Ümumi təyinatlı TPP –informasiyanın emalı prosesi zamanı istifadə edilən proqramlardır.
Mətn redaktorları – mətnin daxil edilməsi və redaktəsi əməliyyatlarını icra edir.Misal olaraq:NotePad , Write, Multiedit, Lexicon, Chiwriter, AmiPro
Mətn prosessorları – əlavə olaraq formatlaşdırmanı da həyata keçirməyə imkan verir.Misal olaraq: Microsoft Word, WordPad, WordStar, WordPerfect
Elektron cədvəllər –cədvəllərin emalı üçün təyin olunmuş tətbiqi proqram paketləridir. Misal olaraq: SuperCalc, Lotus 1-2-3, Quattro-Pro, Microsoft Excel və s.
Qrafiki redaktorlar – müxtəlif ölçülü qrafik təsvirlər yaratmaq, qrafik sənədlərin, yəni diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçündür. Ən çox istifadə olunan qrafiki redaktorlara Paint, Coreldraw, Adobe Photoshop, Adobe Illustrator və s. Qrafik redaktorların növləri: Rastr, vektor, 3D, Fraktal qrafika.
Lüğət və tərcümə proqramları – daha çox xarici dili öyrənmək istəyənlərin və ya digər məqsədlərlə tərcüməyə ehtiyac duyan insanlar üçün nəzərdə tutulmuşdur. Lüğət proqramlarınaOxford, Cambridge, Style, ABBYYLingvo, Polyglot və s., tərcümə proqramlarına isə Dilmanc, Promt, Socrat,Babylon, Intelsoft, Translatevə s. kimi proqramları misal göstərmək olar.
Üsulyönlü TPP –əsasən riyazi-iqtisadi məsələlərin reallaşdırılmasına imkan verir.Misal olaraq: MathCad, MatLab, Mathematica. Problemyönlü tətbiqi proqramlar – əsasən sənaye və qeyri-sənaye sahələri üçün nəzərdə tutulmuşdur. Bu proqramlar istehsalın planlaşdırılması, nəzarət, maliyyə və əmək ehtiyatlarının idarə olunması, hüquq sistemində böyük həcmli qanunlarla işləmə, firmanın bütün işinin elektron ofis şəklində təşkilinə imkan verir.