Beçəxorun etiologiyasında qidalanma faktorunun da mühüm rolu vardır. Filippində aparılan tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, beçəxora qeyri-qənaətbəxş maddi-məişət şəraitində yaşayan yalnız düyü və balıqla qidalanan qadınlarda daha tez-tez rast gəlinir. Ən çox Cənubi-Şərqi Asiya və Latın Amerikası ölkələrində təsadüf olunur. İndoneziyada hər 77 hamilə qadının birində beçəxor müşahidə olunur. Trofoblastik xəstəliyin inkişafında bir neçə nəzəriyyə mövcuddur. Nəzəriyyənin birinə görə xəstəlik döl yumurtasının xorial epitelinin patologiyası ilə əlaqədardır.