12
4. Ali məktəb pedaqogikasının tədqiqat metodları
Bütün elmlər, o cümlədən pedaqogika, elmi tədqiqatların
köməyi ilə inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pe-
daqoji tədqiqatlar təlim-tərbiyə
prosesini təkmilləşdirmək, bu
prosesə xas olan qanunauyğunluqları aşkara çıxarmaq məqsədi
ilə planlı şəkildə aparılan axtarışlardır. Bu axtarışlar tədqiqat
metodlarının köməyi ilə aparılır.
Tədqiqat metodları dedikdə,
nəzəri və ya eksperimental tədqiqatların təşkili yolları başa
düşülür.
Pedaqoji tədqiqatlarda müxtəlif metodlardan istifadə
olunur. Həll edilən problemin xarakteri və miqyasından asılı
olaraq ən ümumi, ümumelmi və xüsusi metodlar fərqləndirilir.
Ən ümumi metod kimi dialektik metoddan istifadə olunur.
İdrakın ən ümumi, universal metodu
olmaqla dialektik metod
varlığın və idrakın ümumi və mühüm xüsusiyyətlərini, əlaqə və
münasibətlərini əks etdirir, tədqiqatçını öyrənilən problemə
elmi yanaşma strategiyası ilə silahlandırır, tədqiqatın
və onun
nəticələrinin obyektiv və əsaslı olmasına imkan verir.
Pedaqoji tədqiqatlarda istifadə olunan
ümumelmi metod-
lara: empirik idrak metodları, nəzəri idrak metodları, idrakın
ümumi məntiqi metod və priyomları (A.F.Həziyev) daxildir.
Ümumelmi metodlar müxtəlif elmlərin tədqiqat obyektlərinə və
tədqiqatın xarakterinə uyğun şəkildə dəyişikliyə uğrayaraq
konkret elmi metodlar formasında tətbiq olunur.
Pedaqoji tədqiqatda istifadə olunan
konkret elmi metodları
4 qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b)
nəzəri
tədqiqat metodları; c) empirik-nəzəri tədqiqat metodları; ç) pe-
daqoji tədqiqatda riyazi – statistik, sosioloji metodlar.
Empirik tədqiqat metodları müəyyən faktlar toplamağa
xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, peda-
qoji müsahibə, anket sorğusu, pedaqoji konsilium, pedaqoji sə-
nədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Pedaqoji müşahidə – pedaqoji prosesi müəyyən məqsədlə
və planlı şəkildə izləməkdir. Tədqiqatçı müşahidə zamanı nəyi,
13
nə məqsədlə izləyəcəyini əvvəlcədən müəyyən edir,
müvafiq
faktlar toplayır, onları qruplaşdırır və ilkin nəticə çıxarır.
Pedaqoji müsahibə – müəyyən pedaqoji hadisənin mahiy-
yətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi
ilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı
onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri
və ya tələbələrlə), hansı suallar əsasında aparılacağı müəyyən-
ləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd edil-
məli (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır.
Anket sorğusu – bu və ya digər pedaqoji məsələ (prob-
lem) barədə müəllim, tələbə və ya valideynlərin mövqeyini,
rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəy-
yən etmək məqsədi ilə aparılan yazılı sorğudur.
Anket sorğu-
sunda sualların düzgün seçilməsi və ifadə olunması mühüm
şərtdir.
“
Pedaqoji konsilium” metodu –
bu və ya digər pedaqoji
fakt, hadisə və ya konkret tələbə ilə bağlı pedaqoji işçilərin
(müəllimlərin) kollektiv müzakirəsi,
fakt və ya hadisənin qiy-
mətləndirilməsi, çətinliklərin araşdırılması və optimal tədbir-
lərin müəyyən edilməsi metodudur.
Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənil-
məsi – tədqiqatda bəzi zəruri faktları
toplamağa xidmət edən
metodlardır. Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları,
şəxsi işlər və s.), habelə tələbənin fəaliyyət məhsulları (yazı,
rəsm, əmək işləri, yaradıcılıq məhsulları və s.) təlim-tərbiyə iş-
lərinin vəziyyəti, təlim müvəffəqiyyəti haqda müəyyən mə-
lumat əldə etməyə imkan verir.
Dostları ilə paylaş: