Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 7: Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   30   31   32   33   34   35   36   37   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mövzu 7: Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: 
Əmr, fərman, sərəncam, xasiyyətnamə, tərcümeyi-hal, reqlament, CV və s. 
İcmal:

1. Rəsmi və işgüzar sənədlərini xüsusiyyətləri və mahiyyəti.
2. Rəsmi və işgüzar sənədlərdə fikrin birmənalılığının əhəmiyyəti.
3. Rəsmi və işgüzar sənədlərdə ədəbi dilin normalarının qorunması.


4. Əmr, fərman, sərəncam, xasiyyətnamə, tərcümeyi-hal, reqlament, CV və s. 
sənədlərin xüsusiyyətləri. 
İşgüzar yazışmaların mahiyyəti və məzmununu düzgün dərk etmək üçün, ilk
növbədə onun anlayışının müəyyən edilməsi vacib məsələlərdən biri kimi
zəruridir.«İşgüzar yazışmalara qısa tərif versək, bu yazışmalar idarəetmə
prosesində idarəetmə funksiyasını yerinə yetirən sənədləşmə və sənədlərlə işin
təşkilinə deyilir.
İqdisadiyyatın idarə edilməsində onun çevikliyinin təmin olunmasında mühüm
yerlərdən birini işgüzar yazışmalar tutur. Dövlət aparatında idarəetmə
mədəniyyətinin yüksəldilməsi təşkilatın işinə şübhəsiz ki,müsbət təsir göstərir. Bu
da öz növbəsində idarəetmə mexanizmini sürətləndirir.
İşgüzar Yazışmaların predmetinə gəldikdə isə, onu qeyd etmək zəruruidir
ki, İşgüzar yazışmalar» kursunun predmetini dövlət orqanları arasında, idarə
aparatının vəzifəli şəxsləri arasında, xüsusi müəssisələr arasında və bunlarla
vətəndaşlar arasında sənədlərlə işin aparılmasını, onların hərəkətinin
nizamlanmasını, istifadə olunmasını və saxlanılmasını tənzimləyən məsələlər təşkil
edir.
Bu tənzimləmə hüquq normaları əsasında aparılır. İşgüzar yazışmaların təşkili
zamanı idarə, müəssisələrlə yanaşı həm də vətəndaşların hüquqları və vəzifələrini
dəqiqləşdirir. Bəhs olunan hüquq münasibətlərinin subyektinə dövlət qulluqçuları, 
onlara müraciət edən şəxslər aid olur. İşgüzar yazışmalar prosesində əmələ gələn
hüquq münasibətləri aşağıdakı hallarda baş verir:
- sənədlərin tərtib olunmasında;
- vizalaşdırmada;
- xidməti sənədlərin icrası prosesində təsdiq etmədə;
- sənədlərin icrasına nəzarətdə;


- sənədlərin formalaşdırılmasında və saxlanılmasında.
Belə bir fakta diqqət yetirilməlidir ki, işgüzar yazışmalar prosesinin gedişi
qanunlarla, normativ aktlarla, vahid dövlət kargüzarlıq sistemi ilə və xidməti
sənədlərin hazırlanasında istifadə olunan dövlət standartları ilə tənzimlənməlidir.
Dövlətin qəbul etdiyi iqtisadi-hüquqi istiqamətlər, ölkənin sosial-iqtisadi
inkişafının təşkil olunması, xüsusi mülkiyyətin formalaşması idarəetmə sisteminin
yenidən qurulmasına gətirib çıxarır.
İdarələrdə və müəssisələrdə işgüzar yazışmalar işçilərin ümumi iş həcminin əksər
hissəsi yazışmaların aparılması işinə sərf olunur.
Sənədlərin yaranması, yəni onun hazırlanması, razılaşdırılması, qanuni şəklə
salınması İşgüzar yazışmaların əsasını təşkil edir.
İşgüzar yazışmaların aparılması zamanı həm də sənədlərin dövriyyəsi və onların
mühafizəsi təmin olunur. Sənədlərin tərtibindən başlayaq icrası başa çatdırılanadək
,idarədaxili və idarəxarici hərəkətləriilə sənəd dövriyyəsini yerinə yetirir.
Idarələrdə və müəssisələrdə işgüzar yazışmaların aparılması yazışmaların əlaqəli
qurulması ilə bağlıdır. Bunun üçün də o, mərkəzləşdirilmiş , qeyri-mərkəzləşdirdi 
rilmiş və qarışıq sistemdə aparılır.
Quruluş bölmələrinin sayı az və dövriyyə ildə 500-600-dək sənəd olduqda köməkçi
və texniki əməliyyatlar mərkəzləşdirilmiş formada aparılır.Sənədlər üzərində
əməliyyatların gedişi ancaq idarənin ümumi şöbəsində və ya belə səlahiyyətlərə
malik olan bölmələrdə cəmlənir. Mərkəzləşdirilməmiş yazışmalar idarələrdə
şöbələr üzrə icra edilir .Quruluş bölmələri ayrı-ayrı ərazilərdə yerləşdikdə qarışıq
forma tətbiq olunur.
Mərkəzlədirilməmış işgüzar yazışmalar zamanı yazışmaların qəbulunu və
göndərilməsini, sənədlərin ilkin qaydada quruluş bölmələrinə paylanmasını


dəftərxana və ya ümumi şöbə həyata keçirir. Quruluş bölmələrində sənədlər qeydə
alınır,rəsmi şəklə salınır, işlərformalaşdırılır və qovluqlarda saxlanılır.
İşgüzar yazışmaların düzgün təşkili gələcəkdə sənədlərdədən istifadə olunmasına
zəmanət verir. İşgüzar yazışmalar elmi əsaslar üzərində düzgün qurularsa, heç bir
rəsmiyyətçiliyə və süründürməçiliyə yol verilməz.
İşgüzar yazışmaların düzgün hər zaman dövlətin fəaliyyətindən asılıdır.
Azərbaycan dövlətçiliyi tarixində işgüzar yazışmaların inkişafını aşağıdakı
mərhələlərə bölmək olar:
1. Böyük Azərbaycan dövlətçiliyinə qədər olan dövrədək yazışmaların inkişafı;
2. Böyük Azərbaycan dövləti vaxtında yazışmaların və inzibati sənədləşmənin
inkişafı;
3. Azərbaycan Demokratik Respublikasına qədər sənədləşmənin inkişafı;
4. Azərbaycan Demokratik Respublikasının yaranası vəfəaliyyəti müddətində
yazışmaların inkişafı;
5. İndiki dövrə qədər yazışmaların inkişafı.
Bu dövrlər ərzində dövlətçiliyin xüsusiyyətlərinə uyğun yazışmaları olaraq
kargüzarlıq aparatı formalaşmışdır. Ayrı-ayrı xidməti sahələr yaradılmışdır.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin