Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə18/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   14   15   16   17   18   19   20   21   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

İnformasiyanın xassələri
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə informasiya da onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Bu xassələr aşağıdakılardır:

  1. Obyektivlik (doğruluq) - İnformasiya o vaxt obyektiv hesab edilir ki, heç kəsin fikir və mühakiməsindən asılı deyil. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır.

  2. Tamlıq (dolğunluq). İnformasiyanın tamlığı dedikdə bizə lazım olan verilənləri özündə cəmləşdirməsi qərarın qəbul edilməsi üçün kifayət qədər olması başa düşülür. Bu informaiyanın keyfiyyətini xarakterizə edir, tədqiq edilən obyekt və ya proses haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən edilir.

  3. Dəqiqlik (etibarlılıqq). Lazımi siqnalın vaxtlı-vaxtında daha dəqiq qeyd olunmasıdır. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır, bizə düzgün qərar qəbul etməyə kömək edir. Etibarlı olmayan informasiya bu hallarda ola bilər:

  • Qəsdən (gözlənilməz) təhrif halında;

  • Səs-küyün təsiri nəticısində (məsələn, “xarab olmuş telefon”)

  1. Adekvatlıq (fayalılıq) İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir.

  2. Aktuallıq. İnformasiya cari zaman anına uyğun və əhəmiyyətli olmalıdır.

  3. Aydınlıq (anlaşıqlıq). İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir.

  4. Qiymətlilik – alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində lazım olması deməkdir. İnformasiya ona görə qiymətli olur ki, o qarşıya qoyulmuş məqsədlərə çatmağa kömək edir.

İnformasiyanın növləri
Kompüter vasitəsilə qəbul edilən informasiyaların mətn, rəqəm, səs, qrafik, multimediya kimi tipləri vardır.
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin