Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə105/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   101   102   103   104   105   106   107   108   ...   155
Büdcə Sistemi

 
Ədəbiyyat 
1.Azərbaycan Respublikası regionlarının 2009- 2013- cü illərdə sosial- iqtisadi 
inkişafı. Dövlət Proqramı. 
2. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı.Qanun 1999. 
3. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu. 
4. “Büdcə sistemi haqqında “Azərbaycan Respublikasının Qanunu.2002. 
5. Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov,F.Ə.Qurbanov. Büdcə sistemi. Bakı 2003. 
6. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007. 
7.M.M.Sadıqov, S.Məmmədov. Maliyyə.Gəncə 2010. 
KitabYurdu.az 
122


Sosial siyasət, Azərbaycan Respublikasının Konstitusiyası və digər 
qanunvericilik aktları ilə tənzimlənən və əhalinin hüquq və təminatlarını həyata 
keçirməyə imkan verən, dövlətin əsas istiqamətlərindən biridir. Bu cür hüquq və 
təminatların həyata keçirilməsi, əhaliyə sosial müdafiə xidmətlərin göstərilməsini 
nəzərdə tutur. 
Sosial müdafiə dedikdə , xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək 
olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum 
tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti başa düşülür. Sosial 
müdafiənin bu forması cəmiyyətin iqtisadi və siyasi inkişafı ilə əlaqədar meydana 
çıxmış və inkişaf edərək hər bir dövlətin imkan və maraqlarından asılı olaraq
sosial müdafiə mexanizmi yaradılmışdır. 
Azərbaycanda sosial müdafiə sistemi MBD ölkələrinin sistemlərinə oxşar olsa 
da, ölkənin sosial durumu bir qədər fərqlidir. Dövlətin himayəsində milyonlarla
qaçqın, Qarabağ müharibəsi əlili və çoxsaylı ailə var. Dövlət Sosial Müdafiə Fondu 
( DSMF) vətəndaşlara pensiya,aztəminatlı ailələrə müxtəlif müavinətlər verir. 
Sosial xidmətlərin növlərinə aiddir: 
- uşaqlı ailələrə dövlət müavinətləri; 
- yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiyalar; 
- işsizliyə görə müavinətlər; 
- Çernobıl AES – də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması
iştirakçılarına müavinətlərin ödənilməsi; 
- sair müavinətlər və kompensasiyalar. 
Sosial müdafiə və sosial təminat xərclərinin ÜDM-də xüsusi çəkisi ildən-ilə 
artmışdır. 
Əhalinin sosial təminat hüququ müxtəlif forma və metodlarla həyata keçirilir. 
Bununla belə hər bir dövlətdə sosial təminat hüquq sahəsində vətəndaşların 
pensiya təminatı ən aparıcı yer tutmuşdur. 
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra qəbul etdiyi ilk mühüm 
qanunlardan biri “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan 
Respublikası Qanunu olmuşdur. Həmin qanun 1993- cü il yanvarın 1- dən qüvvəyə 
minmişdir. Qanuna dəyişiliklər və əlavələr 13 iyun 1997- ci ildə qəbul olunmuşdur. 
Bu qanun iki mərhələdə: ilk mərhələ 1 avqust 1997- ci ildə və ikinci mərhələ isə 1 
avqust 1998- ci ildə qüvvəyə minmişdir. Qanunda əmək pensiyaları və sosial 
pensiyaların növləri , onların şərtləri və ödənilməsi qaydası müəyyən edilmişdir.
Aşağıdakı şəxslərin sosial müdafiəsi həyata keçirilir: 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin