Bank akseptlərinin uçotu. Bank aksepti müddətli tratta olub, ixtisara və yaxud mal alan tərəfindən banka təqdim olunan və xarici ticarət sövdələşməsinin müəyyənləşdirilməsində istifadə edilən sənəddir.
Bank tərəfindən akseptləşdirilmiş tratta etibarlı maliyyə alətidir. Onun müddəti 30 gündən 180 günə qədər olub ikili təminata malikdir:
- Müddət başa çatdıqdan sonra trattanı ödəməli olan malalan;
- Ödənişə təminat verən bank.
FES akseptlər bazarına nəzarət edərək federal ehtiyat banklarında bunlar üçün məqbul standartlar müəyyənləşdirir.
Məqbul akseptlər o akseptlər hesab edilir ki, ölkə daxilində idxal-ixrac əməliyyatları və əmtəə sövdələşmələri üzrə bunların müddəti 60 aya qədərdir.
Dostları ilə paylaş: |