Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 406,25 Kb.
səhifə16/69
tarix23.11.2022
ölçüsü406,25 Kb.
#70001
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   69
referat 1776

Tətbiqi proqramlar
Fəaliyyətin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:
-tətbiqi proqramlar paketi (TPP);
-standart proqramlar kitabxanası.
TPP müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, və sair bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:

    • mətn redaktorları- kompüterdə mətnlərin hazırlanması üçün (WordPad, Microsoft Word);

    • cədvəl prosessorları- cədvəl verilənlərinin emalı üçün (Lotus 1-2-3, Microsoft Excel);

    • nəşriyyat sistemləri- nəşriyyat sənədlərinin hazırlanması üçün (PageMarker, QuarkXpress);

    • verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS) (Microsoft Access);

    • təqdimatların (prezentasiyaların) hazırlanması üçün (Microsoft Power Point);

    • iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Финэксперт, Бухгалтерия 1С);

    • qrafik sistemlər- şəkillərin, animasiyaların, videofilmlərin hazırlanması üçün (Presto! Mr. Photo);

    • verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika);

    • öyrədici proqramlar, kompüter oyunları, tərcümə proqramları və s. (Polyqlot, PROMT).

TPP hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
TPP aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
-tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə;
-informasiyanın işlənməsi üsullarına görə;
-paketlərin reallaşmasına görə.
TPP tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:
-əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən TPP;
-ümumi təyinatlı TPP;
-mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan TPP.
İnformasiyanın işlənməsi üzrə TPP üç qrupa bölünürlər:
-üsulyönlü TPP;
-problemyönlü və ya problemlə bağlı TPP;
-texnologiyayönlü TPP.
Üsulyönlü TPP hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü TPP hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü TPP informasiyaların və məlumatların icrası üçün nəzərdə tutulur.
TPP-lərini əməliyyatyönümlü və problemyönümlü proqramlara da bölmək mümkündür. Əməliyyatyönümlü TPP öz növbəsində iki yerə bölünür:
-məlumatların işlənməsini təmin edən paketlər;
-məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər.
Tətbiqi proqramlar ixtisaslaşmış və İnteqrasiya olunmuş proqram paketlərinə bölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir.
İnteqrasiya olunmuş proqram paketləri ümumi təyinatlı TPP-ni funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paket­lərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş TPP tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir.



Yüklə 406,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin