Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 372,17 Kb.
səhifə37/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   ...   31   32   33   34   35   36   37   38   39
Nitq inkişafı (1)

E - Alt çənə İ- nin tələffüzündəkinə nisbətən bir qədər çox dartılır, damaq dartılır, dişlər arasındakı məsafə baş barmaq ölçüsündə olur, dilin ortası sərt damağa doöru qalxır, ucu aşağı damağa dirənir və alt dişlərə doğru uzanır.
Ə - Dilin ucu alt dişlərin üstünə toxunma vəziyyətində olur, dilin ortası və ucu I saitində olduğu kimi sərt damağa doğru qalxır.
A - Ağız açılır, alt çənə E - dəkinə nisbətən çox aşağı düşür, yuxarı damağın yanları dartılır, dişlər arasındakı məsafə üst-üstə qoyulmuş iki barmaq ölçüsündə olur, dil alt damağın üstündə yastılaşır.
O - Dodaqlar dairəvi şəkil alır və qabağa uzanır. Dil bir qədər arxaya çəkilir.
U - Dodaqlar O -ya nisbətən daha çox qabağa uzanır və daha kiçik dairə şəklini alır. Dil qüvvətli şəkildə arxaya çəkilir.

U - Dodaqlar U-ya nisbətən daha çox qabağa uzanır, daha da dartılıb kiçik dairə əmələ gətirir. t7-nün tələffüzü /- nin tələffüzünə çox yaxındır.
- Dişin orta hissəsi azca yuxarı qalxır, ağız boşluğunun ön hissəsində arxa hissəyə nisbətən kiçik bir nov yaranır, dodaqlar isə azca qabağa uzanmaqla dairəvi bir şəkil alır.
- Dişin orta və orta hissəsi dibinə doğru çəkilib bir az şişmiş halda yumşaq damağa doğru uzanır, alt çənə və dodaqlar / saiti məxrəcinə nisbətən bir qədər gen açılır.
Tələffüzün təbiiliyini təmin etmək üçün aşağıdakı kimi məşqlər məsləhət görülür:
Saitlərlə əlaqədar:
Dörd saitlə:\-i-e-ə, ə-e-a-o, o-ı-i-u, u-ə-o-e, ü-ö-o-ı.
Sonra saitlərdən birini vurğu ilə ayırmaqla, səsin tonunu və sürəti tədricən artırmaqla tələffüz etmək lazımdır. Üst dodağı inkişaf etdirmək üçün: i-e-ə-a-ı. Bu zaman bütün gərginlik götürülür. Həmin saitlərin çox işləndiyi tapmaca, yanıltmac, şeir, bayatı demək faydalıdır.
Samitlərlə əlaqədar:
P-B.
pı-pi-pe-pə-pa-po-pu-pü-pə
bı-bi-be-bə-ba-bo-bü-bi-bə.
iki saitlə: pı-pi; pi-pe; pe-pə; pa-po; po-pu; pu-pü; pü-pə; bı-bi....
Uşaqların nitqi bir çox hallarda fiziki qüsurlarla bağlı pozulur. Pəltəklik, tmtmlıq, kəkələmə belə nöqsanlardandır.
Pəltəkliklə nitqin səlisliyi və ritmi pozulmur, lakin aşağıdakı nöqsanlara yol verilir:
Bəzi səslər düşür: lapa (lampa), gə : r (gəlir), mətəb (məktəb), qa : qa (qarğa) və s.
Bəzi səslər pozğun, dəyişilmiş şəkildə deyilir: s səsini tələffüz edərkən dili üst damağa sıxaraq dilin ucu ilə üst dişlərin altından boğuq səs çıxarırlar.
Bir səs və ya heca digəri ilə əvəz olunur: Ləhim (Rəhim), dalaq (daraq), qaşıq (cjhşıq) və s.
Hecaları buraxmaq; sürü (sürünün), paltarın (paltarının) və s.
Səs və ya hecaların yerləri dəyişdirilir: şarval (şalvar), taski (taksi), daqla (dalğa), verdə (vedrə) və s.
Nitq prosesində tənəffüsü nizama sala bilmədiklərindən nəfəsin tıxanması baş verir.
Belə nöqsanların bir neçəsinin olduğu uşağın nitqi başa düşülmür.
Pəltəkliyin aradan qaldırılması üçün onun başvermə səbəblərini öyrənmək lazımdır. Beynin qabığında və maddəsində gedən iltihablar, pataloji proseslər, valideyndən keçən xəstəliklər, doğuş zamanı qafa tasının sıxılması və s. belə səbəblərdir.
Uşağın eşitmə diqqətinin zəifliyi, yaddaşın pisliyi, əqli cəhətdən geridə qalması nitq nöqsanlarına gətirib çıxarır. Pəltəklik bəzən ağır eşitmə nəticəsində baş verir. Belələrində eşitmə həssaslığı tərbiyə edilməlidir. Valideynin ağır əqli, dəri-zöhrəvi xəstəliklər keçirməsi, narkoman və alkoqolla məşğul olması belə səbəblərdir. Onların uşaqları da zəhərlənir, ya da əsəb sistemi, əzələləri, sümükləri lazımınca qidalanmır. Belə hallarda həkimə müraciət etmək lazımdır.

Pəltəklik əsasən s-z, s-ş, ş-j, ç-c kimi samitlərin tələffüzü ilə əlaqədar olur. S-z: dişlər arasındakı məsafə İmm olur. Dodaqlar sonra gələn sait vəziyyətində olur. Dilin ön hissəsi ön damağa yaxınlaşır, ucu isə alt ön dişlərin ucları ilə bərabərləşir. Dilin ortası dartılır, yanları yuxarı dişlərə içəri tərəfdən sıxılır.
Z cingiltili olması ilə fərqlənir. Onun tələffüzündə çatışmazlıq özünü müxtəlif cür biruzə verir:

Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin