MİSİRDƏKİ Çixişinda barak hüseyn obamanin müSƏlmanlara söYLƏDİKLƏRİ



Yüklə 20,66 Kb.
tarix29.11.2019
ölçüsü20,66 Kb.
#29734
Документ

MİSİRDƏKİ ÇIXIŞINDA BARAK HÜSEYN OBAMANIN MÜSƏLMANLARA SÖYLƏDİKLƏRİ

Əbədi Qahirə şəhəri və iki əlamətdar qurum tərəfindən qarşılanmaqdan qürur duyuram. Min illərdir ki, Əl-Əzhər İslamın öyrənilməsinin əsasında dayanır və bir əsrdən çoxdur ki, Qahirə Universiteti Misirin inkşafının mənbəyi olmuşdur.

Birlikdə sizlər ənənə və tərəqqi arasındakı harmoniyanı təmsil edirsiniz. Mən sizlərin və Misir əhalisinin qonaqpərvərliyindən məmnunam. Həmçinin, Amerika əhalisinin xoşməramlığını və ölkəmdəki Müsəlman icmaların sülh salamlamalarını daşımaqdan qürur duyuram: əssalamu əleyküm.

Birləşmiş Ştatlar və dünyadakı müsəlmanlar arasındakı gərginliyin mövcud olduğu bir dövrdə görüşürük- gərginlik halhazırdakı istənilən siyasi mübahisə çərçivəsindən çıxmış tarixi qüvvələrə əsaslanır. İslam və qərb arasındakı əlaqə, yalnızca əsrlərin mövcudluğu və əməkdaşlığından deyil, həmçinin konflikt və dini müharibələrdən də ibarətdir.

Axır zamanlar konflikt, bir çox müsəlmanların hüquqlarını və rahatlıqlarını inkar etmiş kolonializm və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin bir çox hallarda, öz istəklərindən aslı olmayaraq, müdafiəçi olaraq dəyərləndirildiyi Soyuq Müharibə tərəfindən daha da gərginləşdirilmişdir.

Səh 146, 147

Qarşılıqlı asılılığımızı nəzərə alarsaq, bir milləti vəya bir qrup insanı digərindən üstün tutan hər hansı bir dünya nizamının uğursuzluğa düçar olması qaçınılmazdır. Keçmişimiz barədə düşündüklərimizdən asılı olmayaraq, biz onun əsiri olmamalıyıq. Poblemlərimiz əməkdaşlıq yolu ilə həll olunmalıdır; inkşaf mütləq paylaşılmalıdır.

Bu, mübahisələrin törədicilərini gözardı etməli olduğumuz mənasına gəlmir. Əlbəttə, tələb olunan buna tam əksdir: Mübahisələri düzgünlüklə həll etməliyik. Və bu ruhda, mənə birlikdə mübarizə aparmalı olduğumuza inandığım, bir sıra xüsusi problemlər haqqında mümkün qədər açıq şəkildə danışmağıma icazə verin.

Həll etməli olduğumuz ilk məsələ ümumilikdə zorakı ekstremizmin bütün növləridir.

Ankaradakı çıxışımda, Amerikanın Islam ilə mübahisədə olmadığı və əsla olmayacağı məsələsinə açıqlıq gətirdim. Buna baxmayaraq bizlər, cəmiyyətimizə ağır şəkildə təhlükə törədən zorakı ekstremistlərə şiddətlə qarşı çıxacağıq, çünki biz bütün din insanlarının inkar etdiyi etdiyi bir şeyə qarşı çıxırıq: günahsız kişiləri, qadınları və uşaqları məhv etmək. Və Prezident olaraq, ilkin vəzifəm Amerika əhalisini qorumaqdır.

Əfqanıstandakı vəziyyət Amerikanın niyyətlərinin və birlikdə çalışmalı olduğumuzun göstəricisidir. Yeddi il bundan öncə ABŞ Əl-Qaidəni və Talibanı geniş beynəlxalq dəstəklə təmin etmişdir. Biz bunu seçim olaraq deyil, məcburiyyət olaraq etmişik. Bəzilərinin 9/11 hadisələrini sorğuladığından və haqq qazandırdığından xəbərdaram. Ancaq bir məsələyə dəqiqlik gətirməyimizə icazə verin: Həmin gün Əl-Qaidə 3000-ə yaxın insanı qətlə yetirmişdir. Qurbanlar, heç bir kəsə zərər verməmiş, Amerikadan və digər bir çox millətlərdən olan günahsız kişi, qadın və uşaqlardır.

Bütün bunlara baxmayaraq, Əl-Qaidə bu insanları amansızlıqla qətlə yetirmək seçimini etmiş, hücumun törədicisi olduğunu boynuna almışdır, və hətta halhazırda kütləvi qırğın törətmək istəyini də elan edir. Onların bir çox ölkələrdə filialları mövcuddur və öz əhatələrini genişləndirməyə çalışırlar. Bunlar müzakirə olunası fikirlər deyildir: qarşılaşmalı olduğumuz faktlardır.

Yanlış anlamayın: Qoşunlarımızı Əfqanıstanda saxlamaq fikrində deyilik. Orada hərbi bazalara yer vermək fikrində deyilik. Amerika üçün əhali itkisi iztirabdır. Konflikti davam etdirmək həm maddi həm də siyasi baxımdan çətindir. Əfqanıstanda və Pakistanda bacardıqları qədər çox Amerikalını məhv etməyə çalışan zorakı ekstremistlərin mövcud olmadığına əmin olsaydıq, hər bir qoşunumuzu məmnuniyyətlə geri çəkərdik, ancaq məsələ hələ bu yerdə deyildir.

Bu səbəbdən 46 ölkənin koalisiyası ilə əməkdaşlıq edirik.Və çəkilən xərclərə baxmayaraq, Amerikanın öhdəlikləri zəifləməyəcəkdir. Şəksiz, heç birimiz ekstremistlərə göz yummamalıyıq. Onlar bir çox ölkələrdə qətllər törədiblər. Müxtəlif dinlərdən olan insanları- xüsusən də müsəlmanları öldürüblər. Onların əməlləri insan haqları və İslam ilə uyuşmazdır.



Müqəddəs Q’uranda göstərilir ki, günahsızı öldürən kəs bütün insanlığı öldürmüş olur, və o şəxs ki bir kəsi xilas edir, bütün insanlığı xilas etmiş olur. Milyarddan çox insanın qalıcı inancı, bir-iki kəsin zəif nifrətindən çox daha güclüdür. Islam zorakı ekstremizmlə mübarizənin bir hissəsi deyil- sülhün təbliğatının vacib bir hissəsidir.

Həmçinin Əfqanıstandakı və Pakistandakı problemlərin yalnızca hərbi güc ilə həll olunmayacağınından xəbərdarıq. Buna görə də qarşıdakı beş il, hər il boyunca Pakistanlılara məktəblər, xəstəxanalar, yollar, şirkətlər tikməyə yardım üçün $1,5 milyard, evindən didərgin düşənlərə dəstək məqsədiləysə yüzlərlə million $ investisiya qoymaq fikrindəyik.
Yüklə 20,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin