11
cəlb edilməsi yollarının məcmusudur. Qısaca desək, müəyyən edilmiş
qaydada tutulan vergi , yığım, rüsum və digər ödənişlərin məcmusu
vergi sistemini təşkil edir.
Vergi sistemi:
1)
büdcə gəlirlərinin yığılmasını təmin edir
2)
əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin formalaşması və
yenidən bölgüsü xüsusiyyətləri nəzərə alınmaqla bütövlükdə və
təsərrüfatın ayrı- ayrı sahələrində , istehsalın və istehlakın
tənzimlənməsi üçün şərait yaradır.
Müasir vergi sisteminin əsas prinsipləri aşağıdakılardır:
1. Hər bir hüquqi və fiziki şəxs mövcud qanunvericilik çərçivəsində
vergi ödəməlidir
2. Vergilər cəmiyyətin və dövlətin inkişafının maliyyə təminatı
məqsədilə tətbiq edilir
3. Vergilər siyasi, ideoloji, etnik, konfessional və bu kimi digər
kriteriyalardan asılı olmayaraq tətbiq edilir.
4. Vahid iqtisadi məkana və Azərbaycan Respublikasının vergi
sisteminə zidd olan vergilər tətbiq edilə bilməz.
Müxtəlif səviyyəli büdcələrə daxil olan vergiləri vergitutma obyektinə,
vergi dərəcələrinin quruluş xarakterinə və istifadəsinə görə müxtəlif
əlamətlərə görə təsnifləşdirmək olar.
Vergitutma obyektinə görə vergilər birbaşa və vasitəli vergilərə bölünür.
Birbaşa vergilər- vergi ödəyicilərinin bilavasitə gəlirlərindən və
əmlakından müvafiq dərəcələrlə dövlət tərəfindən alınan vergilərdir.
Məsələn, fiziki şəxslərdən gəlir vergisi mənfəət vergisi, torpaq vergisi və
s.
Birbaşa vergilər real və xüsusi vergilərə bölünür. Real vergilər vergi
ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın,
məhsulların və ya fəaliyyətin ayrı – ayrı növlərinə görə ödənilir.
Xüsusi vergilər vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılıdır və
gəlir mənbəyindən və ya bəyənnaməyə görə ödənilir.
Dostları ilə paylaş: