2
“ Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda
deyildiyi kimi büdcə xərcləri dövlətin və yerli özünüidarəetmə orqanlarının
vəzifə və funksiyalarının yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir.
Dövlət büdcəsinin xərcləri dövlətin pul vəsaiti fondunun yaradılması və
onun onun sahə, məqsədli və ərazi təyinatı üzrə istifadəsi ilə əlaqədar əmələ
gələn iqtisadi münasibətləri ifadə edir.
Büdcə xərclərinin iqtisadi mahiyyəti onun növlərində təzahür edir.
Xərclərin hər bir növü keyfiyyət və miqdar xarakteristikasına malikdir.
Büdcə xərclərinin növləri bir sıra amillərlə - dövlətin təbiəti və funksiyaları
ilə, ölkənin sosial- iqtisadi inkişaf siyasəti ilə, büdcənin xalq təsərrüfatı ilə
əlaqəsinin genişliyi, dövlətin inzibati- ərazi quruculuğu və s. ilə müəyyən
edilir. Bu amillərin əlaqələndirilməsi sosial- iqtisadi inkişaf müəyyən
mərhələsində bu və ya digər dövlətin büdcə xərcləri sistemini doğurur.
Bütün səviyyələrdə büdcə xərclərinin formalaşması Azərbaycan hökuməti
tərəfindən müəyyən edilən vahid metodoloji əsaslara, minimum büdcə
təminatlığı normativlərinə və s. əsaslanır.
Dostları ilə paylaş: