Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


Sənaye zəhərli maddələrinin təsnifatı



Yüklə 1,43 Mb.
səhifə17/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Sənaye zəhərli maddələrinin təsnifatı
Hal-hazırda sənaye müəssisələrində istifadə edilən kimyəvi maddələrin növləri o qədər çox və onların bioloji təsir xarakteri o qədər müxtəlifdir ki, sənaye toksikologiyasının bütün tələblərinə cavab verən təsnifat sistemi yaratmaq mümkün deyildir. Çünki zəhərli maddələrin hər hansı bir əlaməti və ya xassəsi ilə onların bioloji təsiri arasındakı əlaqəni kifayət dərəcədə əks etdirən vahid bir prinsip tapmaq çətindir. Buna görə də toksikoloqlar ilk növbədə kimyəvi sistemləşdirmədən istifadə edirlər. Belə sistem bütün kimyəvi maddələri üzvü, qeyri-üzvü və element-üzvü birləşmələrə bölür. Maddənin sinfi və qrupu qəbul edilmiş kimyəvi nomenklaturaya əsasən müəyyən edilir.

Sənayedə istifadə edilən maddələrin xassələrinə və bioloji effektinə təsirinə görə təsnif olunması bir tərəfdən onların orqanizmə təsir mexanizmini başa düşmək, digər tərəfdən isə onların yaratdıqları pozuntuların (zədələrin) profilaktikası və müalicəsi prinsiplərini işləyib hazırlamaq üçün vacibdir. Bu nöqteyi nəzərdən sənaye maddələrinin orqanizmə təsir xarakterinə görə təsnifatı daha məqsədəuyğundur. Hendorson və Haqqard (1930) təsnifatın bu prinsip əsasında aparılmışdır. Həmin təsnifat bütün uçucu sənaye maddələrini 4 böyük qrupa bölür.



  • Boğucu maddələr: a) sadə boğucu maddələr (azot, hidrogen, helium); bunların təsiri nəfəs alınan havadan oksigenin sıxışdırılıb çıxardılması ilə bağlıdır. b) kimyəvi təsir edən boğucu maddələr [dəm qazı (CO), sianid turşusu (HCN)]; Belə maddələr qanda və toxumalarda qaz mübadiləsini pozurlar. Nəfəs alınan hava ilə orqanizmə kifayət qədər oksigen çatdırılmasına baxmayaraq həmin maddələr öz boğucu təsirini göstərirlər.

  • Qıcıqlandırıcı maddələr - nəfəs yollarının və ya bilavasitə ağ ciyərlərin selikli qişasını qıcıqlandırırlar və iltibah reaksiyalarının genişlənməsinə aparırlar. Xlor (Cl), amonyak (NH4), kükürd qazı (SO2), flüorlu hidrogen (HF), azot oksidləri (NmOn), ozon (O3), aseton [CH3 C (O) CH3 ] və s. belə maddələrdəndirlər.

  • Uçucu narkotiklər və onlara yaxın olan maddələr - qana keçdikdən sonra təsir edirlər. Belə maddələr kəskin şəkildə əsasən sinir sisteminə təsir edirlər və narkoza səbəb olurlar. Fiziki-kimyəvi xassələrinin və bioloji təsirlərinin xüsusiyyətini nəzərə alaraq bu qrup maddələri 5 yarım qrupa bölürlər:

  • a) təsirlərinin aydın ifadə olunmuş nəticəsi olmayan narkotik maddələr [azot-1 oksidi (NO), yağlı (alifatik) karbohidrogenlər-etan (C2H6), izobutilen (C4H8), efirlər (sadə efirlər R1-O-R2 düsturu ilə, mürəkkəb efirlər R1-C (O) –O-R2 düsturu ilə ifadə edilir. R1 və R2- karbohidrogen radikalıdır)]

  • b) əsas etibarı ilə daxili orqanlara zərərli təsir edən maddələr [qalogenləşdirilmiş yağlı karbohidrogenlər sırası, yəni ftor (F), xlor (Cl), brom (Br), yod (J) və c. qalogenlərindən biri ilə kimyəvi birləşmə yaratmış yağlı karbohidrogenlər]

- v) əsas etibarilə qantörədici sistemə təsir edə bilən maddələr [ətirli karbohidrogenlər – benzol (C6H6), benzonitril (C6H5CN), benzopiren (C20H12), stirol (C6H5CN=CH2), toluol (C6H5CH3) və s.

- q) əsas etibarilə sinir sisteminə təsir edən maddələr (alkoqol, yağlı karbohidrogenlər sırasının kükürdlü birləşmələri)



  • d) əsasən qana və qan dövranına təsir edən üzvü azot birləşmələri [anilin (C6H5NH2), nitrobenzol (C6H5NO2) və s. ]

  • Qeyri-üzvi və metalüzvi birləşmələr. Bu qrupa bundan əvvəlki qruplara daxil olmayan və müxtəlif cür təsir edən maddələr civə (Hg), qurğuşun (Pb), fosfor (P), metal üzvü birləşmələr və s.

Bu təsnifatdan başqa bütün maddələri təsirlənən (reaksiyaya girən) və təsirlənməyən (reaksiyaya girməyən) kimi iki hissəyə ayırırlar. Təsirlənən maddələr biokimyəvi reaksiyaya girirlər və orqanizmdə çevrilmələrə məruz qalırlar. Toksiki təsiri bilavasitə maddənin özü həm də onun çevrilmə məhsulları yarada bilərlər. Buna misal olaraq benzolu göstərmək olar. Qantörədici sistemdəki pozuntular benzolun orqanizmdə çevrilmə məhsullarının [fenol (C6H5OH), hidroxinon (C6H4(OH)2)] təsiri nəticəsində mümkün olur.

Təsirlənməyən maddələr orqanizmdə nəzərə çarpacaq dəyişikliyə məruz qalmırlar. Onlar orqanizmə biokimyəvi reaksiyaya girmədən təsir edirlər və orqanizmdən absorbsiya olunduğu formada , dəyişmədən kənar edilirlər. Yağlı karbohidrogenlər sırası bu sinif maddələrin səciyyəvi nümayəndələridir.

Deyilənlərdən başqa, bu və ya digər orqanlara və sistemlərə zərərli təsirinə görə sənaye maddələrini nevrotoksik, kardiotoksik, qan zəhərləri, allergenlər və s. kimi də təsnif edirlər.

Sənaye zərərli maddələrini onların təhlükə dərəcəsinə görə də təsnifata bölmək təklif edilirş Bu baxımdan zərərli maddələri fövqalədə təhlükəli (I sinif), yüksək təhlükəli (II sinif), mötədil (orta) təhlükəli (III sinif) və az təhlükəli (IV sinif) kimi fərqləndirirlər.

Aqreqat halına görə zərərli maddələr hava mühitində qaz, buxar və aerozol (maye və ya bərk) şəklində ola bilərlər.

Sənaye toksikologiyasında çox vaxt praktiki məqsədlər üçün maddələr qrupunu onların tətbiqinə görıə ayırırlar. Belə qrupa kimyəvi strukturları və bioloji təsir xarakterləri müxtəlif olan maddələr daxil edilə bilər. Misal üçün, sənaye həllediciləri qrupuna spirtlər, efirlər, ketonlar, karbohidrogenlər (alifatik, ətirli, xlorlaşdırılmış) daxil edilir.

Kənd təsərrüfatında geniş tətbiq edilən zəhərli kimyəvi maddələr qrupu da sayca az deyil. Belə maddələr tətbiqinə görə pestisidlər, insektisidlər, herbisidlər və b. qruplara ayrılırlar.

Qeyd etmək lazımdır ki, sənaye zəhərli maddələrinin elə təsnifatları da vardır ki, onlar toksiki effektin kəmiyyət göstəricilərinə (toksikometriya parametrlərinə) əsaslanırlar.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin