Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə75/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   71   72   73   74   75   76   77   78   ...   94
Informatika-Muhazireler-2

ITM – dən mühazirələr
İNFORMATİKANIN TƏDRİSİ METODİKASI PEDAQOCİ ELMİN
YENİ SAHƏSİ VƏ TƏDRİS FƏNNİ KİMİ
İnformatikanın tədrisi metodikası (İTM) şagirdlərdə kompüter savadı
formalaşdırılması prosesinin qanunauyğunluqları haqqında pedaqoci elm sahəsidir.
Başqa fənnlərin tədrisi metodikası kimi, İTM də bir sıra elmlərə, xüsusilə,
fəlsəfəyə, pedaqogika və psixologiyaya, informatika və hesablama texnikası üzrə
biliklərə, riyaziyyata, eləcə də informatikanın tədrisi üzrə eksperimentlərə və qabaqcıl
müəllimlərin, hələlik az da olsa, iş təcrübəsinin ümumiləşdirilməsinə əsaslanır.
İTM bizim günlərdə, gözlərimiz qarşısında formalaşır. Bu sahənin müxtəlif
bölmələri üzrə pedaqoci elmin 30 ildən artıq təcrübəsi olsa da, İTM fənni orta ümum-
təhsil və peşə məktəblərinə 1986–1987-ci tədris ilindən daxil olmuşdur. Həmin vaxta
qədər təmayüllü məktəb və siniflərdə, fakultativ məşğələlərdə, eksperimental sinif-
lərdə bu fənnin elementləri, xüsusilə elektron hesablama maşınları və
proqramlaşdırmanın elementləri tədris olunmuşdur.
Bu dövrdə məktəbdə proqramlaşdırmanın təlimi metodikası üzrə xeyli iş
görülmüşdür (V.M.Monaxov, R.S.Quter, R.T.Reznikovski (maşın kodları ilə proqram-
laşdırma); A.L.Brudno, V.M.Monaxov (təsviri operatorlar); İ.N.Antipov,
S.A.Abramov, V.V.Şennikov, Yu.A.Pervin, Q.L.Zveniqorodski (alqoritmik dillərdə)
və s.). Proqramlaşdırma təliminin təhsil aspektləri və proqramlaşdırmanın təlimi ilə
məktəb riyaziyyatının qarşılıqlı əlaqə məsələləri tədqiq olunmuş (S.İ.Şvarsburd,
V.M.Monaxov və b.), riyaziyyat və proqramlaşdırma kurslarında alqoritmik mədə-
niyyət formalaşdırılmasının yolları və vasitələri müəyyən edilmişdir (V.M.Monaxov,
M.P.Lapçik, L.V.Çervoçkina və b.). Kibernetikanın elementlərinin və EHM-in iş
prinsiplərinin öyrənilməsi metodikası üzrə işlərə başlanmışdır (V.M.Monoxov,
A.A.Kuznetsov, V.A. Uspensiki, V.N.Kasatkin və b.). Akademik A.P.Yerşovun
rəhbərliyi ilə Novosibirsk gənc proqrammistlər məktəbində və Novosibirsk şəhərinin
166 saylı orta məktəbində informatika əsaslarının öyrənilməsi təcrübəsini xüsusi qeyd
etmək lazımdır. Amma 60–70-ci illərdə ümumi orta təhsilə informatika və hesablama


 173
texnikası əsaslarının öyrənilməsini daxil etmək üçün maddi və texniki şərait yox
idi. Buna baxmayaraq, VIII sinfin cəbr kursunda şagirdlərin proqramlaşdırma ele-
mentləri ilə tanış edilməsi metodikası (V.M.Monaxov) və riyaziyyat təlimində mikro-
kalkulyatorlardan istifadə edilməsi metodikası işlənmişdir (N.Ya.Vilenkin, M.R.Kova-
lyov, S.İ.Şvarsburd, V.Q. Boltyanski, N.İ.Şkil, S.S. Minayeva, V.M.Oksman və b.).
Mikrokalkulyatorların kütləvi istehsalı və fərdi EHM-lərin yaranması ümumi
kompüter savadına keçid üçün obyektiv şərait yaratdı.
İnformatika və hesablama texnikasının təlimi prosesinin qanu-
nauyğunluqlarının mahiyyətini açmaq vəzifəsini yerinə yetirən İTM elə ilk
addımlardan bir sıra çətinliklərlə qarşılaşmalı olmuşdur. Bu çətinliklər hər şeydən
əvvəl informatikanın özünün elm sahəsi kimi predmeti, tərifi, məzmunu və
vəzifələrinin hələ də tam dəqiqliklə müəyyən edilməməsi (bu sahədə diskussiyalar indi
də davam edir), tədris fənni kimi informatika təliminin stabil metodik sisteminin olma-
ması və s. ilə əlaqədardır. Bu çətinliklərə baxmayaraq, İTM-nin orta məktəbə daxil
edilməsini zaman özü tələb etmişdir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin