İdarəetmə siklinin standard zənciri barədə danışın.
Planlama – istehsalın həyata keçirilməsi üçün nə etmək lazım olduğu müəyyən edilir və plan müəyyənləşdirilir.
Təşkiletmə - istehsalın həyata keçirilməsi üçün planlanmış resurs və vəsaitlərin əldə edilməsi.
Uçot – istehsalın plana uyğun bir şəkildə həyata keçirilməsi.
Nəzarət – həyata keçirilən prosesin plana uyğun olub-olmamasının yoxlanması
Tənzimləmə - əgər istehsal prosesində plandan kənarlaşmalar baş verərsə, müəyyən edilir və plana uyğunlaşdırılır.
Keyfiyyət sistemində proseslərin idarə edilməsinin mərhələlərini təsvir edin.
keyfiyyət sistemində proseslərin idarə edilməsinin dörd mərhələsi (keyfiyyətin planlaşdırılması, təmin edilməsi, idarə edilməsi və təkmilləşdirilməsi) nəzərdən keçirilməlidir.
4.1 Prosesin planlaşdırılması
Planlaşdırma dedikdə, həm yeni prosesin, həm də artıq mövcud olan prosesin planlaşdırılması başa düşülür. Keyfiyyəti idarəetmə sistemində prosesin planlaşdırılması ilk növbədə keyfiyyət nəticələri baxımından həmin prosesin məqsədlərinin müəyyən edilməsini nəzərdə tutur.
Prosesin planlaşdırılması zamanı bu suallara cavab vermək lazımdır:
1. Bu proses nə üçün lazımdır? Prosesdən hansı nəticələr gözlənilir? Proses hansı məqsəd üçün həyata keçirilir?
2. Bu proses proseslər sistemində hansı yerdədir (maddə 4.3) və proseslər strukturunda hansı səviyyəni əks etdirir (maddə 4.4)? Prosesi necə adlandırmaq olar? Prosesin sərhədləri haradadır?
3. Prosesin istehlakçısı kimdir
4. Prosesin meneceri, yəni prosesin planlaşdırılması, təmin edilməsi, idarə edilməsi və təkmilləşdirilməsinə cavabdeh olan, bunun üçün zəruri səlahiyyət və resurslara malik şəxs kimdir?
5. Prosesi həyata keçirmək üçün nə lazımdır (zəruri resurslar da daxil olmaqla prosesin girişi), onun təchizatçısı kim olacaq və prosesin səmərəli olması üçün həmin təchizatçıya və onun məhsullarına münasibətdə hansı tələblər irəli sürülməlidir?
4.2 Prosesin təmin edilməsi
Qeyd etmək lazımdır ki, prosesin təmin edilməsi üzrə əsas fəaliyyətlər onun planlaşdırılması çərçivəsində müəyyən edilməlidir. Əgər planlaşdırma mərhələsində prosesə müəyyən edilmiş tələblər proses istehlakçılarının tələb və gözləntilərini tam əks etdirmirsə, demək prosesin təmin edilməsi öz məqsədlərinə nail olmayıb. ISO 9001:2008 standartının tələblərinə əsasən prosesin təmin edilməsi zamanı üç əsas resurs növünə xüsusilə diqqət yetirmək lazımdır. Bunlar aşağıdakılardır:
• İnsan resursları (personalın hazırlığı, məlumatlı olması və səriştəliliyi də daxil olmaqla);
• İnfrastruktur (o cümlədən, binalar, iş mühiti, əmək vasitələri, avadanlıq, nəqliyyat kommunikasiyaları, rabitə kanalları və informasiyanın ötürülməsi);
• İş mühiti (proseslə bağlı şərait ).
Bundan başqa ISO 9004:2009 standartı prosesə təsir edən amillərin təhlil edilməsini və aşağıdakı resurslarla təmin olunmasını tövsiyə edir:
• İnformasiya;
• Partnyorlarla, o cümlədən təchizatçılarla qarşılıqlı əlaqə, əməkdaşlıq;
• Təbii ehtiyatlar;
• Maliyyə resursları.
4.3 Prosesin idarə edilməsi
Prosesin idarə edilməsi mərhələsində onun monitorinqi keçirilir. Prosesin xarakteristikalarının onun məqsədlərindən kənara çıxması hallarında düzəltmə və düzəldici fəaliyyətlər yerinə yetirilir.
4.4 Prosesin təkmilləşdirilməsi
Təkmilləşdirmənin həyata keçirilməsinin əsasını PDCA tsikli təşkil edir. Prosesin təkmilləşdirilməsi təkmilləşdirmə məqsədləri ilə bilavasitə bağlıdır (maddə 4.6).
Təkmilləşdirmə məqsədləri prosesin səmərəliliyinin və effektivliyinin daim artırılmasını nəzərdə tutmalıdır.
Dostları ilə paylaş: |