Gəncə xanlığı. Bu xanlıq Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəylik irsi olaraq XVII əsrdən Qacarlar tayfasının Ziyadoğlular tərəfindən idarəolunmuşdur. Gəncə istər hərbi-siyasi, istərsədə iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Gəncə xanlığının əsasını II Şahverdi (1747-1760) qoymuşdur. Onun hakimiy-yəti dövründə qonşu dövlətlər –Qarabağ xanlığı və Kartli-Kaxetiya çarları buraya hücumlar etmişdir. Hətta bir müddət Gəncə Kartli çarlarından asılı vəziyyətə düşmüşdür. II Şahverdinin oğlu Məhəmmədhəsən xanın dövründə (1760-1780) Gəncə Gürcü çarlarının asılığından qurtarır. Lakin 1780-ci ildə Məhəmməd Həsən xan öz qardaşı Məhəmməd tərəfindən öldürülür. Bu vəziyyətdən istifadə edən Qarabağ xanı İbrahim Xəlil xan və Gürcü çarı II İrakli yenidən Gəncəyə hücum edərək şəhəri alırlar. Şəhərə Qarabağ nümayəndəsi Həzrətqulu bəy və gürcü nüma-yəndəsi Keyxosrov Andronikşvili hakim təyin edilirlər. Bu vəziyyətdən zərər çəkən aşağı xalq kütlələri tezliklə işğalçılara qarşı mübarizəyə başlayırlar. 1783-cü ildə başlanan həmin hərəkəta Ziyadoğullar nəslindən olan Hacı bəy başçılıq edirdi.
Bu üsyana Qarabağ xanı İbarahimxəlil xan da kömək edirdi, çünki O,gürcülərin buradan qovulmasını istəyirdi. Lakin üsyançılar hər iki işğalçını Gəncədən qovurlar. Hacı bəy 1783-cü ilə qədər xanlığı idarə edir. Bu vaxt Şuşada əsirlikdə olan Ziyadoğlu nəslindən olan Rəhim bəy (1785-86)Gəncəyə qaçır və hakimiyəti ələ keçirir. Lakin Qarabağ və Gürcü hakimləri yenidən Gəncənin işlə-rinə qarışmağa başlayırlar. Nəticədə Ziyadoğlu nəslinin görkəmli nümayəndəsi Cavad xan (1786-1804) hakimiyyətə keçir. O, əvvəllər Gürcü çarlarından asılı olsa-da, 1795-ci ildən bu asılılığa son qoyur.
Cavad xan 1804-cü il yanvarın 3-də Rus qoşunlarına qarşı mübarizədə həlak olmuş və bununla Gəncə xanlığı süqut etmişdir.
Dostları ilə paylaş: |