lərinə uyğun gələn yeni vasitə və priyomları tətbiq etməkdir.
Psixoloji maneəni aradan qaldırdıqdan sonra müəllim və
qrup kollektivi tərəfindən qarşıya qoyulmuş məqsədləri tələ-
bənin qəbul etməsinə və onun bu istiqamətdə səy göstərməsinə
nail olmaq lazımdır. Lakin məqsəd qoyuluşu və tələbənin buna
181
səy göstərməsi hələ kifayət deyildir, çünki o, məqsədə çatmağın
vasitə və yollarını bilməyə bilər. Əvvələn, məqsəd çox vaxt
ümumi, qeyri-diferensiv səciyyə daşıyır (intizamlı olmaq, təli-
mə səylə çalışmaq və s.). Digər tərəfdən, tələbə məqsədə
çatmağın yol və vasitələrini müstəqil tapmaq imkanına malik
deyildir (hətta pedaqoji vasitələr sadə və asan olsa belə). Bu
səbəbdən tələbə bir neçə uğursuz cəhd göstərdikdən sonra onun
məqsədə çatmaq istəyi və arzusu sönür. Buna yol verməmək
üçün ümumi məqsədi konkretləşdirmək, konkret fərdi məqsəd
kimi qarşıya qoymaq lazımdır (məsələn, məşğələlərə hazırlaş-
maq üçün gündəlik vaxt ayırmaq, müəyyən saatlarda tapşırıq-
ları yerinə yetirmək, cavabın planını tutmaq və s.). Belə məq-
səd tələbəyə kollektiv tələb kimi verildikdə daha səmərəli olur:
ümumi məqsəd bütün fərdi, konkret fəaliyytləri istiqamətlən-
dirir. Lakin istənilən konkret vasitə və metodlar o zaman göz-
lənilən nəticələr verir ki, tələbəyə təklif olunan işlər, davranış
vasitələri məcburi xarakter daşımasın, tələbə onların faydasına
inanaraq lazımi səy göstərsin.
Təlimdə müsbət emosional vəziyyət və özünə inam yarat-
maq da vacib şərtdir.
Tərbiyədə müsbət emosiyalar böyük rol oynayır: hər cür
fəaliyyət (təlim, əmək, idman, incəsənət və s.) müsbət emosi-
yalarla (sevinc, inam, təəccüb, heyranlıq, qürur hissləri ilə) mü-
şayiət olunduqda yüksək səmərə verir və əksinə. Hər hansı
fəaliyyət, o cümlədən təlim fəaliyyəti mənfi emosiyalarla (kə-
dər, qorxu, təşviş, qəzəb hissləri ilə) müşayiət olunduqda isə
tələbədə lazımi keyfiyyətləri formalaşdırmaq nəinki mümkün
deyildir, hətta şəxsiyyətin bəzi mənfi keyfiyyətlərinin (itaət-
karlıq, passivlik və s.) yaranmasına səbəb ola bilər.
Müəllim tələbə ilə birlikdə qarşıya qoyulmuş məqsədin
yerinə yetirilməsi yollarını müəyyənləşdirdikdən sonra başqa
bir vacib vəzifəni həll etmək lazım gəlir: tələbənin fəaliyyətinə
nəzarət və kömək etmək. Hər şeydən əvvəl, tələbənin uğurla-
rını vaxtında görüb qiymətləndirmək mühüm şərtdir. Onu özü-
182
nənəzarətə cəlb etmək də vacibdir. Bu halda tələbə öz qarşısına
vəzifələr qoyub, onları həyata keçirməyin vasitə və yollarını
müstəqil şəkildə müəyyənləşdirir, özünə nəzarət edir: qarşıya
çıxan nöqsanları, çətinlikləri və onların səbəblərini müstəqil
təhlil edir, öz davranışını tənzim etməyə çalışır.
Nəzərə almaq lazımdır ki, tələbənin məqsədə doğru hə-
rəkətində, davranış və rəftarında müsbət nəticə özünü o qədər
də tez büruzə vermir. Bu dəyişikliklər tədricən baş verir, bəzən
cüzi şəkildə özünü göstərir. Tələbənin davranışındakı lap kiçik
dəyişiklikləri rəğbətləndirmək, onu həvəsləndirmək ilk uğurları
möhkəmləndirməyə kömək edir. Belə rəğbətləndirmə (təriflə-
mək, tələbəyə inam ifadə etmək, onun uğurlarına sevinmək,
onun haqqında kollektivdə müsbət ictimai rəy yaratmaq) tələ-
bəyə müvəffəqiyyət sevinci bəxş edir, onda özünütəsdiq, ictimai
etirafa layiq olmaq, kollektiv qarşısında özünü yaxşı cəhətdən
göstərmək arzusu baş qaldırır. Ən başlıcası isə onda müsbət
emosiyalar yaranır; bu da istənilən pedaqoji təsirin həyata
keçirilməsinin çox mühüm şərtidir.
Göründüyü kimi, fərdi təsir mexanizmi bir neçə mərhələni
özündə birləşdirir: tələbəni (onun fərdi xüsusiyyətlərini) öyrən-
mək
onun davranış və əməllərinin motivlərini, səbəblərini
müəyyənləşdirmək
tələbə qarşısında konkret tərbiyə məqsə-
di qoymaq
məqsədə çatmağın vasitə və yollarını müəyyən-
ləşdirmək
müsbət emosional vəziyyət yaratmaq
məqsədin
həyata keçirilməsində tələbəyə kömək və nəzarət etmək
ilk
uğurları qiymətləndirmək, həvəsləndirmək
tələbəni özünə-
nəzarət və özünütərbiyəyə cəlb etmək.
Tələbənin məqsədə doğru hərəkətində uğursuzluq halları
baş verdikdə onun səbəblərini araşdımaq, bu səbəblərə müvafiq
olaraq yeni pedaqoji vasitə və yollar tapıb tətbiq etmək lazım
gəlir. Eyni məqsədin bir neçə tələbə (və ya tələbə qrupu) qarşı-
sında qoyulması da yaxşı nəticə verir (məsələn, təlimə müna-
sibəti dəyişmək, fərdi işləri vaxtında yerinə yetirmək və s.).
Tərbiyə təcrübəsində hər iki yoldan – fərdi və kollektiv məq-
183
sədin qoyulmasından istifadə etmək mümkündür. Təcrübə gös-
tərir ki, tərbiyə işində tələbə kollektivinin təsiri olmadan –
kollektivdən təcrid edilmiş halda ayrı-ayrı tələbələrə istiqa-
mətlənən pedaqoji təsirləri uğurla həyata keçirmək çətindir. Ən
azı bu və ya digər məsələ ilə bağlı kollektivdə müsbət ictimai
rəy yaratmaq lazımdır. Əks halda tələbə kollektivi, həmrəylik
nümayiş etdirərək nəzərdə tutulan tədbirlərin həyata keçirilmə-
sinə mane ola bilər. Müəllimin tələbəyə fərdi təsiri kollektivin
təsiri ilə uzlaşdıqda lazımi səmərə əldə etmək mümkündür.
Kollektiv, xüsusən oradakı sağlam ictimai rəy ayrı-ayrı fərdlə-
rin tərbiyəsində böyük rol oynaya bilər. Kollektiv, öz üzvlərinə
tələblər verdikdə tərbiyəçi paralel pedaqoji təsir priyomunu tət-
biq etməklə ayrı-ayrı fərdlərə kollektiv vasitəsilə təsir göstər-
mək imkanı qazanır. Tələbə kollektivi tərbiyənin əsas forması,
onun başlıca vasitəsi kimi çıxış etdikdə təlim-tərbiyə işində
yüksək nəticələr əldə etmək, gəncləri layiqli şəxsiyyətlər kimi
formalaşdırmaq asan olur.
Dostları ilə paylaş: |