Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə55/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   51   52   53   54   55   56   57   58   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
65



I Xosovun dövründə əmlakın xarakterindən asılı olaraq 20- 50 yaşlı 
kişilərdən 12,8,6 və 4 drahma can vergisi müəyyən edilmişdir. Kubar 
nəsillər, əyanlar , döyüşçülər, katiblər, kahinlər və məmurlar can 
vergisindən azad idilər. Vegilərin ödənilməsi çətin olduğundan 4 aydan 
bir, ildə 3 dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən başqa 
vergilər də tutulurdu.
VIII əsrdə müsəlman qanunvericiliyinə - şəriətə görə cizyə hər il 
ancaq kişilərdən, ancaq onların sənətə və ya ticarətdən əldə etdikləri 
qazancdan asılı olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 
12 dirəhm ödəyirdilər. Əgər can vergisi cizyə ancaq qeyri- 
müsəlmanlardan alınırdısa, torpaq vegisi- xərrac həm müsəlmanlardan 
həm də başqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyri- 
müsəlmanlar bu vergini ikiqat həcmdə ödəyirdilər. 
Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini 
təşkil edirdisə, Abbasilər dövründə vergilər ancaq bir hissəsi natura ilə 
ödənilirdi. Özü də bu natura içərisində zinət şeyləri və Ərəblərdə az 
tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbası Xəlifəsi Əl- 
Mənsurun dövründə ( 745- 775) xüsusən geniş tətbiq edilməyə 
başlamışdır. 
Əl Mənsurun varisi Xəlifə Əl- Mehdinin dövründə ( 775- 785) onun 
sərəncamına görə xəracalma sistemi dəyişdirili.
Misahə xəracc- torpağın sahəsinə görə alınan vergi əvəzinə 
,Müqasəmə xəracı- məhsula görə alınan vergi qoyuldu, özü də suvarılan 
torpaqlardan məhsulun yarısı dəliyə və kirdə ilə suvarılan torpaqlardan 
məhsulun 1/3 , diləblə suvarılan torpaqlardan məhsulun ¼- i alınırdı. 
Lakin Əl – Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm 
bağlarına xərac qoyulurdu. Torpaq vergisi və can vergilərindən əlavə 
aşağıdakı vergiər alınırdı: Xüms- mülkiyyətdən və əmlakdan alınan , 
gəlirin 1/5 – nə bərabər olan vergi; Zəkat- yoxsulların xeyrinə varlı 
müsəlmanların əmlakından tutulan vergi; Zəkat -əl- fitir – orucluğun 
başa çatması münasibəti ilə verilən pay – fitrə; Sədəqə- yoxsullara verilə 
ianə; Üşr – məhsulun 1/ 10- nə bərabər evrgi. 
Xüms – pul və natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan , 
əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin 
müsəlmanlardan satın alıdığı torpaqlardan, əsirlər də daxil hərbi 
qənimətlərdən alınırdı.

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin