Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Təkmil rəqabət şəraitində firmanın davranışı



Yüklə 0,94 Mb.
səhifə86/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   82   83   84   85   86   87   88   89   ...   126
FF Mikro

4. Təkmil rəqabət şəraitində firmanın davranışı
Firmanın davranışı, onun strategiyası və taktikası seçiminə bazar quruluşu və ya xüsusi bazar vəziyyəti təsir göstərir. Firmanın davranışı isə öz növbəsində onun fəaliyyətinin göstəriciləri: qiymət, mənfəət, səmərəlilik ilə bilavsitə bağlıdır. Firmanın davranışı və nəticəliliyi həmin sahənin fəaliyyətinə, o da öz növbəsində bütövlükdə milli iqtisadiyyata təsir edir.

Öyrəndiyimiz kimi, bazarın əsas elementləri olan rəqabət və inhisarın nisbətlərindənaslı olaraq, bazarın təkmil və qeyri-təkmil modelləri vardır. Bu modellər şəraitində firmanın davranışı da müxtəlif olur.

Bütün digər modellər kimi, xalis rəqabətli bazar modeli də xalis mücərrədlikdir (abstraksiyadır). Bu modeldə sahə bazarında bir-birindən aslı olmayan çoxlu istehsalçı və istehlakçı firmalar olur; onların hər birinin tələb və təklif səviyyəsi sahə ilə müqayisədə çox cüzidir; ona görə də qiymətin səviyyəsinə təsir edə bilmir; sahəyə giriş və çıxış sərbəstdir və s.

Real həyatda isə belə quruluşlu, yəni xalis rəqabətli bazar çətin ki, mövcud olsun, ya da yuxarıda göstərilən şərtlərin çoxu gözlənilmir. Belə ki, sahəyə daxil olmağa və biznes qurmağa müəyyən bürokratik və ya iqtisadi məhdudiyyətlər həmişə mövcuddur; sahədə çoxsaylı satıcı olduğu halda, bazar hökmranlığına malik olan və qiymətləri diktə edən üstün firmalar da həmişə mövcuddur və s. Bütün bunlarla bərabər, rəqabət qabiliyyətli firmanın davranışını başa düşmək üçün bu şərtilikləri nəzərə almaq lazımdır.

Təkmil rəqabət şəraitində firmanın davranışını təhlil etmək üçün daha bir şərtliyi, firmanın məqsədini də nəzərə almaq lazımdır. İqtisadi nəzəriyyədə mövcud olan müxtəlif məktəblərin, cərəyanların nümayəndələrinin (klassiklər, marksistlər, yeni klassiklər və.s) çoxu firmanın əsas məqsədi məsələsində yekdildirlər. Onların çoxunun fikrincə, firmanın əsas məqsədi mənfəəti maksimumlaşdırmaqdır.

Ən ümumi şəkildə məcmu mənfəət (TP-total profit) məcmu satış pulu ilə məcmu xərclər arsındakı fərq kimi müəyyənləşdirilir və bunu aşağdakı kimi göstərmək olar:

n m

TP=TR-TC=ΣP1Q1-ΣW1 X1



i = 1 i = 1

Burada - n-istehsalolunanməhsullarınmiqdarı;

m-tətbiqolunanistehsalamillərininmiqdarı;

p- iəmtəsininqiyməti;

q- istehsalolunmuş i- əmtəəsininmiqdarı;

w- i-istehsalamilininqiyməti;

x- istifadəolunmuş i-istehsalamilininmiqdarı.

Deməkolarki, firma mənfəətiniistehsalamillərivasitəsivəyaradılmış son həddməhsulununqiyməti, həministehsalamilininqiymətinəbərabərolduqdamaksimallaşdırır.

Təkmilrəqabətşəraitindəfirmanınməhsulunaolantələbüfüqixətdir.Çünki o qiymətalandır, istehsaletdiyihərşeyicari bazar qiymətlərinəsatabilər.Beləki, cari bazar qiymətinəsatmaqmümkündürsə, ucuzsatmağınmənasıyoxdur.Baha da satmaqmümkündeyildir, çünkibuhaldafirmanınməhsulunatələbsıfıradüşər.Onagörəki, məhsulu bazar qiymətinətəklif

5.Azad rəqabətin mövcud olduğu bazarlarda qiymətlərin əmələ gəlməsi.

Azad rəqabətin mövcud olduğu bazarlarda fəaliyyət göstərən firmaların hər biri bu sahədə məhsulun çox cüzi hissəsini (hətta bəzi hallarda təklif olunan əmtəələrin1%-dən azını) istehsal etdiyinə görə sahə üzrə təklifin və qiymətlərin dəyişməsinə təsir göstərə bilmir. Və buna görə də bazarda formalaşan qiymətlə razılaşmağa məcbur olur. Bu isə o de-məkdir ki, firmaların məhsullarına olan tələb tamamilə elastikdir.

Digər tərəfdən, bu bazarlarda rəqabət aparan firmalar məhsulun bütün vahidlərini eyni qiymətlə satdıqları üçün onların həm orta, həm də son gəliri qiymətlərə bərabər olur. Ümumi gəlir (və ya satışdan əldə edilən məbləğ) isə məh-sulun qiymətini onun həcminə vurmaqla aşağıdakı kimi müəyyən edilir:


TR=PQ.
Burada: P-məhsul vahidinin qiymətini,

Q-satılmış əmtəələrin həcmini göstərir.

Istehsalçılar qiymətləri bir qayda olaraq istehsal xərc-ləri ilə müqayisə edir və onların arasındakı nisbətdən asılı olaraq məhsul istehsalının ya genişləndirilməsi, yaxud da ixtisar olunması, bəzi hallarda isə hətta müvəqqəti olaraq dayandırılması haqqında qərar qəbul edirlər. Bununla əla-qədar olaraq bir neçə halı nəzərdən keçirək.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin