Şəkil 6.1. Dünyada emal sənayesi sahələrində iri qəzaların səbəbləri Texnogen xarakterli fövqəladə hallar qəza növlərinə görə təsnifatlaşdırılır. Bu qəzalar texnogen xarakterli fövqəladə halların əsas növlərinin mənbələridir. Bu təsnifatlaşdırma təhlükəli halların sferalarını və özlərini büruzə vermə xüsusiyyətlərini xarakterizə edir. Texnogen xarakterli fövqəladə halların təsnifatı cədvəl 6.1-də verilmişdir.
Cədvəl 6.1-Texnogen xarakterli fövqəladə halların təsnifatı.
Cədvəl 6.1-in davamı
Cədvəl 6.1-in davamı
Texnogen mənşəli fövqəladə halların əsas zədələyici amilləri aşağıdakılardır.
Zərbə dalğası. O, silah-sursatın partlaması zamanı, texniki partlayışlar (qazanxanalar, qaz məhsullarını daşıyan boru kəmərləri, təhlükəli yüklərin və s.) zamanı, həmçinin zəlzələlər zamanı seysmik dalğaların təsiri zamanı yarana bilər. Zərbə dalğası fövqəladə halların əsas zədələyici amillərindən biridir. Onun zədələyici təsiri sıxılmış mühitin təzyiqi (izafi təzyiqi) dərəcəsindən, dalğanın sürətindən, onun təsirinin davamiyyətindən, həmçinin insanın və ya obyektin belə dalğaların yayılması cəbhəsinə nisbətən yerindən, onların dayanıqlığından və mühafizə olunma dərəcəsindən asılıdır.