Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Elektron sənəd dövriyyəsinin tətbiqi



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   85   86   87   88   89   90   91   92   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Elektron sənəd dövriyyəsinin tətbiqi
İyirminci əsrin ortalarından başlayaraq 
İKT-nin inkişafı özünü bütün sahələrdə göstərməyə başladı. Artıq bu 
texnologiyalar dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən qanunvericilik, 
icra və məhkəmə - hüquq sistemində tətbiq olunmağa başladı. Dövlət orqanlarında, 
bütün idarə və müəssisələrdə informasiyaların emalı, yazışmaların aparılması və 
sənədlərin hazırlanması prossesində bu texnologiyalar sürətlə inkişaf etməyə 
başladı.1970-ci illərdən başlayan bu texnologiyalar 2000–ci illərdə özünün ən 
yüksək inkişaf səviyyəsinə çataraq, müasir şəraitdə “elektron hökümət”, “elektron 
məhkəmə”, ”elektron cinayət” və s. kimi terminlər cəmiyyət həyatının müxtəlif 
sahələrini əhatə etməyə başlamışdı. Hazırda Azərbaycan Respublikası 
prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Baş 
Prokurorluğun, Daxili İşlər Nazirliyinin, habelə digər mərkəzi və yerli icra 
hakimiyyəti orqanlarının və yerli özünü idarəetmə orqanlarının hər birinin müstəqil 
saytları mövcuddur. Qeyd olunan orqanların saytlarında müasir İKT-nin son 
naliyyətlərindən istifadə edilməklə elektron formada bütün informasiyalar, zəruri 
təşkilati-sərəncamverici və inzibatitəsərrüfat xarakterli sənədlər müvafiq qaydada 
şifrələnməklə hazırlanır və saxlanılır. Hazırlanmış sənədlərin, işgüzar məktubların 
qarşı lazımi ünvana daha tez və sürətli çatdırılmasında informasiya 
texnologiyalarının məhsulu olan elektron məktublardan istifadə olunmağa başladı. 
Elektron məktublar - məlumatların informasiya texnologiyaları vasitəsi ilə müvafiq 
ünvanlara ötürülməsidir. Elektron sənəd - informasiya sahəsində istifadə üçün 
elektron formada təqdim olunan və elektron imza ilə təsdiq olunan sənəd növüdür. 
Bu tip sənədlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş 
hallar istisna olmaqla, bütün fəaliyyət sahələrində heç br məhdudiyyət qoyulmadan 
tətbiq oluna bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
”Elektron imza və elektron sənəd haqqında” 9 mart 2004-cü il tarixli fərmanında 
elektron sənədə dair tələblər, elektron sənədin quruluşu, təqdimat forması, elektron 
sənədin tətbiq edilmə qaydası, sənəd dövriyyəsinin təşkili, elektron sənədin 
göndərilməsi qaydası, habelə bu sənədlərin saxlanması və mühafizəsinin konkret 
hüquqi mexanizmləri müəyyən olunmuşdur. Fərmanda qeyd edildiyi kimi
”Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və 
öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Elektron 
sənədlər hazırlanarkən aşağıdakı göstərilən tələblərə əməl edilməlidir: - texniki və 
proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, 
ötürülməli və qəbul edilməlidir; - bu qanunun 22-ci maddəsində müəyyən edilmiş 
quruluşa malik olmalıdır; - identikləşdirməyə imkan verən rekvizitlərə malik 
olmalıdır; - texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) 
şəkildə təqdim olunmalıdır2 . Yuxarıda göstərilən fərmana uyğun olaraq elektron 
sənədin qurluşu etibarı ilə aşağıdakı kimi tərtib olunur və təqdimat formalarına 


uyğun şəkildə təsnifləşdirilir: “- Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət 
quruluşa malikdir. - Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə 
məlumatlar onun ümumi hissəsində qeyd edilir. 2 Bax: “Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu” 30 iyun 2004 – cü il, N 7, maddə 402.) - 
Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi 
(göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.” Elektron sənəd 
daxili və xarıcı təqdimat formalarına malikdir: - Elektron sənədin verilənlər 
daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdir. - Elektron sənədin 
verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) 
əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdir.” 
Fərmanda həmçinin sənədin əsli və surəti, onun təsdiq edilmə qaydaları da öz 
əksini tapıb: “-Elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər. - 
Elektron sənədin daxili təqdimat formasında birbiri ilə eyni olan bütün nüsxələri 
əsl hesab edilir və bərabər hüquqi qüvvəyə malikdir. - Elektron sənədin elektron 
formada surəti ola bilməz. - Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron 
formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər 
hüquqi qüvvəyə malikdir. Bu halda, kağız daşıyıcıdakı sənəd elektron sənədin 
surəti sayılmır. Həmçinin həmin fərmanda Elektron sənədin surəti və onun təsdiq 
edilmə qaydası müəyyən edilmişdir: “ Elektron sənədin surəti onun kağız 
daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının 
qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır. 25 - 
Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin 
surəti olması qeyd edilməlidir. - Elektron sənədin kağız daşıyıcıdan başqa digər 
maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq 
edilməmiş nüsxəsi onun surəti sayılmır. - Elektron sənədin əsli və bu qanunun 1-ci 
maddəsinin tələblərinə cavab verən kağız daşıyıcı üzərindəki surəti eyni hüquqi 
qüvvəyə malikdir.” 1.5.Elektron sənədin göndərilməsi və alınması Elektron sənəd 
göndərən şəxs dedikdə, özünün və ya başqasının adından proqramlaşdırılmış 
qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron 
məlumatı qəbul edən və ya göndərən subyekt başa düşülür. Mövcud 
qanunvericiliyə əsasən, tərəflər arasındakı müqavilədə başqa qayda müəyyən 
edilməmişdirsə, məlumatı alan subyekt qəbul etdiyi elektron sənədin həqiqiliyinin 
təsdiqlənməsi nəticəsində onu göndərənin yolladığına əmin olmalı və avtomatik 
vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada göndərəni 
məlumatlandırmalıdır. Elektron sənəd aşağıdakı hallarda göndərən tərəfindən 
göndərilməmiş hesab edilir: - elektron sənədin göndərilməməsi barədə bildiriş 
alınmışdırsa; - elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;


- elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olmuşdur və ya 
bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 
- tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, alandan 
göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. 
Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə 
uyğun olması qeyd edilməlidir. - göndərənin göstərdiyi və ya tərəflər arasında 
bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə 
alınmamışdırsa, göndərən bu barədə alanı məlumatlandırır və təsdiqləmənin 
göndərilməsi müddətini təyin edir. Elektron sənədin göndərilmə və alınma vaxtı 
fərmanda aşağıdakı kimi tənzimlənir: Elektron sənədin saxlanılması. Elektron 
sənəddən gələcəkdə istifadə imkanlarını təmin etmək üçün o, aşağıdakı şərtlər 
nəzərə alınmaqla saxlanılmalıdır: - elektron sənədin yaradıldığı, ötürüldüyü və ya 
qəbul edildiyi quruluşu saxlanılmalıdır; 
- elektron sənəd onu göndərəni, alanı, göndərilmə və alınma vaxtını müəyyən 
etməyə imkan verməlidir;
- elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadəyə yararlı 
olmalıdır;
- elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş 
müddətdən az olmamalıdır; 
- qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun 
gəlməlidir. Qeyd etmək lazımdır ki, elektron sənədin mühafizəsi də ondan 
gələcəkdə istifadə imkanlarının başlıca təminatlarından biridir. Bunun üçün 
müvafiq proqram vətexniki vasitələrdən istifadə edilməlidir ki, bu da sistem və 
şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin olunmalıdır. Elektron sənədlər elektron 
imza vasitəsi ilə təsdiqlənir. Elektron imza – digər verilənlərə əlavə edilən və ya 
onlarla məntiqi əlaqəli olan, imza sahibini eyniləşdirməyə imkan verən vasitədir. 
Elektron imza sahibi isə öz adından və qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs hesab olunur. Elektron 
imza vasitələri elektron imza yaradılması və yoxlanılması, eləcə də imza yaratma 
və yoxlama məlumatları yaratmaq üçün istifadə edilən proqram və texniki vasitələr 
hesab olunur. Elektron imza yaratma məlumatları elektron imza yaratmaq üçün 
istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan 
ibarət təkrarolunmaz verilənlərdir. Elektron imzanın həqiqiliyi - elektron imzanı 
yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus 
olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, 
dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqidir.3 ” Yuxarıda göstərilən 
fərmana uyğun olaraq elektron sənədin qurluşu aşağıdakı kimi tərtib olunmalıdır: 


“- Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. 
“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”, 30 iyun 2004- cü il, N 7. 
maddə 402.) - Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar 
onun ümumi hissəsində qeyd edilir. 
- Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi 
(göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.4 ” Elektron sənədin 
təqdimat formaları isə fərmanda bu cür təsnifləşdirilir:
- Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir. 
- Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat 
formasıdir. - Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi 
obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks 
etdirilməsi onun xarici təqdimat formasıdir.” Fərmanda həmçinin: 
- elektron sənədin əsli və surəti, onun təsdiq edilmə qaydası, göndərilməsi və 
alınması, göndərilmə və alınma vaxtı, sənədin saxlanılması və mühafizəsi 
qaydaları; - elektron sənəd dövriyyəsinin təşkilinin əsasları;
- sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsi;
- sertifikatin ləğv edilməsi; - sertifikat xidmətləri üzrə sənədlərin saxlanılması - 
xarici ölkələrdə verilmiş sertifikatların tanınması;
- mərkəzlərin hüquqları, vəzifələri və məsuliyyəti; 
- sertifikat xidmətlərinə aid tələblə; 4 Bax: “Azərbaycan Respublikasının 
Qanunvericilik Toplusu”, 30 iyun 2004- cü il, N 7. maddə 402.) 
- sertifikat xidmətləri mərkəzinin fəaliyyətinə xitam verilməsi; - imza sahibinin 
hüquqları, vəzifələri və məsuliyyəti; 
- vasitəçinin hüquqları, vəzifələri və məsuliyyəti; - dövlət tənzimləməsinin həyata 
keçirilməsi;
- elektron imza və elektron sənəd dövriyyəsi vasitələrinə aid tələblər; Elektron 
sənəd dövriyyəsinin tətbiqi və icrası mexanizminin kokretləşdirilməsi məqsədi ilə 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə 
“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə” təsdiq 
edilmişdir. Bu Əsasnamə idarələrarası Elektron sənəd dövriyyəsi sisteminin 
yaradılması, idarə olunması və bu sistemdən istifadə qaydalarını müəyyən 
edir.Əsasnaməyə uyğun olaraq, sistemin təşkilatçısı Azərbaycan Respublikasının 
Administrasiyası, operatoru isə Xüsusi Dövlət mühafizə Xidmətidir. Sistemin 


iştirakçıları aşağıdakı dövlət qurumlarıdır: Azərbaycan Respublikası Prezidentinin 
Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan 
Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, Nazirlər Kabinetinin, Naxçıvan 
Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası hakimiyyəti 
orqanlarının və onlara bərabər tutulan orqanların, Nazirlər kabineti yanında olan 
icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankı, 
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan 
Respublikası Tarif (qiymət) Şurasının Katibliyi; 
- Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası 
Konstitusiya Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 
Azərbaycan Respublikası Hesablama Palatısının, Məhkəmə Hüquq Şurasının, 
Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilin, Azərbaycan 
Respublikası Mərkəzi Seçki Komissiyasının və Milli Televiziya və Radio 
Şurasının aparatları, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə 
Komissiyanın Katibliyi; - yerli icra hakimiyyəti orqanları. (“Respublika” qəzeti, 10 
mart 2004-cü il.) 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin