Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


MÖVZU 12. Fərdi mühafizə vasitələri



Yüklə 247,96 Kb.
səhifə36/40
tarix29.11.2022
ölçüsü247,96 Kb.
#71317
1   ...   32   33   34   35   36   37   38   39   40
Əməyin-mühafizəsi

MÖVZU 12. Fərdi mühafizə vasitələri

Fərdi mühafizə vasitələri Hər hansı işə başlamazdan əvvəl işçilərin qarşılaşacaqları təhlukələri aradan qaldırmaq və ya minimuma endirmək məqsədilə FMV istifadə olunmalıdır. Bədənin və bədən üzvlərinin qorunması məqsədilə istifadə olunan 7 növ FMV aşağıda göstərilmişdir; a) Başın mühafizəsi b) Əllərin mühafizəsi c) Ayaqların mühafizəsi ç) Gözlərin mühafizəsi d) Eşitmə orqanlarının mühafizəsi q) Bədənin mühafizəsi e) Tənəffüs orqanlarının mühafizəsi







İşlərin rəhbəri (prorab usta) xüsusi geyimlərin xususi ayaqqabların və fərdi mühafizə vasitələrinin müvafiq keyfiyyətdə olmasına və onların vaxtında verilmesine nəzarət etməlidir İstifadede olmus xususi geyimlər və xüsusi ayaqqabilar yalnız yuyulduqdan təmirdən və dezinfeksiya edildikden sonra təqdim edilə bilər. Üzərində sınaqların aparılma müddətləri göstərilən birkalı, fərdi muhafizə vasitələri və qoruyucu ləvazimatlar onların qoruyucu xüsusiyyətlərini zəiflədən qüsurlara malik olmamalıdır. Xüsusi geyimlər və xüsusi ayaqqabılar iş zamanı hərəkəti məhdudlaşdırmamalıdır. Üzərinə tez alışan və ya sürtgü materialı tökülmüş xüsusi geyimdə işləmək onlarla geyimli vəziyyətdə siqaret çəkmək və ya od mənbələrinə yaxınlaşmaq olmaz Belə geyimlər dərhal yuyulmaga təhvil verilməlidir. Xüsusi geyimləri benzinlə yumaq və ya təmizlərkən benzindən istifadə etmək qadagandır.
İşlərin yer səviyyəsindən 1,3m dən yuxarı yüksəklikdə yerinə yetirərkən (hasarlı döşəmələri quraşdırmaq mümkün və ya məqsədəuyğun olmazsa) işçilər təhlükəsizlik kəmərləri ilə və altı sürüşməyən ayaqqabılarla təmin edilməlidir. Təhlükəsizlik kemerinin pasportu olmalı və hər 6 aydan bir 5 dəqiqə ərzində statik yük altında (4kN) davamlılığı sınaqdan kecirilməlidir. Təhlükəsizlik kəmərinə üzərində nömrəsi və sinaq tarixi qeyd edilmiş birka bərkidilməlidir. Alətlərin mismarların boltların və başqa xırda detalların daşınması və saxlanması üçün yüksəklikdə işləyən işçilər çiyindən asılan çantalarla təmin edilməlidir.
Fövqəladə Hallarda fərdi Mühafizə vasitələrindən istifadə Qaydaları və əhalinin, fəhlə və qulluqçuların Təchizat prinsipləri Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsə heyəti müəyyən müddət radioaktiv maddələr, zəhərləyici maddələr yaxud bakteroloji vasitələrlə zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilas etmə işləri aparılmalıdır. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir: tənəffüs üzvlərinin mühafizə vasitələri; dəri səthinin mühafizə vasitələri; tibbi mühafizə vasitələri. Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar, əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir. Müasir əleyhqazlar insanın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin ( buxar, duman, qaz, tüstü, ZM damcılarının ), radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir . Əleyhqazların təsiredici və süzücü növləri olur. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaqəleyhqazları) daha geniş yayılmışdır. Onların işi içərisində fəallaşdırılmış kömür (katalizatorlar) və aerozol əleyhinə süzgəclər olan süzücü uducu qutunun daxili qatlarından keçərək zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Süzücü uducu qutunun qatları dəm qazını udub saxlaya bilmir , buna görə də tənəffüs üzvlərinin dəm qazından mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə olunur. Hazırda respublikamızın MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5M, QP-7 tipli əleyhqazlardan istifadə etmək olar. Respirator da həmçinin nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə sənaye respiratoru taxırlar. Respiratorlar suyadavamlı mastika vasitəsilə markalanmışdır: respiratorun ölçüsü – yarımmaskanın daxili səthində, yaxud burun sıxacağının səthində, məmulatın adı, onu hazırlayan müəssisənin şərti işarəsi və hazırlama ilinin sonuncu iki rəqəmi – elastik qaytanın səthində göstərilmişdir. Respiratorun ölçüsü həmçinin onun sənədində göstərilir. F.H zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyilə zəhərlənmənin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr) təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər əleyhinə dərman ) və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir. Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri,radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümumqoşun mühafizə komplekti-ÜMK, yüngül mühafizə kostyumu-L1) və əlaltı vasitələrə məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Mühafizə tədbirlərinin diferensial surətdə yerinə yetirilməsi o deməkdir ki, bu tədbirlərin xarakteri və həcmi şəhərlərin və təsərrüfat obyektlərinin siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq müəyyən edilməlidir. Əhalinin fövqəladə hallarda mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir: əhalini fərdi mühafizə vasitələri ilə təmin edilməsi; etibarlı xəbərdarlıq sisteminin yaradılması; mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; ərzaq və suyun radioaktiv, kimyəvi və bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi; rejimli tədbirlərin, sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi; kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar zonanın hazırlanması. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları müdafiə qurğularında daldalanmaq, fərdi mühafizə vasitələrindən istifadə etmək, iri və təhlükəli sahələrdən təhlükəsiz zonaya köçürülməkdən ibarətdir.
Qoruyucu paltar və avadanlıq Siz işləyərkən əməliyyatların bəzilərində təhlükə ehtimalı olan maddələrdən istifadə edilməsi lazım gələ bilər. Əgər bu hal baş verərsə, Siz hər zaman qoruyucu paltar geyməli ya da qoruyucu avadanlıqdan istifadə etməli olacaqsınız. İşə başlamazdan əvvəl tabe olduğunuz şəxsdən bütün lazım olan qoruyucu vasitələri alın. Verilmiş qoruyucu paltardan və avadanlıqdan istifadə edin. Hər zaman onların iş üçün müvafiq mühafizəni təmin etdiyinə əmin olun. Onlardan istifadə üçün hər hansı xüsusi təlimatlara riayət edin. Onlara diqqətli münasibət göstərin və hər hansı bir qüsur aşkar etdikdə öz rəisinizə məlumat verin. Siz süni nəfəs aparatı kimi təcili lazım olan avadanlığın yerləşdiyi yeri bildiyinizə və ondan istifadə etmək üçün Sizə təlim verildiyinə əmin olun. Təhlükəsizlik dəbilqəsi və çəkmələrini iş gedən sahə/sexlərdə geyinin. Alətləri, əşyaları cibinizdə saxlamaqdan çəkinin. Daim tabe olduğunuz şəxsdən məsləhət alın və ona əsasən hərəkət edin. Heç vaxt zədələnmiş, qüsurlu və ya çirklənmiş avadanlıqdan istifadə etməyin. Xəbərdarlıq etmədən qüsurlu avadanlığı anbara qaytarmayın. Heç vaxt şalvarınızı qoruyucu çəkmələrin içərisinə yığmayın, dəbilqəni rəngləməyin. Nəzərə alın ki, qoruyucu paltar üzərində düşən məhlullar və yapışqanlar örtüyü zəiflədir. Oddan qorunmaq üçün nəzərdə tutulan paltar sırasına aşağıdakı vasitələr daxildir: Qoruyucu eynəklər və ya sınmayan sifət qoruyan lövhə; Qoruyucu əlcəklər; Qoruyucu çəkmələr (valinka); Qoruyucu dəbilqələr; Qulaq qoruyucuları; Qoruyucu Paltar-Mahlıc (xüsusi iş paltarı); Respirator.


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin