Monqolların Azərbaycan yürüşləri. Hülakülər dövləti


Monqolların ikinci yürüsü və Azərbaycanın işğalı



Yüklə 18,49 Kb.
səhifə2/3
tarix27.10.2022
ölçüsü18,49 Kb.
#66591
1   2   3
Hülakülər

Monqolların ikinci yürüsü və Azərbaycanın işğalı. 1231-ci ildə monqol qoşunlan Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa şəhəri ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın paytaxtı Qaraqoruma aparıldı. 1235-ci ildə monqollar Gəncədə ciddi müqavimətlə qarşılaşdılar. Monqolların Gəncə yürüşünü gözləri ilə görmüş tarixçi Gəncəli Kirakos yazırdı ki, monqollar şəhəri almaq üçün qalaları daş atıb dağıdan qurğulardan istifadə edirdilər. Nəticədə bütün şəhər divarları uçuruldu. Buna baxmayaraq düşmən bir həftə şəhərə girməyə cəsarət etmədi. Əhalinin bir hissəsi şəhərin düşmənin əlinə keçdiyini gördükdə, qapılarını bağlayıb arvadı və uşaqları ilə birlikdə evlərini yandırdılar ki, onlar düşmənin əlinə keçməsin. Əhalidən bir kimsə canım qurtara bilmədi. Düşmən qılıncını işə salıb şəhərdə böyük bir qətliam törətdi. Monqol döyüşçüləri uzun müddət yanıb -dağılmış evlərin külündə eşələnərək, qızıl-gümüş axtardılar. Sonra cəhənnəm olub getdilər. Gəncə şəhəri dörd il adamsız və dağılmış vəziyyətdə qaldı. Yalnız 1239-cu ildə şəhərin yenidən qurulması haqqında fərman verildi. Gəncədən sonra Şəmkir, Tovuz, Bakı uğrunda qanlı döyüşlər getdi. Ancaq bu şəhərlər də düşmənin əlinə keçdi. 1239-cu ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdı.
1239-cu ildən 1256-cı ilə qədər Azərbaycan Ali Monqol xaqanının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. Monqollar tutduqları ərazilərdə yerli dövlətçilik sistemlərini məhv etmişdilər. Monqol basqınlarından ağır zərbələr alan Şirvanşahlar isə öz varlıqlarını çətinliklə qoruyub saxlamağa çalışırdılar. Maraqlıdır ki, 1225-ci ildə Şirvanşah III Foribürzün adından kəsilən pulların üzərində onun öz adı və ləqəbi “əl-Malik”, 1226-1242-ci illərdə kəsilən pulların üzərində isə onun adı və ləqəbi ilə yanaşı, Bağdad Xəlifəsinin adı da göstərilmişdir. Fəribürzün oğlu, 1244-cü ildə taxta çıxan II Axsitanın hakimiyyətinin ilk illəri ilə bağlı Zəkəriyyə Qəzvini yazırdı: “Şirvan müstəqil vilayətdir. Sahibi isə Axsitandır”.

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin