M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə66/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Müsahibə metodu sual-cavab deməkdir. Ondan bütün 
fənlərdə, təlimin bütün pillələrində geniş istifadə olunur. Müsa-
hibə, əsasən, iki növdə olur: evristik və təkrarlama müsahibəsi. 
Evristik müsahibə (“evrika” yunanca “tapdım” deməkdir) 
yeni qaydanı, qanunauyğunluğu sualların köməyi ilə tələbələrə 
tapdırmaq metodudur. Vaxtilə bu metoddan qədim yunan 
filosofu Sokrat geniş istifadə etdiyi üçün ona Sokrat metodu da 
deyilir. Evristik metodda sualların köməyi ilə müvafiq faktlar 
təhlil olunur və nəticələr çıxarılır. Belə müsahibə fənnə maraq 
oyatmağa, tələbələri fəallaşdırmağa, mövzunu şüurlu və əsaslı 


110 
öyrənməyə kömək edir. 
Təkrarlama müsahibəsi keçilən bilikləri təkrar yolu ilə 
möhkəmlətməyi nəzərdə tutur.
Müsahibə zamanı sualların düzgün qoyulması mühüm 
şərtdir. Sualın qoyuluşu müəyyən tələblərə cavab verməlidir: a) 
sual konkret və aydın olmalıdır; ümumi xarakterli sual aydın 
olmur (məsələn, “S.Vurğun haqqında nə deyə bilərsən?”); b) 
sual düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən 
sual (məsələn, “Metallar istidən genişlənirmi?”) tələbələri dü-
şündürmür; c) sual yığcam olmalıdır; iki və çoxmərtəbəli sual 
(məsələn, “İsim nədir, o, hala və şəxsə görə necə dəyişir?”) 
vermək düzgün deyildir: belə sual yaxşı yadda qalmır və ca-
vaba mənfi təsir göstərir; d) yanlış və çaşdırıcı suallar vermək 
olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə dəfə böyük-
dür?”) tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəl-
limin biliyi haqda onlarda şübhə yarada bilər. 
Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözlə-
mək lazımdır: sual tək-tək tələbəyə yox, qrupa verilir və istə-
nilən tələbədən soruşulur. Cavab səhv və ya qeyri-dəqiq olarsa, 
səhv cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə 
düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah 
edir. 
Müsahibənin bir forması da diskussiyadır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin