Müasir monitorinq və proqnozlaşdırma sistemləri – çoxplanlı informasiya sistemi olub aşağıdakılardın ibərətdir: sensor şəbəkələr (təhlükəli hadisələrə müşahidə vasitələri); kommunikasiya qurğuları və kanalları; FH haqqında məlumatlar bazası; risk elementlərinin vəziyyəti və zəif yerləri haqqında izahatlar; təhlükə mənbələrinin imkanları və yayılması haqqında məlumatlar; bir-birləri ilə əlaqədə olan hesablama resursları və s. Dəqiq proqnozlara olan tələbat artdığından monitorinq və proqnozlaşdırma sistemləri məsafədən zondlaşdırma ilə məşğul olan idarə və təşkilatlarda, təhlükəli istehsala malik nazirliklərdə, güc nazirliklərində və idarələrində, elmi mərkəzlərdə, əhalinin təhlükə haqqında xəbərdar edilməsi üçün təyin olunmuş xüsusi xidmət sahələrində, təhlükəli obyektlərdə və istehsalatlarda da təşkil edilir.
Monitorinq və proqnozlaşdırma sisteminin əsas elementləri aşağıdakılardır:
Monitorinq sisteminin ümumi modeli aşağıdakı FH-ların inkişafının mümkünlüyünü əks etdirir:
təbii FH-lar;
bioloci-sosial FH-lar;
texnogen FH-lar;
müasir qırğın vasitələrinin (nüvə, kimyəvi, bakterioloci və digər xüsusi qırğın vasitələri) tətbiqi nəticəsində yaranan FH-lar.
Təşkilat strukturuna aiddir:
müvafiq səviyyəyə uyğun monitorinq sisteminin idarəetmə orqanı;
müşahidə və nəzarət xidməti (müşahidə məntəqələri, müşahidə və nəzarət stansiyaları və s.)
məlumatların toplanması, işlənməsi və FH-ların yaranmasının qarşısının alınmasına və onların vura biləcəyi zərərlərin azaldılmasına yönəlmiş tədbirlər kompleksinin hazırlanması üçün təkliflərin hazırlanması xidməti;
sistemin fəaliyyətinin texniki təminat xidməti.
Monitorinqin məlumat sistemi məlumatların operativ mübadiləsinin avtomatlaşdırılmış sistemidir və verilənlərin mübadiləsini, məlumatların hazırlanmasını, toplanmasını, saxlanmasını, işlənməsini, təhlilini və göndərilməsini təmin edən kommutasiya mərkəzlərinə və abonent məntəqələrinə malikdir.
Sistem baza etalon modelinə uyğun olaraq qurulmalı və unifikasiya olunmuş interfeysə malik olmalıdır.
Sistem məlumatların təhlükəsizliyini və konfidensiallığını (məxfiliyini), həçinin abonentlərin sərbəst girişini təmin etməlidir.
Monitorinqin məlumat sistemi təşkilati, proqram, texniki, riyazi, metodik, dil, meteoroloci və hüquq təminatına malik olmalıdır.
FH-ların miqyasından asılı olaraq monitorinqi 5 səviyyəyə bölürlər: lokal, yerli, regional, milli və qlobal.
Dostları ilə paylaş: |