12
Spesifik büdcədənkənar fond olan Dövlət Neft Fondu ( ARDNF) Azərbaycan
Respublikasının Prezidentinin 1999- cu il 29 dekabr tarixli, 240 saylı fərmanına
uyğun olaraq yaradılmışdır.
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Əsasnaməsi Azərbaycan
Respublikası prezidentinin 29 dekabr 2000- ci il tarixli 434 nömrəli firmanı ilə
təsdiq edilmişdir. Ölkə prezidentinin 19 iyun 2001- ci il tarixli 511 nömrəli fərmanı
ilə ARDNF- in valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi
haqqında qaydalar təsdiq edildikdən sonra Neft Fondu Əməli fəaliyyətə
başlamışdır.
Neft Fondunun yaradılmasının əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli
bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun qarşısında duran əsas
vəzifə Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin
mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində
bağlanmış sazişlərin həyata keçirilməsindən və Neft Fondunun öz fəaliyyətindən
əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli əldə edilməsini təmin
etməkdir. Bundan başqa Neft Fondunun qarşısında ölkə iqtisadiyyatını artan xarici
valyuta daxilolmalarının mümkün mənfi təsirlərindən qorumaq, makroiqtisadi
tarazlığı təmin etmək kimi mühüm vəzifələr durur.
Neft Fondu Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və
məsuliyyət daşıyır. Fond eləcə də özünün nəzarətedici orqanı olan Müşahidə
Şurasına və Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasına hesabat verir.
Prezident Fondun fəaliyyət qaydasını müəyyən edir, icraçı direktorunu müəyyən
edir və işdən azad edir. Müşahidə şurasının üzvlərini təyin edir.
Müşahidə şurası NF- nin aktivlərin istifadəsi barədə hesabat hazırlanması
qaydalarını müəyyənləşdirir,NF- nin illik hesabatına, auditor hesabatına və
büdcəyə rəy verir. ARDNF icraçı direktoru operativ idarəetməni həyata keçirir,
illik investisiya strategiyasını hazırlayır. Iqtisadi İnkişaf Nazirliyi və birgə Neft
Fondunun xərclər proqramını formalaşdırır, prezidentə hesabatı təqdim edir. Neft
Fonduna icraçı direktor rəhbərlik edir. Neft Fondunun fəaliyyətinə ümumi nəzarəti
Dostları ilə paylaş: