19
yəsində qısa tarixi dövrdə dünyada inkişaf etmiş dövlətlər
sırasına çıxa bildilər. İqtisadi cəhətdən qüdrətli dövlət təhsilin
və elmin sürətli inkişafına təkan verir, cəmiyyətdə təhsilin və
elmin, təhsil və elm adamlarının nüfuzunun yüksəlməsinə hər
vasitə ilə kömək göstərir, yaradıcı mütəxəssisləri, elm adam-
larını hər cəhətdən (ilk növbədə maddi cəhətdən) stimullaşdırır.
İnkişaf etmiş ölkələrə dünyanın hər yerindən “beyin axını”da
bununla bağlıdır.
Təhsil sistemi cəmiyyətin tələbatı, ictimai-iqtisadi, sosial-
mədəni inkişafı ilə şərtləndiyi və onunla bağlı olaraq dəyişdiyi
üçün müxtəlif ölkələrin təhsil sistemləri bir-birindən fərqlənir.
Eyni cəmiyyətin müxtəlif inkişaf dövrlərində də inkişafın xa-
rakterindən asılı olaraq təhsil sistemi dəyişir. Bununla bağlı
Azərbaycanda ali təhsilin inkişafına qısaca nəzər salaq.
Dostları ilə paylaş: