Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 1,46 Mb.
səhifə12/81
tarix28.11.2023
ölçüsü1,46 Mb.
#168521
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   81
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

Ədəbiyyat

  1. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981

  2. Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı.1985

  3. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988

  4. Əliyev K. Natiqlik sənəti. Bakı. 1994

  5. Ə. Əfəndizadə Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı. 1983

  6. N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013

  7. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.

  8. T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018


MÖVZU 4
Azərbaycan ədəbi dilinin normalar sistemi. Kommunikasiya prosesində fonetik hadisə və qanunlar
IV Mühazirənin
PLAN

  1. Ədəbi dil anlayışı

  2. Kommunikasiya prosesində fonetik hadisə və qanunlar

  3. Kommunikasiya prosesində heca, intonasiya, vurğu, durğu işarələri

Nitq mədəniyyətinin əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. “Norma” sözü latın dilindən alınmış termin olub mənası ayda, əsas, nümunə deməkdir. Norma cəmiyyətdə müəyyən dövrdə mövcud olan dil vərdişlərinin, cəmiyyət üzvlərinin dildən istifadə qaydalarının məcmuyudur. Norma konkret tarixi dövrdə kollektiv tərəfindən qəbulu etiraf olunan, üslublar arasından nüvafiq şəkildə paylanan və onları təmin edən dil faktlarının müəyyən qanun dairəsində cəmləşən təzahürüdür. Norma tarixi kateqoriyadır. Nitq mədəniyyətinin elm və tədris fənni kimi mövcudluğu dilimizin strukturunun bütün səviyyələrdəki normalarının formalaşması ilə əlaqədardır.
Əgər dilin fonetik, leksik və qrammatik normaları formalaşmasa idi, təbii ki, bu gün ədəbi dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin normaları olmadan ədəbi dil, ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur. Nitq mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatmış, dilin qanunauyğunluqları ilə tənzimlənən sabitləşmiş qaydlar sisteminə əsaslanır. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin qaydalarından törəmişdir.
Ümumxalq danışıq dilində, dialket və şivələrdə normalar sabit qalmır. ədəbi dilimizdə isə dielakt və şivələrdən, eləcə də onların əsasında formalaşıb təşəkkül tapmış xalq danışıq dilindəkindən fərqli olaraq hamının qəbul etdiyi nümunəvi normalar vardır. Ümumxalq danışıq dilində bəzən bir anlayışın ifadəsi üçün qəbul edilmiş sözün bir neçə variantına rast gəlirik. Məsələn, “qaçmaq” mənasında “götürülmək”, “daban almaq”, “mıx” əvəzinə “mismar”, “qadax” və başqa sözlərin bir neçə adla işlənməsi mövcuddur. Amma ədəbi dildə onlardan biri, daha doğrusu, fonetik prinsipə uyğun olmaqla ölkəmizin əksər yerlərində işlənən forma əsas götürülmüşdür,q alanları dialektt sözləri kimi yaşayır, aid olduğu yerlərdə ədəbi dildəki variantı ilə paralel işlənir, dialektoloji lüğətlərdə təsbit olunur. Nitq o zaman düzgün, gözəl, təsirli olur ki, işlədilən sözlər fonetik normalar daxilində yazıya və tələffüzə yararlı olur, cümlələr qrammatik normalara cavab verir. Normalar isə təkcə bədii, elmi, publisistik və rəsmi-kargüzarlıq üslublarında möhkəm nümunəvi dil qaydalarını deyil, dilin lüğət tərkibini, sözlərin leksik-semantik mənasını, onların tələffüz və yazı qaydalarını formalaşdırır, dilin özünün strukturu və sistemindəki obyektiv qanunauyğunluqları tənzimləyir. Norma təkcə təbiətdə və cəmiyyətdə deyil, eləcə də dildə mövcuddur.
Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş məcburi qaydalardır. Əlbəttə, dil ictimai hadisə kimi dəyişib inkişaf etdiyi kimi, dil normaları da dəyişir və təkmilləşir.
“Fonetika” yunanca “phonetike” sözündən olub, “səsə aid” deməkdir, “dilin səs quruluşu”, “səs tərkibi” mənasındadır. Dilçiliyin bir bölməsi olan fonetika dilin səs sistemini, səs qanunlarını öyrənir. Bir az da əhatəli desək, fonetika dil səslərinin dəyişməsini, səs-fonem problemini, heca, vurğu, intonasiyanı, fonetik anun və hadisələri araşdırır, nizama salır. ədəbi dilin səs sistemi müəyyən normalar əsasında tənzimlənir. Sözlər ümumxalq dilində müxtəlif şəkildə deyilsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma, yazılış qaydası isə orfoqrafik norma adlanır. Orfoepik və orfoqrafik normalar birlikdə dilin fonetik quruluşu ilə müəyyənləşir və fonetik normanı təşkil edir. Deməli, sözün düzgün tələffüzü və düzgün yazılışı fonetik norma daxilindədir.
Orfoqrafiya ilə orfoepiya arasında fərqi aradan qaldıran, onları bir-birinə yaxınlaşdıran fonetik prinsipdir. Dilimizdə bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər mövcuddur. Elə sözlər vardır ki, onları tələffüz edildiyi kimi yazmaq, yaxud yazıldığı kimi tələffüz etmək səhvdir. Beləliklə, fonetik norma iki formada özünü göstərir: sözün düzgün tələffüz forması (orfoepiyası) və düzgün yazılış forması (orfoqrafiyası).
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.
Orfoqrafiya qaydaları aşağıdakı xüsusiyyətlərinə görə başqa qayda və normalardan fərqlənir: 1) Orfoqrafiya qaydaları ümumi razılaşmaya, ümumxalq sorğusuna əsaslanır. 2) Bu qaydalar vahiddir, hamı, hər bir azərbaycanlı üçün birdir. 3) orfoqrafiya yazıda ikiliyin qarşısını alır. 4) Orfoqrafiya qaydalarının əsası sabitdir. 5) Qaydalarda müəyyən şərtliyə yol verilir.
Orfoqrafiya qaydalarına əsasən ərəb və fars mənşəli bir hecalı sözlərin bir qismi dilimizin ahənginə, tələffüzünə uyğun ikihecalı kimi yazılır. Məs. nəsl-nəsil, şəhr-şəhər, ətr-ətir, fəsl-fəsil, səbr-səbir, ism-isim, qədr-qədir və.s. digərləri isə mənbə dilinə uyğun birhecalı yazılır: misl, zülm, üzv, sehr və.s.
Dilimizdəki rus və Avropa mənşəli sözlərin müəyyən hissəsi mənbə dillərin orfoepik normalarına uyğun tələffüz olunur, müəyyən qismi isə Azərbaycan dilinin spesifik normaları əsasında tələffüz edilir. Bu sözləri yazılış və tələffüzcə iki əsasa qrupa ayırmaq olar. 1) rus dilinin orfoepik normalarına uyğun tələffüz edilən alınmalar. Bunları üç hissəyə bölmək olar. a) rus dilində tələffüzü yazılışından fərqlənməyənlər.: bint, traktor, temp, fakt, rayon, mexanik, elektrik, orqan, maqnit, matros və.s. b) rus və azərbaycan dillərində yazılışca fərqlənən sözlər: rus dilində - apparat, ballon, massaj, kasseta, şosse, kristall, qramm, Azərbaycan dilində - aparat, balon, kaset, masaj, şose, kristal, qram və.s c) həm mənbə dildə, həm də Azərbaycan dilində yazılışı ədəbi tələffüzdən fərqlənən sözlər. Moskva-Maskva, roman-raman, komediya-kamediya və.s.
2) dilimizin tələffüz normalarına uyğun tələffüz edilən və yazılan alınma sözlər.
Rus dilində Azərbaycan dilində
Planeta, apteka, vedro planet, aptek, vedrə
Orfoqrafiya qaydaları bir neçə hissəyə bölünür.

  1. Kök və şəkilçidəki səslərin hərflə ifadəsinə dair qaydalar

  2. Mürəkkəb sözlərin bitişik, yarımbitişik (defislə) və ayrı yazılmasına aid qaydalar.

  3. Sözlərin baş hərflərinin böyük yazılmasına aid qaydalar.

  4. Sözün hissəsinin sətirdən-sətrə keçirilməsinə dair qaydalar.

  5. İxtisar edilən sözlərin və qısaltmaların yazılışına aid qaydalar

İxtisar olunmuş sözlərin yazılışında aşağıdakı prinsiplərdən istifadə edilir.

  1. İnisial prinsipı: Sözün ancaq ilk hərfinin yazılması inisal prinsip adlanır. Məs. q (qəpik), m (manat), h (hissə) və.s

  2. Suspenziya prinsipi: Sözün yalnız birinci hərfi deyil, onun bir hissəsinin yazılması prinsipinə suspenziya deyilir. Məs. prof. (professor), dos (dosent), yol (yoldaş), akad (akademik)

  3. Kontraksiya prinsipi: Sözün ortasındakı hərfləri ixtisar edərək yazmaq prinsipi kontraksiya adlanır. Məs. f-k (fabrik), d-r (doktor), z-d (zavod) və.s.

Düzgün yazı bacarığına yiyələnməyin başlıca şərtlərindən biri durğu işarələrini məqama uyğun işlədə bilməkdir. Durğu işarələri düzgün oxuyub yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu işarəsinin mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu işarələrinin bir qismi (nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, nida kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı müxtəlif qrammatik bağlanmaları, ayrılmaları göstərməyə deyil, həm də yazılı nitqdə nəzərdə tutulan fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə çarpdırmaq vəzifəsini də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq kimi işarələrdən sözlərin, ifadələrin və cümlələrin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə məqamları rəngarəngdir. İmkanın məhdudluğu üzündən onlar haqda bir qədər yığcam danışmaqla kifayətlənirik.
Nöqtə. Bu işarə aşağıdakı hallarda qoyulur:


  1. Yüklə 1,46 Mb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin