5
yardım
təşkilatları,
sığorta
şirkətləri, investisiya şirkətləri və fondları, Mərkəzi
Bank, Kommersiya bankları, maliyyə şirkətləri, fiziki şəxslər və s.
Hazırda Azərbaycanda da müəyyən qədər daxili və xarici borc bazarı yaranmışdır. Bu
borclar isə “ Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Daxili və xarici dövlət borclarının limitləri hər il dövlət büdcəsi ilə bərabər təsdiq olunur.
Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatına əsasən Azərbaycan
Respublikasının daxili dövlət borcunun maliyyələşmə mənbələri aşağıdakılardır:
- uzunmüddətli dövlət daxili uduşlu istiqrazları;
- qısamüddətli istiqrazlar və veksellər;
- başqa kateqoriyalara aid olmayan qısamüddətli ssudalar ;
- sair öhdəliklər;
- bank hesabında vəsait qalıqlarının dəyişdirilməsi.
Ölkənin daxili borcunun əsas komponentləri aşağıdakılardan ibarətdir:
- dövlət qısamüddətli istiqraz vərəqələri;
- 1994- cü il dövlət 150 faizli istiqraz vərəqələri;
- hökumətin sərəncamına əsasən buraxılmış dövlət nağdsız kuponlu istiqraz vərəqələri;
- beynəlxalq maliyyə- kredit və digər kredit təşkilatları ilə aparılan danışıqlar nəticəsində
ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı- ayrı prioritet hesab
edilən layihələrin maliyyələşdirilməsi məqsədilə müvafiq hökumət zəmanətləri ilə
verilmiş kreditlər;
- mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının
silinmiş əsas borcu məbləğində yerləşdirilmiş dövlət qiymətli kağızları.
Daxili dövlət krediti aşağıdakı formalarda ola bilər:
- dövlət istiqrazları;
- əhalinin əmanətlərinin bir hissəsinin dövlət istiqrazlarına çevrilməsi;
- ümumdövlət ssuda fondundan borc vəsaitinin alınması;
- xəzinə öhdəlikləri və s.
Normal iqtisadi sabitlik şəraitində dövlətin buraxdığı istiqrazların daxili maliyyə bazarında
satışı normal həyata keçirilir.
Dövlət istiqrazları bir neçə əlamət üzrə təsnifləşdirilir:
1.
Yerləşdirilmə üsuluna görə dövlət istiqrazları bir neçə əsas qrupa bölünürlər:sərbəst
dövr edən ; abunə formasında yerləşdirilən ; icbari formada yerləşdirilən.
Dövlət istiqrazları hökumət tərəfindən ssuda kapitalı bazarında bankların və qeyri- bank
mliyyə institutları vasitəçiliyi ilə yerləşdirilir. İstiqrazlar adətən bank sistemi vasitəsilə,
əhalinin əmanətçiliyi ilə yerləşdirilir.
Dostları ilə paylaş: