Şifahi nitq və MİMİKA-JEST Şifahi nitqə qeyri-nitq vasitələri də qoşula bilir. Bu ekstralinqvistik vasitələr şifahi nitqdə fikrin daha canlı və təsirli ifadə olunmasına xidmət edir.
“Mimika” termini göz və üz əzələlərinin hərəkəti mənasını ifadə edir. Məsələn, qarşıdakı şəxsə gizlincə nə barədə icazə vermək əlaməti olaraq bir gözü qırpmaq, yaxud birisinin hər hansı bir hərəkətinə etiraz əlaməti olaraq üz turşutmaq mimika elementləri hesab olunur.
Mimikaya aşağıdakı ünsürlər daxildir
Üz, göz, ağız, dodaq, alın mimikası.
Mimika işarələrinin növləri bunlardır:
1 .Xoş əhval ruhiyyə mimikası - gözlərin gülümsəməsi;
Xəlvəti işarə mimikası ~ bir gözü qırpma;
Narazılıq mimikası ~ üz - gözü tirşutmaq;
Təəccüb mimikası ~ dodaqları birləşdirib qabağa çıxması;
Nifrət mimikası ~ gözlərin obyektə tuşlanaraq baxışın gərginləşməsi;
6.Həya mimikası ~ üzün qızarması;
7.Qorxu mimikası ~ bənizin qaçması.
“Jest” termini isə şifahi nitq prosesində istifadə olunan baş, bədən, əl hərəkətləri anlayışını ifadə edir. Məsələn, birisini hədələmək üçün sağ əlin şəhadət barmağını irəli - geri tərpətmək, müəyyən məsələni şifahi nitqdə təsdiqləmək əlaməti olaraq başını qabağa, dala tərpədilməsi və s. jest elementləri hesab olunur.
Jestlərə aşağıdakı ünsürlər daxildir:
Barmaq, əl, qol, baş, çiyin, qıç, ayaq jestləri. Jestlər əsasən, əqli cəhətdən normal adamların nitqində işlənir. Jestləriişlənmə yerinə görə müxtəlifdir. Məsələn, səhnə nitqində işlənən jestlər; ictimai - siyasi məruzələrdə istifadə olunan jestlər.
yMüasir Azərbaycan şifahi nitqində jestlərdən daha geniş istifadə olunur. Gündəlik ailə - məişət danışığında, səhnə nitqində, auditoriy nitqində, tikintidə, yol nəqliyyatında, təyyarə limanında və başqa sahələrdə də istifadə olunur.
Azərbaycan jestləri çox zəngin və rəngarəngdir. Onların aşağıdakı növlərini göstərmək olar:
İstiqamətləndirmə jesti.
İşarəetmə jesti.
İcazə jesti.
Qorxu jesti.
Yalvarış və sitayiş jesti.
Rica və xahiş jesti.
İnkar və ya rəddetmə jesti.
Etiraz jesti.
Hərəkətə təhrik jesti.
Vidalaşma jesti.