Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


İstehsalat bədbəxt hadisələrinin səbəbləri



Yüklə 1,43 Mb.
səhifə10/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

İstehsalat bədbəxt hadisələrinin səbəbləri
İstehsalatda baş verən bədbəxt hadisələrin səbəblərini üç qrupa ayırmaq olar: 1) təşkilati; 2) texniki; 3) sanitariya – gigiyena.

Təşkilati səbəblərə bunlar aiddir:

- texnoloji prosesin pozulması;

- əməyin düzgün təşkil edilməməsi;

- avadanlığın düzgün planlaşdırılmaması; iş yerinin düzgün təşkil edilməməsi;

- görülən işə uyğun olmayan avadanlıqdan, qurğudan və alətdən istifadə edilməsi;

- görülən işə rəhbərliyin və nəzarətin olmaması;

- işçinin sənətinə uyğun olmayan işə cəlb edilməsi;

- işçilərə təhlükəsiz icra üsullarının öyrədilməməsi;

- təhlükəsizlik texnikası üzrə təlimatların pozulması;

- fərdi mühafizə vasitələrinin olmaması və ya onların keyfiyyətsiz olması.



Texniki səbəblərə bunlar aiddir:

- texnoloji prosesin təkmil olmaması;

- avadanlığın texniki cəhətdən təkmil olmaması, konstruktiv çatışmamazlıqları;

- energetika və nəqliyyat sistemlərinin konstruktiv çatışmamazlıqları;

- təhlükəsizlik vasitələrinin (bloklama, çəpərləmə, qoruyucular) təkmil olmaması;

Sanitariya –gigiyena səbəblərinə bunlar aiddir:

- iş yerlərində qeyri-normal meteoroloji şəraitin olması;

- iş yerlərinin qeyri-səmərəli işıqlandırılması;

- iş zonası havasının zərərli qazlar, buxar və tozlarla çirklənməsi;

- iş yerində səs-küyün, titrəyişin, ultrasəsin və başqa zərərli şüalanmaların yüksək səviyyələri;

- gigiyena qaydalarının pozulması, tibbi nəzarətin olmaması və s.

Bədbəxt hadisə bir və ya bir neçə göstərilən səbəblərdən baş verə bilər. Adətən bu səbəblər bədbəxt hadisəni təhqiq etdikdə aşkar edilir və onların aradan götürülməsi üçün tədbirlər görülür.
MÖVZU 7


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin