Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı


Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası



Yüklə 109 Kb.
səhifə50/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   42   43   44   45   46   47   48   49   50
9-cu müh sonra Office Word (1)

7.Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası
Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ilin oktyabrın 3-də Naxcıvanda yaradılıb.

25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli ölkələrin Əməkdaşlıq Birliyinin (Türk Birliyinin) bayrağı qəbil edilib. Vahid bayraq ücün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb. Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb.



8.Azərbaycanın Avropa Birliyi ilə münasibətləri.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini Avropa Birliyi ilə (Azərbaycan hökuməti rəsmi leksikonda "Avropa İttifaqı" ifadəsindən istifadə etdiyi üçün bu materialda həmin ifadə (Aİ) saxlanılıb - red.) əməkdaşlıq təşkil edir.

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.

Avropa İttifaqı öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərib. Azərbaycan isə Avropa İttifaqında öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. Hazırda (2009-cu il -red.)

7 iyul 2003-cü il tarixində Avropa İttifaqının regiondakı rolunun daha da aktivləşdiliməsi məqsədilə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olundu. Hal-hazırda bu vəzifəni Heyki Talvitye (Finlyandiya) icra edir.

Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) (22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmışdır) qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Müqavilənin məqsədləri aşağıdakılardır:


  • Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi;

  • Ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlıq;

Ticarət və İnvestisiya Məsələləri üzrə Alt Komitə isə Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir və TƏS əsasında ticarət, investisiya və iqtisadi əməkdaşlığa dair digər məsələləri müzakirə edir.

2004-cü ildə AB ilə Azərbaycan arasında Energetika və Nəqliyyat məsələləri üzrə ayrıca alt komitə təsis edilmişdir.

12 may 2004-cü il tarixində Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə (AQS) dair Strategiya Sənədini qəbul etmişdir. Sözügedən sənəddə Avropa Komissiyası (AK) Azərbaycan, Ermənistan və Gürcüstanın bu siyasətə daxil edilmələrini Avropa İttifaqı Şurasına tövsiyə edir. AK-nın tövsiyəsinə 2004-cü ilin iyunun 14-də Aİ-nin Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının iyunun 17-18-də Brüsseldə keçirilmiş iclası zamanı Azərbaycan, Gürcüstan və Ermənistanı qeyd edilən siyasətə daxil etməyi qərara almışdır.

Avropa İttifaqı TACİS proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir. TACİS proqramı (MDB ölkələrinə texniki yardım) 12 keçmiş Sovet İttifaqı dövləti və Monqolustana texniki yardım dəstəyini təmin etmək üçün 1991-ci ildə yaradılmışdır.

TACİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. TACİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri TRACECA və İNOGATE-dir.

TACİS proqramı bir çox proqram və layihələrə maliyyə və texniki dəstək göstərməkdədir. Bundan əlavə, sözügedən maliyyə yardımı həmçinin Yoxsulluğun Azaldılması üzrə Milli Proqramın həyata keçirilməsində də istifadə olunur. Bu sahədə ölkəmiz idarəetmə, iqtisadi inkişaf, investisiya mühitinin yaradılması, ətraf mühitin qorunması sahəsində bir sıra qanun islahatları aparmışdır. Əsas məqsədlərdən sayılan yoxsulluğun azaldılmasına dair, orta müddətli iqtisadi inkişaf, maliyyə siyasətindəki yeni addımlar TACİS qarşısında həyata keçirilən öhdəliklərdəndir. Ölkəmizin bu sahədə TACİS Milli Koordinatoru İqtisadi inkişaf naziridir.



2007-ci ilədək Aİ tərəfindən ölkəmizə aşağıdakı sahələrdə 2004-sü ilə qədər 430 mln avro məbləğində maliyyə yardımı edilmişdir:

  • qaçqın və məcburi köçkünlərə ərzaq yardımı;

  • enerji layihələri, nəqliyyat, nüvə və ərzaq təhlükəsizliyi, infrastruktur islahatları;

  • müharibə nəticəsində ziyan çəkmiş bəzi ərazilərin bərpa olunması (Füzuli rayonundakı dəmiryol stansiyası, elektrik otürücülərinin yenidənqurulması, içməli su və suvarma sisteminin bərpası, məktəblərin təmiri).

Bunula əlaqədar yoxsulluqla mübarizə və iqtisadi inkişafa dair (2003-2005) dövlət proqramı, turizmin inkişafı (2002-2005), müxtəlif regionların sosial-iqtisadi inkişafı (2004-2008) və həmçinin informasiya texnologiyalarının inkişafına dair (2003-2012) dövlət proqramlarını qeyd etmək olar. Bu proqramların başlıca məqsədi qeyri-neft sektorunun inkişafı və Azərbaycandakı müxtəlif regionların iqtisadi inkişafını nəzərdə tutur.

  • Xarici əlaqələr – AB-nin ticari, iqtisadi və maliyyə mövzularındakı uğurları onu bir dünya gücü vəziyyətinə gətirir. AB qlobal formada bir çox ölkə və regionu əhatə edən ikili və çoxtərəfli anlaşmalar silsiləsinə sahibdir. Dünyanın ən böyük ticarət həcminə sahib və dünyanın ikinci ən güclü pul toplusuna sahib olan AB beş qitədəki yardım layihələrinə də ayda bir milyard Euro xəcləyir. Avropa Birliyinin xarici siyasətdə söz sahibi olan bir vəziyyətə gəlməsi Birliyə vacib qlobal öhdəlik qazandırır.

  • Xarici ticarət – AB dünyanın birinci ticari gücüdür və dünya idxalat və ixracat həcminin 20%-ini həyata keçirir. Varlı və kasıb ölkələrin qarşılıqlı maraqları çərçivəsində AB üzv ölkələr arasındakı sərbəst ticarəti 50 ilə yaxın bir müddətdir ki, uğurla öz üzərinə götürmüşdür.

  • Tərbiyə, Təhsil və Gənclər – Başqa ölkələrdə tərbiyə, təhsil və iş mədəniyyətlərarası anlayışa böyük xeyir verir. Hər il yüz mindən çox Avropa Birliyi vətəndaşı fərqli mədəniyyətləri tanımaq imkanı verən və AB vətəndaşı olmağın verdiyi üstünlüklərdən faydalanmağı asanlaşdıran AB mənbəli sərhədxarici proqramdan faydalana bilir. Avropa Birliyi, eyni zamanda, milli tərbiyə və təhsil səviyyəsinin yüksəlməsini təşviq edir, çünki bu sahələr iş və inkişaf üçün çox lazımlıdır.

  • Enerji – Neft qıtlığı və enerji çatışmazlığı az-az meydana gəlir, lakin bu vəziyyət də enerjiyə həyatın hər sahəsində ehiyac duyulduğunun xatırladıcısıdır; nəqliyyat üçün, mənzilləri qış mövsümündə isitmək, yay mövsümündə soyutmaq üçün, fabrikləri, şirkətləri, mülkləri işlətmək üçün enerjiyə ehtiyac vardır. Ancaq bir çox enerji mənbəyi tükənmişdir. Ancaq enerji istifadəsi çirklənmə mənbələrindən biridir. Yeridilə bilən inkişaf neftin daha az və ağıllı istifadəsi zamanı baş verə bilər.

  • İqtisadi və Pul əlaqələri – Davam edə biləcək bir böyümə və Avropa Birliyində yaşam yarada bilmək üçün üzv ölkə hökumətləri iqtisadiyyatlarını sağlam iqtisadi idarəetmə təməllərində qurmalıdırlar. Ortaq pul siyasəti bu müddətin bir parçasıdır.

  • Genişlənmə – 1 May 2004-cü ildə Kipr və Maltanı da əhatə edən səkkiz mərkəz və Şərqi Avropa ölkəsinin Birliyə daxil olması əsrlərdir davam edən ayrılığın sonunu gətirən tarixi bir uğurdur. Yenidən birləşmiş Avropa; dörd yüz əlli milyon vətəndaşına iqtisadi maraqlar təmin edən vahid bazarı ilə daha güclü, daha demokratik və daha müəyyən bir qitə formasında gəlir.

  • Qida Təhlükəsizliyi – Son illərdə sağlamlıq sektorunda partlayış edən qida sekrotuyla bağlı böhranlar istehlakçının qida təhlükəsizliyi üzərindəki inamını sarsıtmışdır. Bu vəziyyətə qarşılıq olaraq AB qlobal bir "tarladan boşqaba" adlı vətəndaşların qida sektorundakı inamlarını yenidən qazanmağı qarşısına məqsəd qoyan bir strategiyanı inkişaf etdirmişdir.

  • İdarəetmələr – Müvəffəqiyyətli və müasir olmasına baxmayaraq, Avropa iş və sənaye dünyası bu şöhrəti əldən verə bilər. Texnoloji inkişaflara uyğunlaşmaq və rəqabəti davam etdirmək qalıcı bir mübarizədir. Bu problemi müvəffəqiyyətli bir formada qarşılaya bilmək davam edə biləcək böyümə və daha çox rifah üçün lazımlıdır. AB-nin müdaxilə siyasəti yenilikləri, müdaxiləni və xidmətlər və istehsalatda rəqabətçiliyi təşviq etməkdə vacib bir rol oynayır.



.


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin