Mövzu : Pərakəndə ticarət müəssisələri, onların təşkilati, iqti-sadi əsasları və funksiyaları Plan : Giriş



Yüklə 186.03 Kb.
tarix01.08.2017
ölçüsü186.03 Kb.
Mövzu : Pərakəndə ticarət müəssisələri , onların təşkilati , iqti-sadi əsasları və funksiyaları
Plan :
Giriş
1 . Pərakəndə ticarət müəssisələrinin təşkili və maddi - texniki bazası

2 . Pərakəndə ticarət müəssisələrinin iqtisadi əsası və funksiyaları

3 . Azərbaycanda pərakəındə ticarət meəssisələrinin təşkilati – iqtisadi əsası

4 . “ Euro stil ” mağazasının təşkilati – iqtisadi əsası

Nəticə
Ədəbiyyat siyahısı


GİRİŞ
Ölkəmiz müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunu seçib və yeni iqtisadi münasibətlər sisteminə qədəm qoyur. Bu dövrdə xalqın maddi ri-fah halının yaxşılaşdırılması sahəsində ticarətin mühüm rolu vardır. Bu isə öz əksini əsas növlərindən biri olan pərakəndə ticarət müəssisələrində tapır. Müəssisə - mülkiyyət formasından asılə olmayaraq ictimai təlabatın ödənilməsi və mənfəət əldəv edilməsi məqsədilə məhsul istehsal edən , satan , müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxslər olmaqla müstəqil ev təsərrüfat subyektidir . Müəssisə müstəqil olaraq öz fəaliyyətini həyata keçirir . Məhsul istehsal edir, vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra mənfəətin qalan hissəsini öz sərəncamında saxlayır.

Pərakəndə ticarət müəssisələri dedikdə, əmtəə və xidmətlərin bilavasitə son istehlakçılara qeyri – kommersiya məqsədlərinə istifadə üçün satışını həyata ke-çirən müəsisələr başa düşülür . Bu mövzuda pərakəndə ticarət müəssisələrinin mahiyyəti, funksiyaları və növləri , iqtisadi - təşkilati göstəriciləri şərh ediləcək. Həmçinin bu kurs işində ölkədaxili pərakəndə ticarət müəssisələrinin müasir və-ziyyəti, iqtisadi-təşkilati göstəriciləri üzrə əhatəli şəkildə təhlil aparılacaq.

Azərbaycanın daxili və xarici siyasəti sahəsindəki uğurları iqtisadiyyatın sabitləşdirilməsi istiqamətində atılan əməli addımlar ölkədə belə bir addım yaradır ki, pərakəndə ticarət müəssisələri daha da inkişaf edəcək və sərbəst bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olacaq.

1.Pərakəndə ticarət müəssələrinin təşkili və maddi-texniki bazası.

XX əsr bəşər tarixinə inqilablar, dünya müharibələri və sosial sıçrayışlar əsri kimi daxil olmuşdur.Bu dövrdə sovetler birliyi iflasa uğradıqdan sonra yaranmış,digər müstəqil ölkələr kimi Azərbaycan da demokratiya və bazar iqtisadıyyatı yolu seçdi.

Bazar münasibətləri şəraitində Azərbaycanda pərakəndə ticarət inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində ticarətin inkişaf təcrübəsinə istinad edir,belə ki, bu ölkələrdə böyük insan resursları cəmlənmiş,bu sahəyə geniş həcmdə maliyyə vəsaitləri cəlb olunur,elm və texnikanın son naliyyətləri geniş tətbiq olunur.

Bu ölkələrdə ticarətdə məşğul olanların xüsusi çəkisi ümumi işləyən əhalinin 20%-dən çoxunu təşkil edir.Qərb ölkələrində ticarət sahəsində işçi qüvvəsindən istifadənin miqyasları geniş olsa da,bu sahəyə işçi qüvvəsinin daim axını xarakterik hal daşıyır.Bu cür vəziyyət onunla izah olunur ki, ticarət sahəsinin daxilində əmtəə satışı prosesinin daha səmərəli olmasını təmin edən kommersiya fəaliyyətinin yeni növlərinə tələbat yaranmışdır.Xüsusi xidmət bölmələri yaradılır ki,bunlar da istehlakçı tələbinin öyrənilməsi və proqnozlaşdırılması, mağazaların fəaliyyətinə nəzarət, ticarətin bu və ya digər forma və metodlarının təhlili və səmərəliliyinin müəyyən edilməsi, ehtimal olunan tələbin proqnozları əsasında məmulatların yeni növlərinin işlənməsi və hazırlanması, standartların və markalanmanın tətbiqi, alıcıların yeni əmtəələrin istehlak keyfiyyətləri və xüsusiyyətləri barədə məmulatlandırılması, sərgilərin təşkili və s. bu kimi işlərlə məşğul olurlar.

Satışdan sonrakı xidmət genişlənir və təkmilləşir. Xidmətin bu növünün payına ticarət firmasının dövriyyəsinin 5%-ə qədəri düşür. Texniki cəhətdən mürəkkəb məhsullara satışdan sonra xidmət göstərilməsi üzrə ixtisaslaşmış firmaların yaradılması geniş vüsət almışdır.Bu ölkələrin ticarətində mağazaların iriləşdirilməsi prosesi nəzərə çarpır ki, bu da yeni yerlərdə yeni tikintilər hesabına, ya da xırda azsəmərəli köşklərin bağlanması hesabına həyata keçirilir.

Bazar münasibətlərinin bərqərar olması topdan müəssənin və digər kommersiya vasitəçilərindən daxil olmaların azalması hesabına əmtəələrin pərakəndə satış ticarət müəssisəsinə birbaşa istehsal müəssisəsindən daxilolmalar əhəmiyyətli dərəcədə artırılmışdır.Bu bir də onunla əlaqələndirilir ki, əmtəə istehsalçıları ilə birbaşa müqavilə əlaqələri yaradılmaqla pərakəndə satış ticarətin gəlirini daha da artırır,belə ki,bu halda vasitəçilərin az olması nəticəsində, çox kiçik satınalma qiyməti ilə əldə edir və ticarət güzəştləri hesabına azaldırlar. Pərakəndə satış ticarət və istehal müəssələri arasında sadə çeşidli malların təhcizi (çörək ,bulka məmulatları, pivə, un, yarma, meyvə, tərəvəz və s.)üzrə birbaşa müqavilə əlaqələrinin təşkili təsərrüfat əlaqələrinin daha rasional və iqtisadi cəhətdən məqsədəuyğun formasıdır.Belə əlaqələrin mürəkkəb çeşidli mallar üzrə (parçalar,tikili mallar,ayaqqabılar və s.) təşkili bir sıra təşkilati-iqtisadi, ticarət, nəqliyyat və digər faktorların nəticəsində çətinləşir.Buna görə də elə bazar iqtisadiyyatında pərakəndə satış ticarət müəssisələrinin mürəkkəb çeşidli mallarla təchizatında topdan müəssisələrin rolu çox böyükdür.

Biz qısaca olaraq pərakəndə satış ticarət müəssisələrinin təşkili haqqinda qeyd etdik. İndi də maddi-texniki baza anlamı haqqında, ticarət müəssisələrinin maddi texniki bazasini təhlil edək.

Ticarətin maddi-texniki bazası genişləndirilməli və onun daim yeni texnika ilə təchizi təmin edilməli,çox zəhmət tələb edən proseslər mexanikləşdirilməli və avtomatlaşdırılmalı,mal yeridilişinin texniki–texnoloji sistemi tək-milləşdirilməli, anbar və pərakəndə satış şəbəkəsi sahələrindən maksimum istifadə edilməlidir.

Ticarətin maddi-texniki bazasının böyük bir hissəsini əsas kapital təşkil edir. Ticarətin maddi-texniki bazasına nəinki əmək vasitələri, eyni zamanda əmək predmetləri, ticarət-texnoloji prosesləri, idarəolunmanın təşkil formaları, dövriyyə vəsaiti və s. aiddir. Beləliklə, ticarətin maddi-texniki bazası dedikdə, ticarət fəaliyyətində iştirak edən əsas kapital və predmetlərinin məcmuyu başa düşülür. Əsas kapital isə icarə olunmuş və digər təsərrufat səhələri tərəfindən ticarətdə pulsuz istifadəyə verilmiş binalar, maşınlar və s. daxil olmaqla, xüsusi əsas kapitalla birlikdə bütün əmək vasitələrinin məcmuyunu təşkil edir. Deməli, əsas kapital maddi-texniki bazanın yalnız tərkib hissəsi kimi təzahür edir.

Maddi - texniki baza və onun tərkib hissəsi olan əsas kapital haqqında düz-gün anlayış bütün sahələrin, o cümlədən ticarətin təkmilləşdirilməsinin, onun effektliyinin artırılmasının metodoloji əsasıdır . Bundan belə bir nəticəyə gəlinir ki , ticarətin maddi - texniki bazası onun daha da inkişaf etdirilməsi-nin və təkmilləşdirilməsinin başlıca şərtidir. O, özünün maddi-texniki məz-mununa və yerinə yetirdiyi funksiyalara görə digər sahələrin maddi-texniki bazasın-dan əsaslı surətdə fərqlənir.

Ticarətdə əmək vasitələri, malların realizə edilməsi və nisbətən az da olsa, onların istehsal prosesində iştirak edir. Ticarət müəssisələrinin miqdarı, anbarlarının sayı, sahəsi və tutumu, maşın və avadanlıqların sayı, onların gücü və s. əsas kapitalın göstəricilərindən biridir. Ticarət müəssisələrinin miqdarı artdıqca, onların müxtəlif üsullarla təsnifləşdirilməsi də artır. Pərakəndə satış ticarət müəssisələrinin tiplərini təsvir edərkən, biz onları biz onları bir neçə ilkin əlamətlər əsasında təsnifləşdirəcəyik :


  1. təklif olunan əmtəə çeşidi ;

  2. qiymətlərə nisbi diqqət ;

  3. ticarət xidmətinin xarakteri ;

  4. dükanın mənsubluğu ;

  5. dükanların təmərküləşməsinin müxtəlifliyi.

Pərakəndə satış ticarət müəssisələrinin təsnifləşdirilməsinin birinci əlaməti onların təklif etdikləri əmtəə çeşididir. Onların ən əsasları aşağıdakılardır :


- ixtisaslaşdırılmış dükanlar yüksək dərəcədə zənginliyi olan dar əmtəə çeşidi təklif edir. Bu müəssələrə paltar, idman malları, mebel, çiçək və kitab dükanlara nümunə ola bilər. Son zamanlar ixtisaslaşdırılmış dükanların yayılması adətən iki univermaqdan və çoxlu sayda ixtisaslaşdırılmış dükanlardan ibarət olan ticarət mərkəzlərinin surətli inkişafı ilə əlaqədardır. Ticarət mərkəzinin ümumi sahəsinin

60-70%-i çox vaxt bu dükanların payına düşür ;

- univermaqlar bir neçə qrup əmtəə çeşidi-adətən paltar, ev əşyaları, təsərrefat malları təklif edir.Hər bir çeşid qrupu ilə univermağın öz tədarükçüsü və ya rəhbərliyi altında olan xüsusi şöbəsi məşğul olur ;

- universamlar istehlakçının ərzaq məhsullarına, yuyucu-təmizləyici vasitələrə evə qulluq üçün mallara olan ehtiyaclarının tamamilə ödənilməsi üçün nəzərdə tutulan az xərc tələb edən, gəlirliyinin xüsusi çəkisi aşağı və satışı böyük həcmdə olan nisbətən iri özünəxirmət müəssisəsidir. Universam xüsusi mülkiyyətdə də ola bilər, hərçənd onların əksəriyyəti şəbəkələrin tərkibinə daxildir ;

- gündəlik təlabat malları dükanları ölçülərinə görə nisbətən kiçikdir, yaşayış rayonlarının yaxınlığında yerləşmişdir. Həftənin bütün yeddi günü ərzində gecəyədək açıqdır və yüksək dövriyyəsi olan, çoxişlənən gündəlik təlabat mallarının məhdud çeşidini təklif edirlər ;

- kombinə edilmiş universam çeşidi sərbəst satılan dərmanlar və reseptlə buraxılan dərmanların daxil edilməsi hesabına genişləndirilmiş universam növüdür ;

- geniş təmayüllü universamlar çox vaxt paltar yuyulması, kimyəvi təmizləmə, ayaqqabı təmiri, çeklərin inkasso edilməsi, hesablama sənədlərinin ödənilməsi, ucuz bufet kimi xidmətlər təklif edirlər ;

- ticarət kompleksi özündə universam, ucuzlaşmış qiymətlər dükanı və pəra-kəndə satış - anbar dükanını birləşdirir. Onun çeşidi adətən alınan əmtəələr hü-dudundan kənara çıxır və özünə mebel, ağır və yüngül məmulatları daxil edir ;

- xidmətlər üzrə pərakəndə satış ticarət müəssisələrinə mehmanxanalar, motellər, banklar, aviaşirkətlər, kolleclər, xəstəxanalar, kinoteatrlar, klublar, restoranlar, təmirxidmətləri və bərbərxanalar, kosmetika salonları, kimyəvi təmizləmə və dəfn büroları kimi müxtəlif fərdi xidmətlər göstərən müəssisələr aiddir.

Pərakəndə satış ticarət müəssisələrinin təsnifləşdirilməsinin ikinci əlaməti qiymətlərə nisbi diqqətdir. Dükanların çoxu əmtəələri orta qiymətlərlə satır və

istehlakçılara sadə xidmətlər təklif edirlər. Belə müəssisələrə aşağıdakılar aiddir:

- ucuzlaşmış qiymətlər dükanları mənfəət normasınım aşağı salınması və satış həcminin artırılması hesabına standart malları nisbətən ucuz qiymətlərə satırlar ;

- anbar-dükanlar hər hansı bir bər-bəzəkdən məhrum olan məhdud həcmdə xidmətlər təklif edən ucuzlaşmış qiymətlər dükanıdır. Onun əsas məqsədi – aşağı qiymətlərlə mümkün qədər çox mal satmaqdır ;

- kataloqlar üzrə ticarət edən edən nümayiş zalı- dükanlar - kataloqlar üzrə ticarət prinsipləri, üstəgəl adətən yüksək qiymət əlavəsi ilə satılan markalı əmtəələrin geniş çeşidi ilə ticarət zamanı tətbiq ucuzlaşmış qiymət prinsiplərindən ibarətdir. Onların arasında zərgərlik məmulatları, mexaniki ,alət-lər , çamadanlar, kameralar və foto avadanlığı aiddir.

Pərakəndə satış ticarət müəssisələrinin təsnifləşdirilməsinin üçüncü əlaməti ticarət yerinin xarakteridir.Bura aşağıdakılar aiddir:

- malların poçt və ya telefonla sifariş verilməsi ilə pərakəndə satış dedikdə, sifarişlərin toplanılması və ya alınmış əmtəələrin çatdırılması üçün poçt kanallarından və ya telefon xəttlərindən istifadə olunması ilə əlaqədar fəaliyyət başa düşülür ;

- ticarət avtomatları vasitəsilə çoxlu sayda müxtəlif mallar və başqa məmulatlar, o cümlədən qəflətən alınan gündəlik təlabat malları və başqa məmulatlar satılır. Onlar zavodlarda, idarələrdə, iri dükanlarda, benzin doldurma məntəqələrində və hətta dəmiryolunun vaqon-restoranlarında yerləşdirilir ;

- güzəştli qiymətlərlə sifarişlər xidməti xüsusi müştəri qruplarına, adətən məktəblər, xəstəxanalar, ittifaqlar və dövlət idarələri kimi iri təşkilatların fəhlə və qulluqçularına əvvəlcədən seçilmiş pərakəndə satıcılardan güzəştli qiymətlərlə mal almaqda yardım göstərir.

Pərakəndə satış ticarət müəssisələrini mənsubiyyət əlamətləri üzrə də təs-nifləşdirilmək olar. Dükanların 80%-ə qədəri müstəqildir və pərakəndə əmtəə

dövriyyəsinin 2/3 hissəsi onların payına düşür. Bunlara aşağıdakılar aiddir:

- kooperativ şəbəkənin əsas fərqləndirici əlaməti mülkiyyətin və nəzarətin

ümumilliyidir . Onun müvəffəqiyyəti satış həcmini artırmaq və qiymət üstünlü -

yünün əldə olunmasina əsaslanır ;

- istehlak kooperativləri bu və ya icmada yaşayanlara yerli pərakəndə satıcıların göstərdikləri xidmətlər kifayət etmədikdə yaxud tacirlər yüksək qiymət tələb etdikdə və ya malların keyfiyyəti aşağı olduqda meydana çıxırlar.

Pərakəndə satış ticarət müəssisələrinin təsnifləşdirilməsinin sonunncu prinsipi isteklakçının qarşılaşdığı dükanların sayı bir və bir neçə dükandan ibarət qrupudur. Bura mərkəzi işgüzar rayon, regional ticarət mərkəzi, rayon ticarət mərkəzi, və mikrorayon ticarət mərkəzi aiddir.

Ticarətin maddi-texniki bazasını təşkil edən məsələlərdən biri də artan mal kütləsini əhaliyə çatdırmaqla xidmət edən pərakəndə satış ticarət müəssisələri tiplərinin inkişafı və təkmilləşdirilməsidir.

Mağazalar müxtəlif əlamətlər üzrə tipləşdirilir:


  • ticarət müəssisəsinin mal çeşidi profili;

  • müəssisələrin ticarət sahəsi göstəricisi;

  • mağazanın mal satışı formaları;

  • müəssisələrin yerləşdirilməsi;

  • mağaza binalarının növü.

Ticarət müəssisəsinin mal çeşidi profili barədə geniş şəkildə izahını vermişik. Qeyd edək ki, bura ixtisaslaşdırılmış dükan, univermaq, universam, kombinələşdirilmiş mağazalar və s. daxildir.

Mal satışı formalarına görə aşağıdakı mağaza tipləri mövcuddur :

- ənənəvi metodla mal satan mağazalar-qənnadı malları, şərab-araq mağazaları və s.

- mütərəqqi metodlarla mal satan mağazalar :

1.özünəxidmət mağazaları ;

2.sifarişlə mal satan mağazalar.

Universamlar , meyvə - tərəvəz , ərzaq malları mağaza tiplərini buna misal

göstərmək olar.

- xüsusi formada mal satan mağazalar.

Ticarət müəssisələrinin yerləşdirilməsi əlamətinə görə mağazalar aşağıdakı tiplərə bölünür :

1.ümumşəhər əhəmiyyətli mağazalar.

2.yaşayış zonalarında olan mağazalar.

Mağaza binalarının növünə görə müstəqil binada yerləşən və yaşayış binalarının birinci və ikinci mərtəbəsində yerləşən mağazalara ayrılır.

Mağazaların tipləşdirilməsi onların iqtisadi cəhətdən ən əlverişli və səmərəli növlərinin seçilməsi deməkdir.Mağazaların tipləşdirilməsinin düzgün aparılması ticarət şəbəkəsinin elmi əsaslarla planlaşdırılmasına.şəhər və rayonda mağazalarin optimal yerləşdirilməsinə, texnoloji proseslərin və ticarət operativ işslərin yaxşılaşdırılmasına şərait yaradır.

Biz birinci sualda pərakəndə ticarət müəssisələrinin təşkili, onların müxtəlif üsullarla təsnifləşdirilməsi, maddi texniki bazası, mağaza tiplərinin inkişafı və təkmilləşməsini aydınlaşdırdıq. Belə bir qənaəte gəldik ki, zaman keçdikcə müəssisələrin sayı artır və onların təsnifləşdirmək vətipləşdirmək getdikcə çətinləşir. Bizim məqsədimiz müxtəlif üsullardan itifadə etməklə onların təşkilini asanlaşdırmaqdır. Müasir pərakəndə satıcı dəyişiklikləri diqqətlə izləməli və öz strategiyasını mümkün qədər tez bir zamanda başqa istiqamətə yönəltməyə hazır olmalıdır. Amma strategiyanın dəyişdirilməsi haqqında qəbul olunmuş qərarı yerinə yetirmək o qədər də asan deyil.İri pərakəndə satıcı çox vaxt rəhbərliyin sadə sağlam düşüncə saydığı siyasi qərarla bağlıdır.Bundan başqa o mağaza özü dəyişdikdən sonra hələ uzun müddət istehlakçının yaddaşında yalan fərdi ictimai sürətinə də bağlıdır.

Hazırda dünya miqyasında ölkələrarası iri pərakəndə satıcıların sayı artmaqdadır.


2 . Pərakəndə ticarət müəssisələrinin iqtisadi əsasları və

funksiyaları

İqtisadiyyatın bazar prinsipləri əsasında qurulması, təsərrufat fəaliyyətinin sərbəstləşməsi, xarici iqtisadi əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq respublikamızın əmtəə bazarında mal təklifinin artması və çeşidinin dolğunlaşması pərakəndə ticarət müəssisələrinin də yeni əsaslarla qurulmasına və inkişafına da zəmin yaratmışdır. Bu zaman həm də dünya təcrübəsində təsdiq olunmuş bir qanunauyğunluğu nəzərə almaq lazımdir ki, bazar iqtisadiyyatına keçid prosesində pərakəndə ticarətin inkişaf surəti iqtisadiyyatın ümumi inkişaf surətindən xeyli yüksək olur.

Ticarətin həyata keçirdiyi pərakəndə mal dövriyyəsi milli gəlirin yığım və istehlak fonduna bölünməsi, əhalinin pul gəliri, xalq istehlakı malları istehsalı, habelə digər mühüm göstəricilər ilə bilavasitə əlaqədardır. Pərakəndə ticarət müəssisələrinin əsas iqtisadi göstəricisi pərakəndə satış mal dövriyyəsidir. Satış kanallarının xarakterindən asılı olmayaraq istehlak və istehsal vasitələri mallarının əhaliyə nəğd pula və nisyə satılmasına pərakəndə satış mal dövriyyəsi deyilir. Bu dövriyyə nəticəsində mallar tədavül sferasından çıxır , alqı-satqı vasitəsilə onların dəyər forması dəyişilir və bir tərəfdən istehsal sahələrində yaranan məhsulların dəyəri ödənilir, digər tərəfdən isə ticarət müəssisələrinin ümumi gəliri artır. Pərakəndə satış mal dövriyyəsinə nəğd hesablaşmalar vasitəsilə kredit kartları və bankların hesab çekləri üzrə, əmanətçilərin hesablarindan köçürmələr hesabına, nisyə satılan uzunmüddətli malların nümunələr üzrə və s. formalarda əhaliyə satılan istehlakmallarının məcmu dəyəri daxildir.

Müasir şəraitdə pərakəndə satış mal dövriyyəsi mülkiyyətçilik mənsubiyyətinə görə geniş formada fərqləndirilir. Bunu aşağıda verilən cədvəldən daha aydın görmək olar.



Сədvəl 1 . Azərbaycanda 1990 – 2000 – ci illərdə pərakəndə satış mal dövriy-

yəsinin mülkiyyət formaları üzrə bölüşdürülməsi


Pərakəndə satış mal dövriyyəsi cəmi

O cümlədən mülkiyyət formaları üzrə :

a ) dövlət ;

b ) qeyri – dövət (özəl ) ;

c ) istehlak kooperasiyası .

1,2
0,4
0,8
0,2

100
33,4
66,6
0,25

5293
930,2
4363,2
108,4

100
17,6
82,4
2,5

1059,94

182,3
10417,8


100
1,7
98,3


11877,4

182,2
11690,2


100
1,6
98,4


13492,8

197
13245,3


100

1,5
98,5


Cədvəldən göründüyü kimi ümumi pərakəndə satış mal dövriyyəsi 1990-2002-ci illər ərzində xeyli artmışdır. Lakin dövlət pərakəndə satış mal dövriyyəsinin xüsusi çəkisi xeyli azalmışdır. Qeyri-dövlət ( özəl ) pərakəndə satış mal dövriyyəsinin xüsusi çəkisi isə müvafiq illərdə artmaqdadır. Respublikada qeyri-dövlət ( özəl ) pərakəndə satış mal dövriyyəsinin inkişafı ölkədə iqtisadi islahatların aparılması və ticarətin özəlləşmə prosesinin daha surətlə həyata keçirilməsi ilə əlaqədardır.

Pərakəndə ticarət müəssisələri bir çox funksiyaları həyata keçirirlər. Bu funksiyalar özləri üç qrupda birləşmişlər:


  • operativ-ticarət funksiyası ;

  • təsərrüfat xidməti funksiyası ;

  • idarəetmə planlaşdırma funksiyası .

Birinci funksiyaya, yəni operativ-ticarət funksiyasına aşağıdakılar daxildir:

- əhalinin tələbinin öyrənilməsi- bu zaman bazar seqmentləşdirilir, yəni alıcı qruplarına ayrılır. Hər alıcı qrupuna müvafiq olaraq, onların tələbinə uyğun mal bazara çıxarılır ;

- mal verənlərdən malların alınması- pərakəndə ticarət müəssisələrinin mal verənləri topdan ticarət müəssisələridir. Onlar mal verənlərdən malların alışını müxtəlif formada həyata keçirirlər.Onların ən sadəsi malların topdan alışıdır. Bu, bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, malların istehsaldan heç bir topdan ticarət vəsiləsi olmadan pərakəndə ticarət müəssisələrinə çatdırılması deməkdir. Əgər malların istehsaldan pərakəndə ticarətə hərəkəti zamanı bir topdan satış bazası vasitəçilik edərsə, bu topdan mal alışının bir vəsiləli forması, iki, üç, dörd topdan mal satışı bazası iştirak edərsə, müvafiq olaraq iki, üç, dörd vəsiləli mal satışı forması adlanır ;

- malların qəbulu, saxlanması və ticarət şəbəkəsinin təchiz edilməsi- malların qəbulu və saxlanılması prosesi pərakəndə ticarət müəssisələrinin anbarlarında həyata keçirilir. Lakin onlara anbarlara göndərmədən birbaşa ticarət şəbəkəsi ilə təchiz edildiyi hallar da müşahidə olunur ;

- hesablama-maliyyə əməliyyatları- büro müəssisələrinin tədavül xərcləti daxildir.

İkinci funksiyaya, yəni təsərrüfat xidməti funksiyasına aşağıdakılar daxildir:

- mağaza və anbarların tikilməsi və təmiri- mağazalar tikilərkən onların daxili quruluşu və ölçüləri alıcı axının fasiləsiz hərəkətini və onlara əlavə xidmət göstərilməsini təmin etməlidir. Mağaza binaları malları qəbul etmək, onları satışa hazırlamaq, saxlamaq və s. üçün kifayət qədər sahəyə malik olmalıdır. Qeyd edək ki, şəhərdə olan mağazaların əksəriyyəti binaların birinci mərtəbəsində yerləşir. Bunlar iki tipdə olur:

1.yaşayış binalarının birinci mərtəbəsinin tam və ya bir hissəsini tutan mağazalar ;

2.yaşayış binalarında müstəqil tikilən mağazalar .

Pərakəndə ticarət müəssisələri fasiləsiz olaraq malla təchiz etmək üçün ticarət anbarları da xususi rol oynayır. Anbarların funksiyaları malları qəbul etmək, saxlamaq, sotlaşdirmaq, müxtəlif mal verənlərdən daxil olan malların keyfiyyətinə nəzarəti təşkil etməkdir :



  • mağaza və anbarların ticarət texnologiyası avadanlıqları, avtomatlaşdırma və mexanizmləşdirmə vasitələri və digər yardımçı materiallarla təchiz edilməsi. Bu zaman mağaza ticarət avadanlıqları ilə müxtəlif planlaşmaya uyğun quraşdırılır. Bunlar aşağıdakılardır :

  1. xətti planlaşma- Burada avadanlıqlar bir xətt boyunca, paralel xətt boyunca, bucaq formasında, divarlar boyunca quraşdırılır ;

  2. adavari planlaşmada avadanlıqlar ayrı-ayrı adacıqlar şəklində quraşdırılır ;

  3. sərbəst planlaşmada mağazada avadanlıqlar mağazanın ticarət zalına uyğun olaraq quraşdırılır.

- nəqliyyat xidmətinin təşkil olunması ( yüklərin daşınması ). Bu xidmətdən daha çox iri malların daşınmasında istifadə olunur. Bu zaman çəkilən xərci ticarət müəssisəsi də öhdəsinə götürə bilər, əks halda bu xərci mal alan ödəyir.

Üçüncü funksiyaya,yəni idarəetmə planlaşdırma funksiyasına aşağıdakılar:

- təssərüfat fəaliyətinin uçotu və ona nəzarət ticarət müəsisələrinin mal alışı prosesində uçot və nəzarət xüsusi kitablatda və şəxsi plan nəzarət kartoçkalarında aparılır. Bu zaman gündəlik nə qədər mal satılmasının və məbləğin həcminin uçotu aparılılır ;

- operativ rəhbərlik ;

- əməyin təşkili və s.

Göründüyü kimi pərakəndə ticarət müəsisələri təkcə idarə etmə funksiyasına deyil, operativ ticarət, kommersiya və təssərüfat funksiyalarını da yerinə yetirir.




3.Azərbaycanda pərakəndə ticarət müəssisələrinin təşkilati və iqtisadi göstəriciləri

Bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyanın ana xətti-ni təşkil edir və iqtisadi inkişaf da bu istiqamətdə formalaşır. Getdikcə ba-zar münasibətləri daha geniş xarakter alaraq bütünlükdə istehsal münasibətlərinin mahiyyətini dəyişir və ona yeni məzmun verir.Bu baxımdan bu gün surətlə genişlənən bazarlarda isteh-salçı firmalar , alıcılar yaxud da istehlakçılar arasında əlaqələr daha da genişlənir . Bu əlaqələin genişlənməsi isə pərakındə ticarət müəssisələrinin sayının artmasına səbəb olur.Bu artım digər müstəqil respublikalar kimi Azərbaycan bazarlarında da özünü göstərir və bunu aşağıdakı cədvəldə daha aydın görə bilərik :


Cədvəl 2 .Pərakəndə ticarət müəssisələri ( yanvarın 1 – nə vahid )






2001

2002

2003

2004

2005

2006

2007

Pərakəndə ticarət müəssisələrinin sayı cəmi


20763


22390


23431


24120


26445


28752


30817

İri və orta müəssi-sələr

554 x)

457 x)

337 x)

278 x)

1828 xx)

2865 xx)

2698 xx)

Əşya , ərzaq və

qarışıq mallar yar-markalarının və

bazarlarının sayı



201



194



190



185



185



176



161

Bazarlarda, yarmar-

kalarda ticarət

yerlərinin sayı


43406


53500


57270



66636


67090


67260


64310

Hüquqi şəxs yarat-madan sahibarlıqla məşğul olan fiziki şəxslərin sayı


65960


85689


108540


120756


123497


147552


144013


x ) – işçilərin sayı 25 və 25 – dən artıq olan müəsisələr ;

xx ) – işçilərin sayı ;

  • pərakəndə satış ticarət , digər xidmətlər üzrə 5 və 5 – dən artıq olan müəssisələr ;

  • topdan satış ticarət üzrə 10 və 10 – dan artıq olan müəssisələr

Cədvəl üzrə təhlil aparsaq, ən çox artım iri və orta müəssisələrdə müşahidə edə bilərik. 2007-ci illə 2001-ci il arasında bu müəssisələrin art-mı 5 dəfədən çox olmuşdur . Lakin onların əsasında yaradılmış səhmdar cəmiyyətləri 5 dəfə azalmışdır . Bunu aydın şəkildə aşağıdakı cədvəldə görə bilərik :
Cədvəl 3 . İri və orta müəssisələrin əsasında yaradılmış səhm-dar cəmiyyətlər






2000

2001

2002

2003

2004

2005

2006

Cəmi

Nizamnamə kapitalının həcmi (mln. manat)

104
78,7

220
361,1


97
20,7

40
9,3

11
3,4

10
5,9

22
8,8

Pərakəndə satış ticarət şəbəkəsi müəssisələrinin 80%-dən çoxu ki-çik və orta müəssisələrdir.Həm də bu müəssisələrin əksəriyyəti geniş çeşidli mallarla ticarət edir . Qarışıq və geniş çeşidli mallarla ticarət edən on minlərlə xırda müəssisələrin hər biri alıcıların tələbin uyğun mallarla özünü təchiz etmək məqsədilə,onlarca və yüzlərcə iri istehsalçı müəssisələri ilə əlaqəyə girməli,həm də həmin sənaye müəssisələrindən son dərəcə kiçik partiyalarla mal alıb daşımalıdır.Bu isə iqtisadi cəhətdən heç də sərfəli deyil.Son illərdə inkişaf edən kiçik müəssiələrin vəziyyətini aşağıdakı sxemdə nəzərdən keçirək :



Sxem 1 . Kiçik müəssisələr

30000
25000


20000
15000
10000
5000
0

1995 2000 2001 2002 2003 2004 2005 2006


Sxemdən goründüyü kimi kiçik müəssisələrin fəaliyyəti 2000- 2002-ci illərdə daha da yüksəlmişdir.Bu baxımdan da 2000-ci ildə kiçik müəssisələrin fəaliyyəti prosesini nəzərdən keçirsək daha da məqsədəuyğun olar :

Cədvəl 4 . Kiçik müəssislərin fəaliyyəti( 2000 – ci il )




Sahələr

Fəaliyyət göstərən müəssisələrin sayı

Onlarda işləyənlə-rin sayı

Orta ay-lıq əmək haqqı (manat)

Məhsulun (işin və xid-mətin)həcmi manat

Topdan və pəra-kəndə satış : avtomo-billərin,məişət malları-nın və şəxsi əşyaların təmiri

11062


23080

9,5

81827,4


Daşınmaz əmlakla əlaqədar əməllər,icarə və kommersiya fəaliy-yəti

6743

20638

65,4


41899,1

Bu dövrdə fəaliyyət göstərən kiçik müəssisələrin sayı 24254 idi . Bundan demək olar ki , yarısı – 11062 - si pərakəndə və topdan satış : avtomobillərin , məişət mallarının və şəxsi əşyaların təmiri olan müəs-sisələrin payına düşür .

2007 – ci ilin 10 ayı ərzində (yanvar – oktyabr ) ticarət şəbəkəsinin əhaliyə 6 mlrd. manatlıq və ya əvvəlki ilin ilk on ayı dövründəkindən 15 % çox geniş çeşidli müxtəlif istehlak malları satılmasıdır . Bunlar-dan 3,9 mlrd. ərzaq mallarına , 2,1 mlrd. manatı qeyri - ərzaq malları təşkil etmişdir və onların satışı 2006 – ci ilin ilk 10 ayı ilə müqayisədə müvafiq olaraq 13,1 və 19,1 % artmışdır . Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16,2 % - i hüquqi şəxslərin , 47,7 % - i mütəşəkkil təşkil olunmuş yarmarklar və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin , 36,1 % - i isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hesabına formalaşmışdır .

2000 – 2006 – ci illərdə pərakəndə əmtəə dövriyyəsinin quruluşu aşağıdakı kimidir :

Sxem 2 . Pərakəndə əmtəə dövriyyəsinin quruluşu

- Hüquqi şəxslər - Fiziki şəxslər







80

Sxemdən göründüyü kimi hüquqi şəxslər ildən – ilə azalır ,fiziki şəxslər isə artır .

Bu göstəriciləri daha aydın aşağıdakı cədvəldə görə bilərik :



Cədvəl 5 . Pərakəndə əmtəə dövriyyəsininfiziki həcm indeksləri ( əvvəlki ilə nisbətən )


Göstəricilər

2000

2001

2002

2003

2004

2005

2006

Pərakəndə əmtəə döv-riyyəsinin həcmi

109,8

109,9

109,6

110,9

113

113,2

113,5


O cümlədən

Hüquqi şəxslər üzrə

104

103,1

101,3

102

105,5

103,6

102,4

Fiziki şəxslər üzrə

112,2

112,5

112,5

113,8

115,2

115,7

116,2

Ondan :




Kənd təsərrüfatı bazarları

106,8

108,7

105,8

101,2

110,3

111

109,8



Pərakəndə əmtə dövriyyəsinin ümumi həcmindən

Ərzaq malları

109

108,1

108,7

109,6

110,2

110,8

110,1

Ondan :

Spirtli içkilər

101,8

102,7

103,7

100,9

104,2

101,6

102,2

Qeyri-ərzaq malları

111,6

114

112,6

114,1

121,3

119,5

120,9

Pərakəndə əmtəə dövriyyəsinindən

Pərakəndə ticarət

109,8

109,9

109,5

110,7

112,6

113

113,2

İaşə

106,7

108,7

116,6

131,8

143

126,1

128,3



4 . “ Euro – stil “ mağazasının təşkilati iqtisadi əsası

Kurs işinin 4 – cü , yəni sonuncu sualı hər hansı bir konkret müəssisənin təhlilini aparmaqdır , yəni onun təşkili , istehsalının xüsusiyyətlərini , mal dövriy-yəsinin təhlilini aydınlaşdırmaqdır . Bunun üçün Şəki şəhəri M . Ə . Rəsulzadə 180 ünvanında yerləşən və fəaliyyət göstərən “ Euro – stil gəlinlik və gözəllik salonu “ adlı pərakəndə satış ticarət müəssisəsi seçilmişdir . Bu salon Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700 – cü maddəsinə uyğun olaraq 2001 – ci ildən fəaliyyətə başlamışdır . Respublika Prezidentinin iş adamlarına və sahibkarlara verdiyi tövsiyələrini nəzərə alaraq salonun fəaliyyəti Şəki əha-lisinin gəlinlik ləvazimatları və həmçinin onların gözəllik istiqamətlərində tələblərinin tam həcmdə ödənilməsinə yönəldilib və bu işlər uğurla həyata ke-çirilir . Salonun əsas göstəriciləri aşağıdakılardır :


Sxem 3 . Salonun əsas göstəriciləri


Faydalı sahə ( m 2 )




Faydalı sahə ( m 2 )


Ümumi sahə ( m 2 )

Əsas sahə ( m 2 )

Köməkçi sahə (m 2 )

İş otağı ( m 2 )

Mətbəx (m 2 )

Ayaqyolu (m 2)

Ticarət sahəsi ( m 2)

17,2

7,1

4,3

43,5

72,1

60,7

11,4

Sxemdə göründüyü kimi salonun əsas sahəsini ticarət sahəsi təşkil edir ( 43,8 m2 ) . Satılacaq mal bu sahədə nümayiş etdirilir . Bu sahə özü də 5 hissədən ibarətdir :



  • Vitrinlər yerləşdiyi sahə ;

  • Alıcıların hərəkət sahəsi ;

  • Divaryanı avadanlıqlar yerləşən sahə ;

  • Satıcıların işləməsi üçün sahə ;

  • Malları yığım göstərmək üçün sahə .

Ticarət zalı sərbəst planlaşmaya uyğundur , yəni ticarət zalına uyğun olaraq avadanlıqlar sisteminin üzəri gəlinliklər üçün lazım olan ləvazimatlarla bəzə-dilmişdir .

Mağazanın fəaliyyəti mexanizmi aşağıdakı kimidir :

Cədvəl 7 . Mağazanın fəaliyyəti

Mağazada işləyən-lərin sayı ( nəfər )

Orta aylıq əmək haqqı

( manat )

Məhsulun (işin və xid-mətin həcmi ( manat )

6

50 - 100

5000 - 6000

Lakin qeyd etdim ki , orta aylıq əmək haqqı bütün aylar üzrə eyni deyil . Məsələn , yay aylarında əlavə pul mükafatları olduğundan orta aylıq əmək haqqı 100 manatı ötür . Bu həmçinin orta aylıq məhsulun həcminə də şamil olunur . İndi isə salonun illik pərakəndə əmtəə dövriyyəsini aşağıdakı cədvəldə göstərək :



Cədvəl 8 . Salonun illik pərakəndə əmtəə dövriyyəsi ( mln . manatla )



Gəlinlik salonu üçün

Gözəllik salonu üçün

Özü istehsal etdiyi məhsulun satışı və kirayəsi

O cümlədən

a ) Pərakəndə satış ;

b ) digər rayonlara topdan satış satınal-ma

mallarının satışı

Pərakəndə satış mal dövriyyəsi

Ümumi mal dövriy-yəsi


20 – 22000
18 – 20000

2 – 4000
4 – 5000

22 – 2400

24 - 27000

Cəmi

O cümlədən
Saç yığımı : 500 – 700

Saç kəsimi : 300 – 400

Manikür : 100 – 200

və s . xidmətlər

Cədvəldən aydın görünür ki , gəlinlik salonunun illik dövriyyəsi gözəllik salonu daha çoxdur . Bu isə ondan irəli gəlir ki , gəlinlik salonunda daha çox mal qrupları cəmlənmişdir .

Bu salonda mal satışının bir çox üsullarından istifadı olunur . Məsələn : nümunələr üzrə , kataloqlarla və s . Ən çox istifadə olunanı isə kataloqlarla mal satışıdır . Bu zaman mal alanlar kataloqlarla zövqlərinə və dəbə uyğun gəlinlik və gəlinlik ləvazimatları sifariş verirlər . Tez bir müddət ərzində salonun rəh-bəri bu sifarişi malgöndərənə çatdırır . Bu mağazanın malgöndərəni isə Bakı şə-hərində yerləşən “ Euro stil “ mağazasıdır . Beləliklə , salonun fəaliyyəti bu tərzdə davam edir .

Bildiyimiz kimi hər bir müəssisənin tədavül xərcləri də mövcuddur . Həm-çinin bu salonun da özünün tədavül xərclər vardır . Bunlara işıq pulu ,kom-munal xərclər , sosial təminat fondu və s . aiddir . İşıq pulu ay üzrə təxminən 30 – 35 manat , kommunal xərclər təxminən 30 manatdır .

İldən – ilə salonun fəaliyyəti daha da genişlənir , əmtəə dövriyyəsi artır , bu isə ondan irəli gəlir ki , daha çox alıcı zövqünü oxşayır . Bu salon təkcə Şəki şə-hərinin əhalisini deyil , həmçinin onun kəndlərinin , hətta başqa yaxın rayonların Qax , Qəbələ , Oğuz kimi rayonların diqqətini cəlb edir və gündən – günə alıcı kontingenti artır . Biz çalışırıq ki ,bu salon Şəkinin mərkəzi kaloriti ilə uyğun olsun , onun xarici tərtibatı yüksək səviyyədə olsun .

NƏTICƏ

Bəşər cəmiyətinin mövcud olduğu uzun bir tarixi dövr ərzində ticarət həmişə onun həyatında mühüm rol oynamışdır. Ticarətin inkişafı bir başa bazar iqtisadiyatının inkişafından asılıdır. Ticarətin bir qolunun pərakəndə ticarət - satış təşkil edir. Pərakəndə satış sahələri əmtəələrin və xidmətlərin istehsal yerindən, istifadə yerinə hərəkət etdirilməsi ilə məşğul olan külli miqdarda təşkilatlardan ibarətdir. Pərakəndə ticarət ABŞ`da ən iri fəaliyyət sahələrindəndir.

İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində kommersiya faəliyyətində təşəbbüskarlıq, əmtəəni satmaq bacarığı çox yüksək qiymətləndirilir. Mağazalarda

əmtəələrin pərakəndə satışının uçotunun kompüterləşdirilməsi əmtəə satışının və ticarət çeşidinin optimal ölçülərdə saxlanılması və tamamlanılması işlərinin gedişatının fasiləsiz nəzarətin həyata keçirliməsinin təmin edir.

Bu gün pərakəndə ticarət Azərbaycanda artıq iqtisadiyyatımızın ən mühüm sahələrindən birinə çevrilmişdir. Pərakəndə ticarətdə elmi texniki tərəqqinin nailliyyətlərindən istifadə edilməklə, əhaliyə ticarət xidmıtinin yaxşılaşdırılması yüksək ixtisaslı mütəxəssislərə tələbi daha da artırır.

Bu kurs işində pərakəndə ticarət müəssisələrinin fəaliyyət mexaznimini, təşkilati-iqtisadi əsaslarını və hansı funksiyaları yerinə yetirdiklərini aydınlaşdırdıq.

Kurs işi əsasən Azərbaycanda pərakəndə ticarət müəssisələrinin inkişaf qanunauyğunluqları, formalaşdırılmaşı xüsusiyyətləri və fəaliyyət mexanizmini əhatə edir.

Mövzunun işlənməsində əsasən bir sıra iqtisadi ədəbiyyat mənbələrindən, statistik məcmuələrdən və internetdən əldə olunmuş məlumatlardan istifadə edilmişdir. Kurş işi girişdən, 4 sualdan, nəticədən və istifadə olunmuş ədəbiyyat sıyahısından ibarətdir. Burada 8 cədvəldən və 3 sxemdən olunmuşdur. İşin ümumi həcmi 25 səhifədir.



İstifadə olunmuş ədəbiyyatlar:

  1. M.Q.Ağamalıyev, M.M.Məmmədrzayev ”Kommersiya fəaliyyətinin təşkili “ Bakı 2004

  2. İ.Ə.Feyzullabəyli “ Ticarətin iqtisadiyyatı “ II hissə Bakı 2006

  3. Filip Kotler “ Marketinqin əsasları “ Bakı 1993

  4. T.C.Məmmədov , M.Q.Məmmədov “ Ərzaq mallarının ticarətinin təşk-ili “ Bakı 1991

  5. İ.Ə.Feyzullabəyli “ Beynəlxalq ticarət işi “ Bakı 2001

  6. E.Qalıbnov “ Osnova marketinqa “ Moskva 2000

  7. V.Niftullayev “ Sahibkarlığın əsasları “ Bakı 2000

  8. T.Hüseynov “ Müəssənin iqtisadiyyatı” Bakı 2005

  9. Azərbaycan Respublikasının statistik göstəriciləri Bakı 2006

  10. İnternetdən əldə edilmiş məlumatlar

  11. “Euro stil “ mağazasının hesabat materialları








Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə