M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə54/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   142
Ali mekteb pedaqogikasi-kitab

spesifik prinsipləri kimi bunları qeyd etmək olar: a) təlimin 
peşə yönümlülüyü; b) təlimin elmi fəaliyyətdə əlaqələndirilməsi; 
c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri. 
Həmin prinsipləri qısaca nəzərdən keçirək. 
Təlimin peşəyönümlüyü prinsipi. Bu prinsip ali mək-
təbdə təlim prosesini öyrənilən peşəyə istiqamətləndirməyi 
nəzərdə tutur və belə bir qanuna əsaslanır: ali məktəbdə təlim 
prosesi nə qədər məqsədyönlü şəkildə peşəyə istiqamətlən-
dirilirsə, peşəyönümü ideyası bütün iş formalarına, tədris olu-
nan fənlərə nə qədər çox nüfuz edirsə, gənclərin bir mütəxəssis 
kimi hazırlıq səviyyəsi də bir o qədər yüksək olur. 
Bu prinsip, ilk növbədə, tələbələrdə gələcək peşəyə müs-
bət münasibət, maraq və məhəbbət formalaşdırmaqda ifadə 
olunur. Seçilən peşənin ictimai əhəmiyyəti, cəmiyyətdəki rolu, 
tanınmış peşə adamlarının həyatı və fəaliyyəti ilə tanışlıq peşə-
yönümü işində güclü stimul ola bilər. 
Təlimin peşəyönümlüyü gələcək mütəxəssislərə əsaslı nə-
zəri və əməli hazırlıq verilməsi ilə bağlıdır. Bu prosesdə nəzə-
riyyə ilə təcrübənin vəhdətini təmin etmək vacib şərtdir: nəzəri 
biliklər real peşə fəaliyyəti ilə sıx bağlanmalı, praktik problem-
lərin həlli ilə əlaqələndirilməlidir. Tələbə təhsil illərində pe-
şənin tələb etdiyi nəzəri biliklərə, bacarıq və vərdişlərə yi-
yələnməlidir. Bu məqsədlə təlimin bütün imkanlarından sə-


93 
mərəli istifadə edilməlidir (təlimin məzmunu, nəzəri və praktik 
məşğələlərin nisbəti, tələbələrin müstəqil və yaradıcı fəaliy-
yətinin xüsusi istiqamətləndirilməsi və s.).
Bu prinsip müəyyən didaktik qaydalarla həyata keçirilir: 
- ayrı-ayrı fənlərin məzmunu və imkanları çərçivəsində 
müxtəlif vasitə və metodlardan istifadə etməklə peşəyönümü 
işini həyata keçirmək; 
- fənndaxili və fənlərarası əlaqələrdən peşəyönümü işində 
istifadə etmək; 
- ali məktəbdə, fakültədə peşəyönümü mühiti yaratmaq; 
- fakültədə fəaliyyət göstərən kafedralar arasında peşəyö-
nümü işini əlaqələndirmək.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin