Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə25/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   21   22   23   24   25   26   27   28   ...   114
SOS KONSP 2021

Sosial institutlar nəzəriyyəsi (institutsional paradiqma). Bu paradiqmaya görə, sosial institutlar yalnız bütövlükdə götürdükdə cəmiyyəti müəyyən edir, onlar öz-özlüyündə personifıkasiyasız, şəxssiz təbiətə malikdir. Tədqiqatçı sosial strukturu institutsional baxımdan mənalandırarkən təkamülçü metodoloji mövqedən çıxış etməyə bilməz, çünki hər bir sosial institut ictimai əhəmiyyət kəsb edən funksiya yerinə yetirir, bu funksiyanı isə bütöv və ümumi sistemdən ayrılıqda götürmək qeyri-mümkündür.

  • Sosial bərabərsizlik nəzəriyyəsi (funksional və konfliktoloji paradiqma). Bu qəbildən olan paradiqmalara görə, sosial bərabərsizlik sosial qrupların və fərdlərin funksional ölçülən göstəricilərindən daha çox onların bir-birinə nəzərən tutduqları vəziyyətlərini səciyyələndirir. Belə yanaşma subyektlərin müqayisə edilməsini, qiymətləndirilməsini, konkretləşdirilməsini və personlaşdırılmasını nəzərdə tutur.

    Sözügedən paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud diferensiasiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir.
    Müasir sosiologiyada cəmiyyətin sosial strukturu problemi üzrə ən nüfuzlu, evristik əhəmiyyət kəsb ed n və daha geniş yayılmış aşağıdakı dörd klassik nəzəri-metodoloji yanaşma mövcuddur:
    Marksist yanaşma
    Bu yanaşma cəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə əsaslanır. Bu nöqteyinəzərin mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir:
    sinfı (sosial-sinfı) bölgüyə sosial fərqlərin bütün məcmusunu anlamağın özülü kimi yanaşılması, onun cəmiyyəti, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu tipdən olan yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafık, ərazi, sosial-peşə, sosial-mədəni, milli-etnik və s.) inkar etmir. Lakin həmin təlimdə bütün bu bölgülər tam müstəqil vəziyyətdə deyil, sosial-sinfı struktur ilə bu və ya digər dərəcədə əlaqədə anlaşılır.

    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   21   22   23   24   25   26   27   28   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin