Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri


Yük gərginliyinin və daşıma məsafəsinin maya



Yüklə 83,04 Kb.
səhifə3/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   2   3   4   5   6   7   8   9   ...   12
Nəq.iq. Mühazirə 3

Yük gərginliyinin və daşıma məsafəsinin maya

dəyə­ri­nə təsiri.

Cədvəl 2.2.2.


Giriş dəmiryolunun illik yük gərginliyi

(mln tkm/km)



Bir ton yükün gətirilib aparıl­masının maya dəyəri (0,050=100)

Daşıma məsafəsi, km

2

5

0,050

100,0

100,0

0,20

30,0

35,1

1,15

7,1

10,1

Dəmiryolunun işinin maya dəyərinə təsir edən amillərdən biri də daşımaların istiqamətidir ki, bu da onun texniki-iqtisadi xüsusiyyətini xarakterizə edən amillərdən biridir. Yüklü isti­qa­mətdə daşımalarla əlaqədar olan xərclər yüksüz istiqamətə nis­bətən çox olur.

Dəmiryolu sənaye komplekslərinə və şəhərlərinə xidmət edən əsas nəqliyyat növüdür. Elə sənaye kompleksləri vardır ki, orada maşınqayırma, tikinti, eləcə də digər sənaye sahələri inkişaf etmişdir və onların digər müəssisələrlə iqtisadi əla­qə­ləri ancaq dəmiryolu vasitəsilə mümkündür. Çünki belə müəs­sisələr kütləvi yüklər istehsal etdikləri kimi aldıqları xammal-materiallar da kütləvi xarakter daşıyır. Belə yüklərin daşınma­sında digər nəqliyyat növlərilə müqayisədə dəmiryolu texniki – iqtisadi üstünlüklərə malik olduğundan bu növ yollamalar dəmiryoluna həvalə olunur.

Dəmiryolunda əmək məhsuldarlığı, yəni bir işçiyə düşən gətirilmiş ton-kilometr, digər nəqliyyat növlərilə müqayisədə müxtəlifdir. Əmək məhsuldarlığı göstəricisi dəmiryolunda də­niz nəqliyyatındakına nisbətən aşağı, çay nəqliyyatı ilə müqa­yisədə bərabər, lakin avtomobil nəqliyyatı ilə tutuşdurulduqda dəfələrlə çox olduğunu görərik.

Dəmiryolunda əmək məhsuldarlığının avtomobil nəqliy­ya­tı ilə müqayisədə yüksək olmasına təsir edən amillərdən biri bi­rincidə işçilərin sayının ikincidəkinə nisbətən daha az olma­sı­dır.


Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin