Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə116/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   112   113   114   115   116   117   118   119   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
135



-
hüquq- mühafizə , təhlükəsizliyin təmin edilməsi üzrə digər kateqoriyalara 
aid edilməyən fəaliyyətlə bağlı xərclər. 
Bu xərclərin tərkibində müdafiə edilən maddələr üzrə xərclər də mövcuddur və 
büdcənin icrası zamanı aşağıdakılara üstünlük verilir: 
-
sosial və məcburi tibbi sığorta fonduna, pensiya fonduna, əhalinin 
məşğulluq fonduna ödəmələrin həyata keçirilməsi; 
-
tibbi xidmət xərcləri; 
-
ərzaq təminatı. 
Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərclərinə 
daxildir:Azərbaycan 
Respublikasının 
Prezidentinin 
Seçki, 
Azərbaycan 
Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının yerli bələdiyyə 
orqanlarına seçkilərin keçirilməsi, Ümumxalq səsverməsi( referendumlar) 
keçirilməsi, xalq məhkəmələrinə seçkilərin keçirilməsi, respublikada əhalinin 
siyahıya alınması ilə bağlı xərclər. 
Idarəetmə aparatının saxlanması xərclərinin həcmi ştat siyahısı cədvəlləri və 
xərclər smetası əsasında müəyyən edilir. Ştat cədvəlində vəzifələrin struktur 
bölmələri üzrə adı , hər bir vəzifə üzrə ştat vahidinin sayı, vəzifə maaşlarının 
sxemi, əmək haqqına əlavələr, vəzifə maaşları üzrə aylıq əmək haqqı fondu , hər 
bir vəzifədə maksimum və minimum əmək haqqı göstərilir. 
Idarəetmə orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının 
“Dövlət büdcəsi haqqında” Qanuna, Azərbaycan Respublikasının dövlət 
büdcəsinin təsnifatı və büdcənin icrası prinsipləri həyata keçirilir. 
Smeta üzrə təxsisatların həcmi büdcədə təsdiq olunmuş məbləğdən asılı ola 
bilməz. Büdcə vəsaiti yalnız məqsədli təyinatı üzrə və təyin edilmiş müddətdə 
istifadə edilməlidir. Yerli idarəetmə orqanları üzrə xərclərin hesablanmasını
müvafiq struktur bölmələri həyata keçirir. Zəruri təxsisatların həcmi təsdiq 
olunmuş tarif, norma və normativlər əsasında hesablanır. Xərclərin müəyyən 
edilməsi zamanı xərclərə fərdi və birləşdirilmiş normalar tətbiq oluna bilər. Xərclər 
iqtisadi və funksional təsnifat koduna uyğun olaraq həyata keçirilir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin