır, 

ĠnĢallah ki, gənci-firavan varındır. 

Bir nüktə yetib xatirimə eylərəm inĢa, 

Çünki bilirəm nükteyi-ürfan varındır. 

Bazarı bu gün seyr eylədim, söylədim, ey dil, 

Axır iki həmsöhbətü canan varındır. 

Yə’ni Hacı DərviĢlə ağayi-mükərrəm, 

Səninki olara dideyi-ehsan varındır. 

Fürsətdü gedib onları həm eylə ziyarət, 

Ġndi nə ki, hər vəqtidə imkan varındır. 

Getdim, elədim, müxtəsər onları mülaqat, 

Mə’lum elədim bu gecə mehman varındır. 

Oldum mütəfəkkir, elədim xeyli təəccüb, 

Mənsiz necə iĢdir bu ki, pünhan varındır. 

Bir yerdə ki, dərviĢlə səyyah ola həmriĢ, 

Bir kəlmə ki, bir məclisi-rindan varındır. 

Vazehdü həmin məclisi-məxsusidə əlhəq, 

Həm çay və həm qəhvəvü-qəlyan varındır. 

Bilməm nə səbəbdəndir olub bəndə fəramuĢ, 

Mə’lum təamında fisincan varındır. 

Gər ayrı zad olsaydı məni də’vət edərdin, 

Ġndi bilirəm in yoxun, an varındır. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

87



Biz də əgər ol bəzmdə olsayduq, əzizim, 

FərmayiĢ elə ta ki, nə nöqsan varındır. 

Üzrün ola gər bu gilü bu lehməvü bu lay, 

Onda bilunur təb’i-pəriĢan varındır. 

Sən ki bilüsən qeyri-fisincanü müsəmma, 

XoĢdur mənə bir loğma, əgər nan varındır. 

Yazgilə cavabım, ola gər nəzm və ya nəsr, 

Həm xaməvü qırtasü qələmdan varındır. 

Gər olsa bu də’vətdə çığırtma ilə kükü, 

Təklifə sənün fürsətün ə’lan varındır. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

88



MİR ƏSGƏR XANA 

Alicaha, eĢitdin lütfilə dəstanımızı, 

Ərz edək xidmətüzə mətləbi-pünhanımızı. 

Yoxdur bu mülkdə Ģe’rü qəzəlin müĢtaqi, 

Çəkdirə riĢteyi-nəzmə dürü mərcanımızı. 

Tutub axır necəayineyi-qəlbi kədər, 

Dərdü qəm lal eyləyüb təb’i-süxəndanımızı. 

Dəftərü kağızımız hər biri yüz parə olub, 

His basıb küncü bucaqlarda qələmdanımızı. 

Bilmirik dərdimizi biz kimə izhar eləyək, 

Nəbzi-halımı bilib göstərə dərmanımızı. 

Məsləhət eylədim öz munisi-həmdəmlərimə, 

Dedilər mədh elə, Qasir, yenə öz xanımızı. 

O bizim sovməənin oldu binasına səbəb, 

Saldı təĢviĢidən asudə edib canımızı. 

Götürüb mən bu sözü xidməti-sərkara yazım, 

Göstərə mərhəmətin, kəsməyə ehsanımızı. 

Mahi-zilhiccə əyan oldu, çəkib tiği-hilal, 

Məni hər gündə nizar etdi, töküb qanımızı. 

Pulumuz yoxdur alaq biz də bu il qurbanlıq, 

Bəs gərəkdir ki, sataq balıĢü yorğanımızı. 

Çün bu viranədə bir loğma çörəkdən ötrü, 

VermiĢik badə hamı məhzəbu imanımızı. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

89



Olu mə’lum pəriĢanlığı əhvalımızın, 

Oxuyan vəqtidə bu Ģe’ri-pəriĢanımızı. 

Hər kəs öz halına nisbət sərü samana yetüb, 

Biz hələ tapmamıĢıq öz sərü samanımızı. 

Qısnıyır xırda uĢaqlar məni qurbandan ötür, 

Gah tutar damənimi gahi giribanımızı. 

Sən ricu eylə bizi xırdaca xanzadələrə, 

Ta ədalətlə olar eyləyə divanımızı. 

Suri-ehsanı Ģəfaqqətlə çala Ġsrafil, 

Lütf edib cümə günü göndərə qurbanımızı. 

Çay ilə qəndimizi yollaya Mahmud ağa, 

Əsədullah eləyə gərm zimistanımızı. 

Barillaha, bu ağazadələri hifz qılıb, 

Eylə dilĢad olarlən bu Süleymanımızı. 

Əsədüllah ilə Mahmud ilə Ġsrafilə, 

Yar qıl, həmdəm elə ayeyi-Qur”anımızı. 

ĠnĢaallah eliyər ömr vəfa, bəxtmədəd, 

Görər onlar da bizim dərsi-dəbistanımızı. 

Qasira, xan ilə xanzadələri eylə dua, 

Ta eĢitsin hamı bülbül kimi əfqanımızı. 

Xani-ehsanını xanın elə, yarəb, abad, 

Bu gün abad edə gər külbeyi-ehzanımızı. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

90



USTA QASIMA 

Usta Qasım, ey rəfiği-piri-mən, 

Bilmərəm axır nədi tədbiri-mən. 

Paralar məndən üzün tutmuĢ kənar, 

Mən bunun sirrini qıldım aĢkar. 

Onda çox-çox nöqtələr zahir olur, 

Cümlə mərdün tələbi zahir olur. 

Qasimü Qasir olur təqsirkar, 

Dadə yetsin həzrəti-pərvərdigar. 

Hər kəsin var bir ənisü həmdəmi, 

YaxĢı həmdəm olsa heç olmaz qəmi. 

Bir mənə eylə nəzər, ey xoĢ xisal, 

Həmdəmi ətfal, nadanü xurdu sal. 

Sərbəsər qalü qilu, hayü hu, 

Eylərəm daim olarlan göftiuu. 

Ġndi seyr eylə, mənim gör halımı, 

Gör nədir ətfalilən əhvalımı. 

Ey xoĢa, yoxdur xəyalın niku bəd, 

Həmdəmin olmuĢ sənin, usta Səməd. 

Çox səadətdir, rəfiği əhli-hal, 

Xassə, bir eylə rəfiği xoĢməqal. 

Ey rəfiğa, etmiyübsan cüstücü, 

Tapmısan bir eylə yari-rastiqu. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

91



Söylə Qasir, ya Əli, səndən mədəd 

Göndərə börkü bu gün Əbdüssəməd. 

Vədeyi-iqrari bu qədr oldu tul

Bəlkə olmuĢ bəndədən mənzuru pul. 

Bir təsəvvür qıl, nə müddətdir mədid, 

Xud mənə Əbdüssəməd verdi ümid. 

Tez cavabın sən bizə eylə bəyan, 

Ta yazaq bir özgə günə dasitan. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

92



QASIMA 

Qulaq as bu sözə, ey  Ģairi-fərxəndəcəmal, 

Bir sözüm var, onu səndən edirəm yə’ni sual. 

Səni vəsf eylədi, çox bəndəyə Lütfüllah bəy, 

Necə kim, vəsf olunur məclis ara Rüstəmü Zal. 

Dedi: bir Ģair var Salik, adı Qasımdır, 

Gəzəsən, yoxdu cahanı, belə bir nükxisal. 

Bu səbəbdəndi sənin sözlərinə müĢtaqam, 

Gələn olsa, mənə bir namə yaz, eylə irsal. 

Çün eĢitdim, dedilər, Ģe’rə də vardır həvəsin, 

Həvəsim gəldi, sənə bu sözü yazdım icmal. 

Yazgilən kəlmeyi-meyxanə ilə bir namə, 

OlmuĢam aĢiqi-divaneyi-Məcnunmisal. 

Yox mənim dərdimə bir çarə edən aləmdə, 

Firqəti bu sənəmin eylədi bu qəddimi dal. 

Gər bu ətrafa eĢitsəm düĢəcəkdir güzərin, 

Pay-piyada edərəm altı ağac istiqbal. 

Çünki tə’cillə yazdım sənə bu əfradı, 

Özgədən eyləmiĢəm bunları da kəsbi-kamal. 

Belə məsmü’ olur, mövsimi fürsət yetiĢib, 

DüĢüb əğyarlar içrə edilir cəngü cidal. 

Mənə tezliklə vüsul olsa cavabı bu sözün, 

Guyiya kim yetiĢər təĢnəyə bir cür’ə zülal. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

93



Arzu eylədi Qasir bu sözü xaliqdən, 

Qasıma, qismət ola bizlərə əyyami-vüsal. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

94



MAHMUDA 

Ey isminə müsəmma Mahmud olmuĢ adı, 

Qıl bir nəzər bu nəzmə bir yaxĢı macəradı. 

Bu sözlərimə yeksər guĢ eylə diqqət ilə, 

Ta kim sənə həqiqət olsun dəlilü hadi. 

Xaliq özü Əlini qüdrət deyib özüyçün, 

Məxluq onu cahil bilmək necə rəvadı? 

Sirrüllah olmağına eylüb peyəmbər iqrar, 

Məmduhi-hələtadır məxsusi innəmadı. 

Cahil bilən bu Ģahı bu cəhlidir həqiqət, 

Mə’lum olur ki, yoxdur Allaha e’tiqadi. 

ġə’ni-Nəbidə gəlmiĢ lölak aĢikara, 

Vardır onun Əlilən peyvəstə ittihadi. 

Ġsanı ermənilər xalıq bilir özüyçün, 

Batil bilir bu qövlü, əlbəttə, əqli-badi. 

Ġsa özü Əlinin lütfündən oldu mövcud, 

Salis olan məvalid ondan görüb muradı. 

Cümlə vücudə bais olmuĢ onun vücudi, 

Var Ģiənin bu qövlə sidqilə e’timadı. 

Heydər fəzilətini münkir gör etsə inkar

Mən qoymaram ölüncə üstümə belə adı. 

Molla Hüseynəli çün və’zü nəsihət eylə, 

Qoyma ki, gümrah olsun bir belə bisəvadı. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

95



Yoxdur əlində mayə istər dəlilü ayə, 

Eynü yədü Xüdayə, çün yoxdur e’tiqadı. 

Qərqi-zəlalət olmuĢ, pənd eylə ol fəqirə, 

Çox etməsin Əlilən bu büğzü, bu inadı. 

Çün Kə’bəteynəi-eĢqim nəqĢi məhəbbət atdı, 

Ġnkari ĢeĢdərindən zehnim alıb güĢadı. 

Ta etməsin digərbar fəzli-Əlini inkar, 

Eylər bu fəzlə iqrar, dindirsən ərcəmadi. 

Çün yürəfi buyurmuĢ Quranda mücrümə həqq, 

Siması zahir eylər zatındankı fəsadı. 

Cahil bilən Əlini Mahmuda münkir olmuĢ, 

Var haqqa iĢtibahı qəlbi bəsi qəradı. 

Nadan bilən Əlini nadanü rusiyəhdür, 

Çün bilməmək Əlinin haqqında nasəzadı. 

Çox simuzər məhəkdə qəĢĢi-büruz eylər, 

Ol gündə kim havada eylər nida münadi. 

Çün külli Ģeyün halik söylübdü cəm’ə malik, 

Qasir olubdur salik, vardır əlində zadi. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

96



Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin