2
Büdcə quruculuğu ölkənin dövlət büdcəsinin və büdcə sisteminin təşkili
prinsiplərini ,onların strukturunu, büdcə sisteminə daxil olan büdcələrin
qarşılıqlı əlaqəsi və fəaliyyətinin təşkilati əsaslarını büdcə vəsaitlərinin
yaradılması və istifadəsi qaydalarını müəyyən edir.
Büdcə quruculuğunun tərkib hissəsini büdcə sistemi təşkil edir. Büdcə
sistemi dedikdə, iqtisadi münasibətlər və mövcud dövlət quruluşuna
əsaslanan ,hüquq normaları ilə tənzimlənən müxtəlif səviyyəli büdcələrin
və büdcədənkənar fondların məcmusu başa düşülür.
Başqa sözlə,ölkənin vahid büdcə sistemində birləşdirilən dövlət
büdcəsinin, ayrı- ayrı müstəqil büdcələrin və dövlət fondlarının məcmusu
həmin dövlətin büdcə sistemini təşkil edir. Büdcə sisteminin qurulması və
onun ayrı- ayrı həlqələri arasında qarşılıqlı maliyyə münasibətlərinin təşkili
büdcə quruluşu adlanır. Büdcə sistemi dövlətin maliyyə sisteminin başlıca
həlqəsidir.
Büdcənin strukturu büdcə sisteminin qurulma prinsiplərini , gəlirlərin və
xərclərin ayrı- ayrı büdcələr arasında bölüşdürülməsi mexanizmini özündə
əks etdirir.
Büdcə sisteminin strukturu ölkənin dövlət və inzibati quruluşunun
formalaşması ilə, burada fəaliyyət göstərən əsas qanunvericilik aktları ilə,
büdcənin ictimai təkrar istehsalda və sosial sferada rolu ilə müəyyən edilir.
Bütün ölkələrdə büdcə sistemi konstitusiya prinsiplərinə və həmin ölkənin
müvafiq qanunvericilik aktlarına uyğun olaraq qurulur. Büdcə sistemi
mərkəzi hökumətin və yerli hakimiyyət orqanlarının büdcələrindən ibarətdir.
Hər bir dövlətdə büdcə sisteminin spesifik cəhətləri var. Hakimiyyət inzibati-
ərazi qurumları arasında bölgüsündən asılı olaraq bütün dövlətlər unitar,
federativ və konfederativ dövlətlərə bölünür.
Unitar( vahid) dövlətlər- elə dövlət quruluşudur ki, burada inzibati- ərazi
qurumları xüsusi dövlətçiliyə və muxtariyyətə malik deyildir. Ölkədə vahid
konstitusiya, hamı üçün vahid hüquqi sistem və vahid idarəetmə orqanı,
dövlətdə iqtisadi, sosial və siyasi proseslərin mərkəzləşdirilmiş idarəetmə
sistemi
fəaliyyət
göstərir.
Unitar
dövlətlərdə(İngiltərə,
Fransa,
İtaliya,Yaponiya,Azərbaycan və başqaları) iki idarəetmə həlqəsi var:
Mərkəzi idarəetmə orqanları və yerli özünüidarəetmə orqanları. Büdcə
Dostları ilə paylaş: