Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə73/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   69   70   71   72   73   74   75   76   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
87


Maddi və qeyri- maddi istehsal sahələrində maliyyə təşkilinin əsas
istiqamətlərindən biri maliyyə planlaşdırılmasıdır. Maliyyə planlaşdırılması 
maliyyə planlarının tərtib edilməsi və icrası yolu ilə həyata keçirilir. Maliyyə 
planlaşdırılması özündə maliyyə və kredit resurslarının plan üzrə hərəkətinin
müəyyən edilməsi prosesini ifadə edir. Maliyyə planlaşdırılmasının obyekti pul 
vəsaiti fondu, onların formalaşdırılması mənbələri və digər göstəricilərdir. Maliyyə 
planlaşdırılmasının aşağıdakı metod və üsulları var: iqtisadi təhlil, əmsal, 
normativ,iqtisadi- riyazi, balans metodu. Onlar maliyyə planını əsaslandırmaq üçün
bir- birini tamamlamaqla eyni vaxtda tətbiq eidlir. 
Maddi istehsal müəssisələrində maliyyə planı gəlirlər və xərclər balansı 
formasında tərtib edilir. Gəlirlər və xərclər balansında müəssisənin pul formasında 
gəlirləri, xərcləri, əsas və digər fəaliyyət növləri üzrə maliyyə nəticələri, 
satışdankənar gəlirlər və xərclər üzrə büdcəyə ödənişlər və büdcə vəsaitləri əks 
olunur. 
Müəssisənin gəlirlər və xərclər balansı iki hissədən ibarətdir: 
1.
Gəlirlər və daxilolmalar 
2.
Xərclər və ayırmalar. 
“Gəlirlər və daxilolmalar” bölməsində aşağıdakılar əks olunur: 
- satışdan gəlirlər 
- əmlakın icarəyə verilməsindən gəlirlər 
- müştərək müəssisələrdə iştirakdan gəlirlər 
- xidmətlərin göstərilməsindən 
- kredit və borclar 
- digər daxilolmalar. 
“Xərclər və xaricolmalar(ayırmalar)” bölməsində aşağıdakılar əks olunur: 
- dövlət büdcəsinə ödənilən vergilər 
- geniş təkrar istehsala, sosial sahələrin saxlanılmasına xərclər 
- elmi- tədqiqat işlərinə çəkilən xərclər. 
- uzunmüddətli kreditlərin və borcların ödənilməsi və kreditlərə və borclara görə 
faizlər. 
- digər xərclər. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin