-Sənədin məxfi (gizli) xarakter daşıması haqqında qrif2.
Biznes-planın mündəricatı olmalıdır. Bu, ondan istifadə olunmasınıasanlaşdırır, diqqəti planın daha maraqlı bölmələrinə cəlb etməyə və onları tezliklə axtarıb tapmağa imkan verir.
Biznes-plan tərtib olunarkən qeydiyyat şəhadətnamələrinə, səhmdar cəmiyyətlərinin nizamnamələrinə, yaxud da patent sənədlərinə istinad olunur. Bu sənədlərin biznes-planın mətninə daxil edilməsi onun həcmini genişləndirə, oxunması və yadda saxlanmasını çətinləşdirə bilər. Odur ki, biznes-plan tərtib olunarkən qarşılıqlı razılaşma əsasında, istinad edilən sənədlərin xüsusi bölmədə- «müşayiət-edici sənədlər» bölməsində göstərilməsi məqsədəuyğundur. Bu bölməyə adətən biznes-plan tərtib edilərkən istifadə olunan bütün sənədlər (maliyyə hesablamaları da daxil olmaqla) daxil edilir. Bunların içərisində ən çox yayılmışlarıaşağıdakılardır: