M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti
Distant təhsilin xarakteristik xüsusiyyəıtləri: Kursun struktur quruluşunun özəllikləri: Distant təhsil zamanı öyrənənin mühazirə mətnlərini və digər elektron tədris materiallarını yazmasına ehtiyac qalmır. O, təklif olunan bütün materialları istifadə etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi vaxt, istədiyi yerdə və şəraitdə həmin materialı monitora çıxararaq oxuyub öyrənmək imkanı əldə edir. Burada kursun materiallarını hazırlayanların işindən çox şeylər aslıdır. Bu məqsədlə, xüsusi dizayn və prezentasiya proqramlarının imkanlarından istifadə etmək məsləhət görülür. Kursun mümkün qədər sadə və anlaşıqlı formada hazırlanması vacib şərtlərdən hesab olunur.
Kommunikasiya imkanları və vasitələri: Distant təhsil texnologiyasının tətbiqi informasiyanı, məlumatları və digər tədris yönümlü materialları istifadəçilərə çatdırmaq və həmin növ materialları onlardan qəbul etmək üçün xüsusi aparat və proqram vasitələri ilə təminatı tələb edir. Bu vasitələrə kompüter dəsti, printer, skaner, proyektor, modem, telefon, televizor, faks və digər şəbəkə qurğuları və bu qurğuların normal iş rejimini və internetin didaktik imkanlarından yararlanmanı təmin edə biləcək proqram vasitələri aid edilə bilər. Bundan əlavə rabitə mühitinin imkanları da təhsil mühitinin imkanlarına mütləq cavab verməlidir.
Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri: Bu metodların əsas məqsədi və qarşıya qoyduqları vəzifələrdən ən başlıcası (demək olar ki, həm də ortada olan ən böyük problem) öyrənənlərin biri-biri ilə və öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı əlaqələrinin sıx təşkilinə yönəlmişdir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə və vasitələrin işlənməsinə baxmayaraq (çat, elektron, audio və video konferensiya və digər) hələ də müəyyən işlərin görülməsinə ehtiyac vardır (məsələn, öyrənənin psixoloji durumuna əsaslanma və s).
Distant təhsilin əsas atributlarına aşağıdakıları aid etmək olar:
Öyrənənin fəaliyyətinin detallar üzrə dəqiq müəyyənləşdirilməsi (məsələlərin qoyuluşu, məqsəd və vəzifələrin izah olunması, tədris vasitələrinin istismara hazırlanması və s.)
Öyrənən və öyrədən, öyrənən və tədris vəsaiti və tədris qrupları arasında interaktivliyin təmin olunması (məsafədən qarşılıqlı əlaqənin yaradılması)
Müstəqil düşüncə tərzinin dəstəklənməsi və tədris yönümlü proqramlarda bu amilin yüksək səviyyədə təmin olunması (öyrədən öyrənəni başa düşür, amma maşın yox). Proqramların materialın öyrədilməsində ardıcıllığa istinad etməsi və bu ardıcıllığın pozulmamasına nəzarət edə bilməsi imkanları ilə təchizatı.