Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 8.1 Verilənlər bazası və onların layihələndirilməsi üsulları. Verilənlər bazasını



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə54/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   50   51   52   53   54   55   56   57   ...   94
Informatika-Muhazireler-2

MÖVZU 8.1
Verilənlər bazası və onların layihələndirilməsi üsulları. Verilənlər bazasını
idarəetmə sistemləri.
Plan:
1. Verilənlər bazası və onların layihələndirilməsi üsulları
2. Verilənlərin modeli
3. Verilənlər bazasını idarəetmə sistemləri
Verilənlər bazası eyni yerda saxlanılan, bir-biri ilə qarşılıqlı əlaqədə və müxtəlif
istifadəcilər tərəfindən müxtəlif məqsədlər ücün istifadə olunan məlumatlar yığımıdır.
Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur.
Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır:
bazada verilənlərin təkrarlanması minimum olmalıdır;
- verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək ücün ümumi
idarəetmə üsullarından və vasitələrindən istifadə olunmalıdır;
- sonrakı mərhələrlərdə verilənlər bazasının tətbiq sahəsinin genişləndirilməsi
ücün verilənlər strukturlaşdırılmalıdır.
Verilənlər bazası verilənlərin müxtəlif təsvirinə uyğun müxtəlif funksiyalara
malik ola bilər. Verilənlər bazasınun müxtəlif vəzifələri müxtəlif istifadəçilər tərəfin-
dən istifadə olunması ilə müəyyən olunur.
Bütün verilənləri özundə əks etdirən vahid verilənlər bazasını yaratmaq çox
mürəkkəbdir və iqtisadi baxımdan özünü doğrultmur. Ona də təcübədə verilənlər
bazası əsasən məhdud çərçivədə müəyyən bir sahə üçün layihələndirilir. Bir qayda
olaraq müasir kompüterlərdə bir neçə müxtəlif verilənlər bazası yaradılır. Lazım
gəldikdə isə eyni tətbiq sahəsi üçün yaradılan müxtəlif verilənlər bir-biri ilə
əlaqələndirilib, inteqrasiya edilmiş verilənlər bazası olur. Belə sistemlərə verilənlər
bazasını idarəetmə sistemi deyilir.
Verilənlər bazasınin təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur.
Müəyyən sistemin layihələndirilməsində bu üsul və vasitələrin seçilməsi verilənlər
bazasına qoyulan başlıca tələblərin ödənilməsinə əsaslanmalıdır.
Bu tələblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara aşağıdakılar
aid edilir:
verilənlərın daxili strukturunun saxlanılması;
- verilənlərin təkrarlanmasının minimuma endirilməsi;
- verilənlərdə uyğunsuzluğun aradan qaldırılması;
- verilənlərin çoxməqsədli və birgə istifadə edilməsi;


 121
- verilənlərin birgə idarə edilməsi;
- verilənlərın məhsuldarlığı;
- verilənlərın tamlıgı və s.
Verilənlər bazasının idarəetmə sistemi elə qurulmalıdır ki, verilənlərdən
məhsuldar istifadə edilsin. Verilənlərın məntiqi təşkili proqram vasitələrinin köməyi
ilə müxtəlif məlumat modellərini müəyyən edir.
Verilənlər modeli bir - birilə qarşılıqlı əlaqədə olan verilənlərin strukturları və
bu strukturlar üzərində aparılan əməliyyatların məcmusundan ibarətdir. Modelin növü
və onda istifadə edilən verilənlərın quruluş tipi verilənlərın təşkili və işlənməsi
konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır ki, eyni bir informasiyanın yerləşdiril-
məsi üçün verilənlərin müxtəlif modellərindən istifadə edilir. Onların seçilməsi
mövcud texniki və proqram təminatından asılı olub, həll edilən məsələlərin mürək-
kəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir.
Kompüterdə verilənlərın saxlanması və idarə edilməsi modelləri arasında daha
mürəkkəb modellər şəbəkə və iyerarxik modelləridir. Verilənlərın şəbəkə və iyerarxik
modeli verilənlər bazasımn idarəetmə sistemində verilənlər bazasının məntiqi
təşkilinin müvafiq üsulu olmaqla, bir-biri ilə qarşılıqlı əlaqədə olan obyektiərin
məcmusundan ibarətdir. İki obyekt arasındakı əlaqə onların asılılığını və ya tabeçi-
liyini əks etdirir. Bu modellərin obyekti verilənlər bazasını idarəetmə sistemində qəbul
edilən verilənlərın quruluşunun əsas növü hesab edilir.
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli
yalnız bir obyektə tabe olur. Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə
obyektə tabe ola bilər.
İyerarxiya modellərində müraciət bir qayda olaraq, obyektə edilcək mürəciət
digər obyektə tabeçiliyi olmayan ən yuksək səviyyəli obyekdən təyata keçirilir.
Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə
iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərın quruluşu özünəməxsus xüsusiy-
yətlərə və adlara malik olur.
Verilənlərın relyasiya modelləri, nəzərdən keçirilən şəbəkə və iyerarxiya
modellərindən fərqli olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün
əlverişli cədvəl formasında təqdim edilməsi və məlumatlara müraciətin münasibliyi ilə
fərqlənir.
Verilənlərın relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarət-
dir. Relyasiya modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl
münasibətlərinin eyni atributlarının qiymətlərinin bərabərliyinə görə müəyyən edilir.


 122
Cədvəl münasibəti relyasiya modellərinin universal obyektidir. Onun sayə-
sində relyasiya modelini saxlayan müxtəlif məlumatlar bazasının idarəetmə sistemində
verilənlərın işlənməsinin unifikasiyası mümkün olur.
Relyasiya modelində cədvəl verilənlərın quruluşunun əsas növü hesab edilir,
Onun quruluşu sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində
müvafiq sütuna uyğun yalnız bir qiymət olur. Cədvəldə iki eyni sətir ola bilməz və
onların ümumi sayı məhdudlaşdırılmır. Sütun verilənlərın müəyyən bır elementinə
uyğun gəlir və o verilənlərın sadə quruluşundan ibarətdir.
Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə
olan, normalaşdırılmış munasibətlərin məcmusu relyasiya verilənlər bazasını
formalaşdırır. Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri onun qurulu-
şunu müəyyən etməlidir. Burada cədvəlin tərkibinin müəyyən edilməsi və hər bir
nisbətin quruluşunun təsvirinin verlməsi nəzərdə tutulur.
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının
səmərəli quruluşunun yaradılması onların idarəetmə sistemində qərarların qəbul edil-
diyi səviyyələrə uyğun təşkil olunmasından ibarətdir. Bu proseslərin yerinə
yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır.
Verilənlər bazasının idarəetmə sistemləri xarici yaddaş qurgularında verilənlər
bazasının yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti və onların
işlənməsini təmin edən universal proqram vasitəsidir. Verilənlər bazasını idarəetmə
sistemi verilənlər bazalarından çoxməqsədli qaydada istifadəni, verilənlərin
mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş dialoq vasitələrinin və yüksək
səviyyəli sorğu dilinin mövcud olması verilənlər bazasının idarəetmə sistemini
istifadəçi üçün ən əlverişli vasitəyə çevirir. Verilənlər bazası verilənlər bazasını
idarəetmə sistemi vasitələrinin köməyilə kompüterin sabit yaddaşında təşkil edilmiş
verilənlər yığımıdır. Verilənlər bazasının köməyilə saxlanan məlumatların minimum
təkrarlanmaları ilə yanaşı, məntiqi əlaqədə olan verilənlərın inteqrasiyası təmin edilir.
Verilənlər bazası müəyyən predmet sahəsində informasıya obyektlərinin məntiqi
modelini əks etdirən verilənlərı özündə birləşdirir. Verilənlər bazası verilənlər bazasını
idarəetmə sistemində istifadə edilən modelə və verilənlərın quruluşuna uyğun təşkil
edilir. Verilənlər bazasında adətən çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar olur.
Ümumi verilənlər bazasına bir neçə istifadəçinin eyni vaxtda müraciət etməsi
verilənlər bazasının idarəetmə sisteminin fərdi kompüterlərin lokal şəbəkəsində
quraşdırılan və çox saylı istifadəçilər uçün verilənlər bazası yaradılan zaman mümkün
olur. Verilənlər bazasının idarəetmə sistemi şəbəkədə müxtəlif istifadəçilərin ümumi


 123
məlumatlar bazasına müraciət hədlərini izləyir və istifadəçilər eyni zamanda
ümumi verilənlərlə işləyəndə verilənlərın mühafizəsini təmin edir.
Verilənlər bazasını idarəetmə sistemi bir sıra xassələrə malikdir:
modelin müxtəlif obyektlərində verilənlərın təkrarlanması;
- verilənlərın bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi;
- verilənlərın uyğunluğu və birinin diğərini inkar etməməsi;
- verilənlər bazasının tamlığı və bütövlüyü;
- verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;
- verilənlər bazasında verilənlərın ixtiyari seçilməsi;
- verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;
- qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya
istifadəçilər səhv etdikdə belə verilənlərın mühafizəsi və bərpasının mümkünlüyü və s.
Verilənlər bazasını idarəetmə sistemi müxtəlif predmet sahələri üçün istifadəçi-
lərin praktik işinin avtomatiaşdırılmasının əsasını təşkil edir.
İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin
seçilməsi bir sıra amillərlə bağlıdır:
mövcud texniki və baza proqram təminati, onların konfiqurasiyası, əməli və
disk yaddaşı;
- istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;
- verilənlər modelinin növü;
- predmet sahəsinin xüsusiyyətləri;
- informasiya məntiqi modelinin quruluşu;
- verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;
- istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində
verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.
Verilənlər bazasımn idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində
göndərilən proqram məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır. Verilənlər
bazasının idarəetmə sistemi kompüterə quraşdırıldıqdan sonra verilənlər bazasının
yaradılması həyata keçirilir. Qeyd etmək lazımdır ki, fərdi kompüterlər üçün müasir
verilənlər bazasının idarəetmə sistemi yüksək üstünlüyə malikdir. Bu imkan verir ki,
sistemin istifadəçi üçün işlənib hazırlanmasının ilkin mərhələsində verilənlər bazasının
ayrı-ayrı hissələrinin yaradılmasma başlanılsın. Məlumatlar bazasının bu cür işlənib
hazırlanması tədricən onun genişləndirilməsinə və modifikasiyasına əlverişli şərait
yaradır. Beləliklə, istifadəçi tərəfindən işin texnologiyasının mənimsənilməsi
sürətlənir, verilənlər bazasının idarəetmə sisteminin imkanlarının öyrənilməsi və
mərhələlərlə tətbiqi asanlaşır.


 124

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin