Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə73/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   69   70   71   72   73   74   75   76   ...   114
SOS KONSP 2021

3. Şəxsiyyətin hüquqi davranışı


Hüquqi davranış fərdi və kollektiv subyektlərin şüurlu nəzarətində olan, hüquq normaları ilə nəzərdə tutulan və hüquqi nəticələrə səbəb olan, sosial cəhətdən əhəmiyyətli davranışdır. O, vətəndaşların məişətdə, işdə, şəxsiyyətlərarası münasibətlərdə təzahür edən əsas davranış növünü təşkil edir. Hüquqi davranışın əlamətləri bunlardır: o, qanunvericilikdə müəyyən edilmiş normalar çərçivəsində həyata keçirilir; sosial cəhətdən faydalıdır, ictimai maraq və məqsədlərə zidd deyildir (bu onun obyektiv məzmununu ifadə edir), dərk edilmiş xarakter daşıyır (bu onun subyektiv tərəfıni ifadə edir).
Sosial əhəmiyyət dərəcəsinə görə hüquqi davranışı aşağıdakı növlərə ayırmaq olar: 1) zəruri olan (orduda xidmət);

  1. arzu olunan (elmi və bədii yaradıcılıq);

  2. yol verilən (dini ayinlərin və ibadətlərin yerinə yetirilməsi).

Hüquqi davranışın ən geniş yayılmış təsnifatına görə, o, aşağıdakıları əhatə edir:

  1. Sosial - fəal davranış. Bu, hüquqi davranışın ən ali formasıdır, hüquqi düşüncə və hüquqi mədəniyyətin, məsuliyyətin və könüllülüyün yüksək səviyyəsi ilə ifadə olunur. Burada subyekt cəzadan qorxduğuna görə və ya mükafatlandırma xatirinə deyil, cəmiyyətdə hüquqi davranışın zəruriliyinə və məqsədəuyğunluğuna əmin olduğuna görə hərəkət edir. Bu növ davranış ən yüksək sosial əhəmiyyətə malikdir, çünki yalnız şəxsi marağın yox, eləcə də ictimai marağın gerçəkləşməsi, həyatda hüquq, qanunçuluq, qayda prinsiplərinin real təsdiq edilməsi üçün mübarizə ilə bağlıdır.

  2. Konformist itaətkar davranış. Bu, hüquqi göstərişlərə, onları dərin və hərtərəfli dərk etmədən, yüksək hüquqi fəallıq göstərmədən tabe olmağa əsaslanan əməldir);

  3. Marginal davranış. Bu, hüquqi göstərişlərə uyğun olan, lakin dövlət tərəfindən məcburetmə nəticəsində, cəzadan çəkinməyə görə icra edilən əməldir.

Bir qayda olaraq, marginal davranış cəmiyyətdə öz arzularına uyğun yer tapmamış insanlara məxsusdur (taleyin ağırlığı, əlillik, əvvəlki məhkumluq, həddən artıq ambisiyalar, iddialar üzündən); onlar gerçəkliyi hamının qəbul etdiyindən fərqli şəkildə qavrayırlar.
Vətəndaşın davranışı hüquqi və sosioloji nöqteyi-nəzərdən bir çox amillərdən asılıdır: insanın yaşından, onun sosial vəziyyətindən, maraqlar dairəsindən, obyektiv imkanlarından, həyat tərzindən və s. Bəzi tədqiqatçıların qeyd etdiyi kimi, müxtəlif yaş səviyyəsinə malik vətəndaşların hüquqi davranışı ona görə fərqlənir ki, onların sosial funksiyaları üst-üstə düşmür. Belə ki, əhalinin böyük hissəsinin əmək fəaliyyəti 16-19 yaşından başlanır və pensiya yaşına qədər davam edir.
Hüquqi davranışın müxtəlif motivlərinin bütün spektrini bir cədvəl kimi təsvir etsək, orada yalnız iki - ictimai və şəxsi - motivlər qrupu yox, həm də bir çox keçid, qarışıq formalar da öz yerini tapacaqdır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin